AzTehsil.com
RU


Xəbərlər / Müəllim / Məktəbə qədər və məktəbdən kənar
14 dekabr 2017
26 970


Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri



Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri təşkilatçısı (bundan sonra – təşkilatçı) direktorun müavini hüququnda fəaliyyət göstərir. Onun başlıca vəzifəsi məktəbdə dərsdən sonra aparılan bütün tərbiyə işlərini təşkil edib istiqamətləndirməkdən və bu işlərə səmərəli rəhbərliyi həyata keçirməkdən ibarətdir. Təşkilatçının iş dairəsi genişdir.

 

Onun aşağıdakı istiqamətlərini göstərmək olar:


- Sinifdənxaric işlərin təşkilinə rəhbərlik: təşkilatçı fənn müəllimləri və sinif rəhbərləri ilə birlikdə şagirdləri müxtəlif növ sinifdənxaric işlərə cəlb edir; məktəbdə fənn dərnəkləri, idman və incəsənətin müxtəlif sahələri üzrə dərnəklər yaradılaraq bu işə rəhbərləri (fənn müəllimləri, mütəxəssislər və peşəkar valideynləri) cəlb edir; dərnəklərdə məşğələlərin vaxtında və səmərəli keçməsinə nəzarət edir; marağa görə klublar («Tarixçilər», «Dəri top» və s), cəmiyyətlər (elmi – texniki, ədəbi – bədii cəmiyyətlər) yaradır; fənn, idman, incəsənət, əmək və s. sahələr üzrə yarışlar, müsabiqələr, olimpiadalar, spartakiadalar təşkil edir; bu tədbirlərə müəllimləri, tərbiyəçiləri, sinif rəhbərləri və ictimai təşkilatları cəlb edir;


- Məktəbdənkənar işlərə rəhbərlik: təşkilatçı şagirdlərin asudə vatını səmərəli təşkil etmək, maraq və qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar müəssisələrlə əlaqə yaradır, şagirdləri könüllü seçdikləri fəaliyyət sahələrinə cəlb edilir; bu işdə sinif rəhbərlərinin, valideynlərin qüvvəsindən istifadə edilir; şagirdlərin məktəbdənkənar müəssisələrə davamiyyətinə nəzarət edir; bu müəssisələrdə müxtəlif dərnəklərə rəhbərlik edən şəxslərləməlaqə saxlayır, onları təlimatlandırır, onlara zəruri pedaqoji kömək göstərir; vaxtaşırı olaraq müxtəlif növ dərnəklər vasitəsi ilə məktəbdə tədbirlərin keçirilməsinə rəhbərlik edir;


- Ailə və ictimaiyyətlə əlaqə: təşkilatçı ailələrlə əlaqə saxlayaraq, onların sinifdənxaric tərbiyə işlərinə cəlb edilməsinə çalışır; ailə problemi olan şagirdlərin valideynləri ilə müvafiq iş aparılmasına və problemin aradan qaldırılmasına səy edir; məktəbin ərazisində olan müəssisələr və ictimai təşkilatlarla məktəbin əlaqəsini təmin edir; onların məktəbə və ailələrə köməyini təşkil edir.




Загрузка...