Xəbərlər
15 oktyabr 2019
1 769


Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

 

 
Azərbaycan bu il növbəti dəfə ABŞ-ın paytaxtında "Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib. Bu ölkənin əsas mədəni və iqtisadi tədbirlərinin təşkil edildiyi Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, eləcə də ABŞ-ın müxtəlif ştatlarından insanlar qatılıb.

Ölkəmiz festivalda Vaşinqton şəhərində yerləşən Azərbaycan Məktəbinin şagirdləri ilə təmsil olunub. Tədbirdə şagirdlər Azərbaycan milli rəqslərlə yanaşı, festival çərçivəsində təşkil edilən "Fashion Show”da ölkəmizin milli geyimlərini nümayiş etdiriblər.

Tədbirdə, həmçinin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti və milli mətbəx nümunələrini əks etdirən guşə yaradılıb.

Festivalı açıq elan edən "Culturfied” Fondunun prezidenti Mele Melton tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi və adət-ənənələrinin öyrənilməsindən ibarət olduğunu deyib.

Daha sonra fəxri qonaqlar çıxış edərək, ABŞ paytaxtının müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət bəslənilməsini təşviq edən bir şəhər olmasından qürur duyduqlarını bildiriblər.

Festivalda 30-dan çox ölkənin milli musiqisi, rəqsləri ifa olunub, iştirakçı ölkələrin incəsənət nümunələri, milli mətbəxi təqdim edilib.

Azərbaycan məktəbinin şagirdləri "Cücələrim”, "Eynur” və "Popuri” rəqslərini nümayiş etdiriblər. Altı minə yaxın insanın qoşulduğu festivalda milli rəqslərimiz və geyimlərimiz böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır.

Festivalda Azərbaycanla yanaşı, İtaliya, Əfqanıstan, Albaniya, Boliviya, Misir, Moldova, Mərakeş, Hindistan, Qətər və onlarca digər dövlət təmsil olunub. (Azərtac)
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Bakıda “Etno-art” əl işləri festivalı

Bakıda “Etno-art” əl işləri festivalı

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimatı

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimatı

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb