AzTehsil.com


Xəbərlər / Şagird
15 iyul 2020
1 821


Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət



Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə yeni televiziya proqramının yayımına start verilib. "Mədəniyyət” telekanalında "Tətil vaxtı” adı ilə efirə gedən veriliş məktəblilərin yay tətili dövründə həftənin II və VI günləri saat 12.20-də yayımlanacaq.

Yeni verilişin hazırlanması koronavirus infeksiyasının  ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə elan edilmiş karantin rejimi ilə əlaqədar məktəblilərin yay tətili dövründə ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsini təmin etmək məqsədi daşıyır.

Proqramda məktəbdənkənar təhsil müəssisələrinin məşqçi-müəllim və dərnək rəhbərlərinin iştirakı ilə məktəblilərin fiziki sağlamlıqlarının təmin edilməsi üçün idman məşqləri, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə və s. sahələr üzrə dərslər təqdim edilir.

Eyni zamanda şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsini təmin etmək məqsədilə "Virtual məktəb” platforması üzərindən məktəblilər üçün təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti davam etdirilir. İyulun 6-dan şagirdlərin maraqlarına uyğun təşkil edilən "Bədii qiraət”, "Şahmat”, "Xalq çalğı alətləri”, "Rəqs”, "Toxunma əl işləri”, "Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə səkkiz minə yaxın məktəbli qoşulub.

Xatırladaq ki, hər gün saat 15:00-da keçirilən tədbirlər barədə ətraflı məlumat "Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd olunur. Şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşə qoşula bilir, ödənişsiz formada təşkil olunan dərnəklərdə Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər iştirak etmək imkanı əldə edir. Dərnəklərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı "Microsoft Stream”in "Virtual məktəb” kanalında yerləşdirilir və dərsləri təkrar izləmək imkanı yaradılır.
 

Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət

 





Загрузка...
Həmçinin oxuyun:
“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Milyonçu “Virtual məktəb”li

Milyonçu “Virtual məktəb”li

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Şagirdlər üçün daha bir verilişin yayımına start veriləcək

Şagirdlər üçün daha bir verilişin yayımına start veriləcək

Uşaq-gənclər idman-şahmat məktəblərində keçid normativlərinin qəbulu

Uşaq-gənclər idman-şahmat məktəblərində keçid normativlərinin qəbulu

Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında

Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

Məktəblilərin   əl işlərindən ibarət virtual sərgi davam edir

Məktəblilərin əl işlərindən ibarət virtual sərgi davam edir

Şahmat üzrə onlayn yarış keçirilib

Şahmat üzrə onlayn yarış keçirilib

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ