AzTehsil.com


Xəbərlər / Müəllim
31 may 2020
1 827


Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər



 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən yaradıcılıq yönümlü məktəbdənkənar təhsil müəssisələrində bir sıra onlayn tədbirlərin təşkili nəzərdə tutulub.

Belə ki, iyunun 1-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Biz Birlikdə Güclüyük!” məktəblilərarası beynəlxalq onlayn dəyirmi masa, "Hər birimiz bir çiçək” rəsm müsabiqəsi, "Mənim uşaq dünyam” gənc rəssamların rəsm vernisajı, Mərkəzin dərnək üzvlərinin dünya uşaqlarına təbrik müraciətlərini əks etdirən "Dünya uşaqları dostluq edir” adlı videoçarxın hazırlanması və digər onlayn tədbirlərin həyata keçirilməsi planlaşdırılır. 

Həmçinin pandemiya dövründə uşaq və gənclərdə ruh yüksəkliyi yaratmaq, onları sözügedən əlamətdar gün münasibətilə təbrik etmək məqsədilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən "Dünya sənindir" adlı fləşmob təşkil olunub.

Eyni zamanda həmin günlə əlaqədar Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən onlayn fotomüsabiqə, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən isə incəsənət nümayəndələrinin iştirakı ilə uşaqlar üçün dəyirmi masalar təşkil ediləcək.

Sadalanan tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlar arasında dostluq münasibətlərinin qurulması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, həmçinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onları təbrik etməkdən ibarətdir.

Qeyd edək ki, istedadlı uşaqların üzə çıxarılması, onların asudə vaxtının səmərəli təşkili, yaradıcılıq və fiziki imkanlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi hər il ənənəvi olaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra yerli və beynəlxalq səviyyəli müsabiqə, yarış, festival, dəyirmi masa və digər tədbirlər həyata keçirir.

 



Загрузка...
Həmçinin oxuyun:
15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

Gənc rəssamlar təltif edilib

Gənc rəssamlar təltif edilib

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

Beynəlxalq festivalda növbəti uğur

Beynəlxalq festivalda növbəti uğur

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub