AzTehsil.com


Xəbərlər
07 may 2020
2 144


"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı



"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərini əhatə edən "Üç alov” adlı uşaq və gənclərin Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına start verilir.

Yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər, özfəaliyyət yaradıcılıq kollektivlərinin üzvləri arasında keçirilən festival 3 yaş qrupunda (9-11, 12 -14, 15 -17) aşağıdakı nominasiyaları əhatə edir:

-İnstrumental yaradıcılıq: milli, klassik, estrada, caz;

-Vokal yaradıcılığı: milli vokal, akademik vokal, estrada vokal;

-Xoreoqrafiya yaradıcılığı: milli rəqslər, milli stilizasiya, klassik rəqs, estrada rəqsi,  müasir rəqs (caz, müasir, kontemp, çivi, step və s.), müasir rəqs (hip-hop, brek-dans, robot rəqsi); müasir eksperimental rəqs, bal rəqsləri, müasir və klassik balet.

İştirakçılar müxtəlif yaş qrupları üzrə tək (solo), cüt (duet) və kollektiv (qrup) qatıla bilərlər. İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə və həmin nominasiya üzrə bir nömrədən ibarət videoçarx təqdim edə bilər. İfa müddəti 3 dəqiqədən çox olmamalıdır.

Festivalda iştirak etmək istəyənlər ərizə formasını mayın 20-dək [email protected]  elektron poçt ünvanına göndərməlidirlər. Qeydiyyat zamanı bütün videoçarxlarda iştirakçı adı, soyadı, təmsil etdiyi müəssisənin adı, ifa etdiyi mahnının (rəqsin və s.) adı, müddəti qeyd edilməlidir. Bütün nominasiyalar üzrə ifa müddəti 1-3 dəqiqədən artıq olmamalıdır.

Festivalın beynəlxalq mərhələsi 1-3 iyun 2020-ci il tarixlərində keçiriləcək.

Qaliblər "Qran Pri”, diplom, kubok və medallarla mükafatlandırılacaq.



Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq festivalda növbəti uğur

Beynəlxalq festivalda növbəti uğur

BDU-nun tələbəsi tələbə-yaradıcılıq festivalının qalibi olub

BDU-nun tələbəsi tələbə-yaradıcılıq festivalının qalibi olub

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

Müsabiqələr onlayn şəkildə davam etdiriləcək

Müsabiqələr onlayn şəkildə davam etdiriləcək

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

12 min şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi beynəlxalq elmi konfransa hazırlaşır

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi beynəlxalq elmi konfransa hazırlaşır

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib