AzTehsil.com


Xəbərlər
04 dekabr 2019
1 621


Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib



Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

 

Dekabrın 3-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibətilə "Fərqliyik, bərabərik” uşaq festivalı təşkil olunub.

Tədbir Heydər Əliyev Fondu, "Regional İnkişaf” İctimai Birliyi, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, BMT-nin Uşaq Fondu və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilib.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, əlilliyi olan və olmayan uşaqların birgə fəaliyyətlərinin təbliğinə yönələn festival, eyni zamanda, onların istedad və qabiliyyətlərini üzə çıxarmaq, inklüziv cəmiyyətin yaradılmasında inklüziv təhsilin vacibliyini vurğulamaq məqsədi daşıyır.

Tədbirdə əvvəlcə "Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun əlilliyi olan gənclərin həyat hekayələrindən və inklüziv təhsilin əhəmiyyətindən bəhs edən videoçarxı nümayiş etdirilib.

İştirakçılar, həmçinin ƏSA teatrının hazırladığı "Bərabərik!” inklüziv səhnəciyi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və "Danceability Azerbaijan” İnklüziv Rəqs Şirkətinin üzvlərinin müxtəlif rəqs nömrələrini izləyiblər. Bununla yanaşı, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin eşitmə və danışma əlilliyi olan uşaqlardan ibarət "Uşaq teatrı” və "Vokal” dərnəyinin üzvləri "Dostluq” mahnısını təqdim ediblər.

Festival çərçivəsində, həmçinin İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi, "Bumblebee Play/Preschool” Uşaq İnkişaf Mərkəzi, "Sevimli bala” Elm Mərkəzi, 1 və 3 saylı uşaq-gənclər inkişaf mərkəzləri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və Azərbaycan Stolüstü Tennis Federasiyası uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradıb. Eyni zamanda, BMT-nin İnkişaf Proqramının Avropa İttifaqının maliyyə dəstəyi ilə İçərişəhərdə yaratdığı İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi tərəfindən dulusçuluq və vitraj guşəsi təşkil olunub. Festival çərçivəsində əlilliyi olan və olmayan uşaqların iştirakı ilə müxtəlif əyləncəli və maarifləndirici proqramlar, əl işlərindən ibarət sərgi təqdim edilib.

Tədbirdə iştirak edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti jurnalistlərə açıqlamalarında əlilliyi olan uşaqların istedadının, potensialının üzə çıxmasında insanların davranışının və dəstəyinin vacib olduğunu deyiblər. Bildiriblər ki, həmin uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, onların qayğısına qaldıqda onlar daha böyük işlər görə bilərlər. Festivalda inklüziv cəmiyyətin formalaşması üçün əlilliyi olan uşaqların inklüziv təhsil almasına imkan yaradılmasının və əlil olmayan həmyaşıdları ilə birgə fəaliyyətinin vacibliyi qeyd olunub.

 

AZƏRTAC



Загрузка...
Həmçinin oxuyun:
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

İnklüziv təhsil mövzusunda canlı yayım olacaq

İnklüziv təhsil mövzusunda canlı yayım olacaq

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb  Böyüt

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb Böyüt

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlim

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlim

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Beynəlxalq festivalda növbəti uğur

Beynəlxalq festivalda növbəti uğur

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.