AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
13 iyun 2021
969


Tətildə şagirdləri tapşırıqla yükləməyin mənfi fəsadları - AÇIQLAMA



 

 

Müəllimlərin uşaqlara həddən artıq ev tapşırıqları verməsi valideynlərin narazılığına səbəb olur.Tətil müddətində şagirdlərin dərslə məşğul olması düzgündürmü?


 Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov Lent.az -a bildirib ki, məktəblərdə uşaqlara dərs yükü onsuz da həddindən artıq çox verilir: "Tətil müddətinə gəlincə, hesab edirəm ki, tapşırıq az həcmdə verilməlidir. Elə olmalıdır ki, uşaqlar bütün günü oturub dərslə məşğul olmaq məcburiyyətində qalmasınlar. Tətil müddətində tapşırıq çox cüzi olmalıdır ki, həm yaxşı mənimsəmə getsin, həm də istirahət edə bilsinlər. Şagirdlərin həddən artıq yüklənməsi hazırkı tədris sisteminin çox böyük bəlasıdır. Əslində uşaq öyrəndiyi dərslərlə bağlı sərbəst işləməyə vərdiş etməlidir, yəni tapşırıq olmalıdır. Amma eyni şeyi həddən artıq təkrar etmək yorucu olur”.


Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir: "Tətilin, istirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi-nəzərindən böyük məna kəsb edir. Hər bir məktəb, ailə uşaqların tətil, istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Təəssüf ki, bir çox ailə uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da, uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir”.


Qısa müddətli tətil günlərində şagirdlərin tapşırıqla yüklənməsinə gəldikdə, ekspert bunun yolverilməz olduğunu bildirib: "Bir neçə aylıq tədris müddəti boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlərin psixoloji və zehni yoğunluqdan qurtarması üçün dincəlməsi, istirahət etməsi vacibdir. Tətil müddətində vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də idmanla məşğul olmaqdır. Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda aktiv həyat tərzi formalaşır, böyümə və inkişaf daha yaxşı olur, xəstəliklərlə mübarizədə immun sistemi daha da güclənir, artıq çəki problemi olmur, sümüklər, bədənin hərəki sinir sistemi inkişaf edir. Düşünürəm ki, tətil müddətində şagirdləri test və tapşırıqlarla yükləmək yerinə onları milli oyunlar oynamağa cəlb etmək, olan istedadlarının üzə çıxarılması üçün müxtəlif dərnəklər təşkil etmək, maraq dairələrinə uyğun asudə vaxtlarını təşkil etmək lazımdır. Əgər diqqət edilərsə, növbəti dərs ilində tətili yaxşı təşkil olunmuş şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər. Amma biz onları tətil müddətində yükləsək, aşağı əhval-ruhiyyə, tükənmiş enerji ilə məktəbə qayıdacaqlar”.







Загрузка...
Həmçinin oxuyun:
İstirahətin və asudə vaxtın təşkili.

İstirahətin və asudə vaxtın təşkili.

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Övladlarınız üçün həm faydalı, həm əyləncəli bir tətil

Övladlarınız üçün həm faydalı, həm əyləncəli bir tətil

Təhsil naziri bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlayıb

Təhsil naziri bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlayıb

Göygöl məktəbliləri  tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Tətil üçün plan qurun amma təhsili unutmayın

Tətil üçün plan qurun amma təhsili unutmayın

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət

Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət

Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ

Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ

Tətil sonrası sindromdan qurtulmağın yolları

Tətil sonrası sindromdan qurtulmağın yolları

Gözlənilməz durum: Müəllimlər buna hazır olmalıdır - Video

Gözlənilməz durum: Müəllimlər buna hazır olmalıdır - Video

Tətildə uşaqlar nə qədər dərs öyrənməlidirlər?

Tətildə uşaqlar nə qədər dərs öyrənməlidirlər?

Məktəblilər üçün tətil günləri açıqlandı

Məktəblilər üçün tətil günləri açıqlandı

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Uşaqların dərs yükü onların yaşına uyğun olmalıdır

Uşaqların dərs yükü onların yaşına uyğun olmalıdır

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb

2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb

Həkimdən ilginc açıqlama

Həkimdən ilginc açıqlama

Məktəbdənkənar dərnəklərə yekun vuruldu

Məktəbdənkənar dərnəklərə yekun vuruldu

Şagirdlərin qış tətili ilə bağlı nazirlikdən açıqlama

Şagirdlərin qış tətili ilə bağlı nazirlikdən açıqlama

Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır

Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır

Azərbaycanda Ramazan tətili başlayır

Azərbaycanda Ramazan tətili başlayır

Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır

Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır