Xəbərlər / Məktəbə qədər və məktəbdən kənar
14 may 2020
1 990


Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir

 

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə tədrisin davamlılığını təmin etmək, məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsi məqsədilə tədbirlər davam etdirilir.

Tədris prosesinin dayandırıldığı müddətdə nazirlik tərəfindən bir sıra ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, sərgi, dəyirmi masalar və digər tədbirlər həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar onlayn platformada keçirilən sözügedən tədbirlər üzrə 8000 nəfərdən çox məktəblinin iştirakı təmin edilib. Belə ki, nazirliyin nəzdində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən yaradıcılıq istiqaməti üzrə respublika səviyyəli "Biz birlikdə güclüyük”, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı rəsm müsabiqələri, "Evdə qalaq, evdə yaradaq!” yaradıcılıq festivalı, "Gələcək naminə birlikdə!” videoçarx müsabiqəsi, "Evdə qalaq, nəğmə deyək” mahnı müsabiqəsi, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi və dəyirmi masalar, həmçinin beynəlxalq səviyyəli "Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq festival-müsabiqəsi, "Bu günün alimi" (Scientist for a day) inşa-yazı müsabiqəsi, "Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində gənclərin V Ekoloji Forumu və digər tədbirlərdə ümumilikdə 6000 nəfərdən çox məktəbli iştirak edib. Mayın 7-dən start verilən "Üç alov” adlı uşaq və gənclərin onlayn Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına  iyunun 1-də yekun vurulacaq.

Eyni zamanda uşaq və gənclərin fiziki hazırlığının təmin edilməsi məqsədilə idman istiqaməti üzrə keçirilən şahmat üzrə respublika birinciliyi, 17 yaşadək şahmatçılar arasında Qran-pri turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə "Beynəlxalq təhsil kuboku” və digər idman tədbirlərində 2000 nəfərdən artıq şagirdin iştirakı təmin edilib.

Bundan əlavə, aprelin 1-dən start verilən onlayn dərslərdə hazırki vaxtadək 27 idman növü və 103 dərnək üzrə 15 min nəfərdən artıq qrup və dərnək üzvü, 1200-dən artıq pedaqoji heyət iştirak edib. Dərslər müəssisələrin dərs cədvəlinə uyğun təşkil edilib.

Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi 5 gün "Mədəniyyət”  kanalında yayımlanan "Dərs vaxtı" proqramı və şənbə günü yayımlanan "Dərsdən sonra”  blokuna uyğun olaraq məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

Respublika Şahmat Festivalı keçirilir

Respublika Şahmat Festivalı keçirilir

Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku”

Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku”

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Bu günün alimi“ inşa-yazı müsabiqəsi başa çatıb

“Bu günün alimi“ inşa-yazı müsabiqəsi başa çatıb

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi