AzTehsil.com


Xəbərlər
17 oktyabr 2019
1 678


“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib



“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

 

Oktyabrın 17-də Təhsil  Nazirliyində  "TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin  iştirakçıları ilə  görüş keçirilib.

Görüşdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib. Məktəblilərimizin beynəlxalq yarışmalarda əldə etdiyi uğurlara toxunan nazir müavini bu müsabiqənin  gələcəkdə regionlarda da geniş təbliği istiqamətində müəyyən işlər görülməsi ilə bağlı tövsiyələrini çatdırıb. 

Görüşdə iştirak edən "TRİZ Developers Summit” Beynəlxalq Assosiyasiyasının Azərbaycandakı nümayəndəsi, "NG Creators Club”un direktoru Natiq Əliyev müsabiqə ilə bağlı təqdimatla çıxış edib. Daha sonra təmsil etdiyi qurum adından "TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin  qaliblərini təbrik edib, Təhsil Nazirliyinin bu tədbirə dəstək olmuş məsul işçilərinə təşəkkürünü bildirib.

Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova da öz növbəsində TRİZ nəzəriyyəsinin müasir dövrdə aktuallığı barədə məlumat verib.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdlərinə diplomlar və "Qran-Pri” mükafatı təqdim edilib. Müsabiqədə iştirak edən Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın məktəbliləri də diplomla təltif ediliblər. 

Məlumat verilib ki, Balakən, Lənkəran, İsmayıllı, Ucar və Qobustan təhsil müəssisələrinin məktəbliləri də müsabiqədə iştirak ediblər. Bölgələr üzrə müsabiqədə iştirak edən məktəblilərə sertifikatların müvafiq qaydada yerlərdə təqdim olunacağı planlaşdırılır.

Tədbirin sonunda təşkilatçılara təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, beynəlxalq müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllim heyəti, həmçinin mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində  motivasiyanın formalaşdırılması və peşə yönümlü fəaliyyətin əhatə dairəsinin  genişləndirilməsidir.

TRİZ-in (İxtira məsələlərinin həlli nəzəriyyəsi) banisi, əslən bakılı ixtiraçı alim Genrix Altşuller olub və dünyada ilk  İxtiraçılıq İnstitutu Bakıda ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 70-ci illərdə yaradılıb. 



Загрузка...
Həmçinin oxuyun:
Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

"CanSat Azərbaycan 2019" müsabiqəsinin final mərhələsi

"CanSat Azərbaycan 2019" müsabiqəsinin final mərhələsi

Qeydiyyatdan keçən bu qədər müəllim namizəd test imtahanında iştirak etməyib – MİQ nəticələri

Qeydiyyatdan keçən bu qədər müəllim namizəd test imtahanında iştirak etməyib – MİQ nəticələri

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Təhsil naziri “QS” beynəlxalq reytinq təşkilatının regional direktoru ilə görüşüb

Təhsil naziri “QS” beynəlxalq reytinq təşkilatının regional direktoru ilə görüşüb