AzTehsil.com


Xəbərlər
04 may 2020
1 443


“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi



“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada "Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və ilk dəfə olaraq I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib.

Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, xalqımızın mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, nağara musiqi alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Üç günlük festival-müsabiqənin iştirakçılarına peşəkar müəllimlər tərəfindən onlayn ustad dərsləri keçirilib.

Müsabiqənin final mərhələsində Azərbaycanın rayonlarını və Bakı şəhərini, eyni zamanda Türkiyə, Malayziya, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistanı təmsil edən zərb çalğı alətləri  ifaçıları cıxış ediblər. Üç yaş qrupunda iki nominasiya üzrə 150 nəfərədək uşaq və gənc solo ifaları ilə milli zərb alətlərinin (nağara, qoşa nağara, doyra, baraban, litavra, tambur, djembe, kahon, darbuka, ksilofon) əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər.

Festival iştirakçıları və münsiflər heyəti bu müsabiqənin dünyada ilk olduğunu bildiriblər.

Sonda beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri müəyyənləşdirilib, nağara nominasiyası üzrə Sadiq Həvəskari  (Bakı, Azərbaycan) "Qran-pri” mükafatına, zərb çalğı alətləri nominasiyası üzrə isə Samuqjanov Nurilloh (Daşkənd, Özbəkistan) "Qran-pri” mükafatına layiq görülüb.

Müsabiqənin yaş kateqoriyaları üzrə digər qaliblərinin də yerləri məlum olub  və onlar  diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, bu il Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq onlayn müsabiqə üçün Mükafat Fondu yaradılıb və I maliyyə dəstəyi "Zeytun bağları” tərəfindən təsis edilib. Qaliblərə hər Qran- pri üçün  1000 manat mükafat və hər bir nominasiya üçün ayrılıqda I yer 300 manat, II yer 200 manat, III yer üçün 100 manat mükafat verilib.



Загрузка...
Həmçinin oxuyun:
“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

Beynəlxalq festivalda növbəti uğur

Beynəlxalq festivalda növbəti uğur

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şahmatçılar arasında onlayn Qran-Pri turnirinin final oyunları  keçiriləcək.

Şahmatçılar arasında onlayn Qran-Pri turnirinin final oyunları keçiriləcək.

“Musiqi sənəti” istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə

“Musiqi sənəti” istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə

“İstedad sorağında” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“İstedad sorağında” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Magistrlar üçün müsabiqə - 1500 manat mükafat

Magistrlar üçün müsabiqə - 1500 manat mükafat

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

Məktəblimiz şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

Məktəblimiz şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib

“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb