Xəbərlər
01 noyabr 2017
2 537


Bakı Turizm Peşə Məktəbində açıq dərs

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Polşanın paytaxtı Varşavada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçiriləcək. Festivalda ölkəmiz də təmsil olunacaq.


Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, Bakı Turizm Peşə Məktəbində festival çərçivəsində təşkil olunacaq elmi konfransda iştirakla əlaqədar açıq dərs keçirilib.


Tədbir Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Əvvəlcə məktəbin direktoru Neylüfər Kərimova Varşavada təşkil olunacaq beynəlxalq tədbir haqqında məlumat verib.

 

Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə festival çərçivəsində keçiriləcək konfransda "Təhsil dövlətin dayanıqlı təməlidir” mövzusunda məruzə edəcək.


İqtisadiyyat Nazirliyinin əməkdaşı Elnur İbrahimov BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədləri haqqında geniş məlumat verib. Vurğulayıb ki, ötən ilin oktyabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

 

Şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, müvafiq hesabatlar hazırlamaqdan ibarətdir. Qeyd olunub ki, "2030 Qlobal İnkişaf Gündəliyi” 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015) əsasında hazırlanıb.


E.İbrahimov bildirib ki, Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən, 17 məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.


Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Kamran Musayev müasir dövrdə dünya təhsilinin problemləri ilə bağlı fikirlərini bölüşüb, beynəlxalq aləmdə təhsilə ədalətli çıxış imkanlarından söz açıb.


Sonra nazirliyin kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadənin "Təhsil dünyanı dəyişə bilər” mövzusunda məruzəsi dinlənilib. Yaxşı təhsil əldə etmək üçün imkanlar və perspektivlər ətrafında tələbələrlə diskussiya aparılıb. Qeyd olunub ki, təhsil, eyni zamanda, sənayenin, kənd təsərrüfatının inkişafına kömək edir, yoxsulluğun aradan qaldırılmasında əsas vasitədir.


Sonda A.Sultanzadə açıq dərsin uğurla gerçəkləşməsinə görə Bakı Turizm Peşə Məktəbinin direktoruna təşəkkürünü bildirib. Qeyd edək ki, 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalının Təşkilat komitəsi tərəfindən bu ildən etibarən müxtəlif xalqların nümayəndələrindən ibarət tələbə münsiflər heyətinin də yaradılması qərara alınıb.

 

Festival rəhbərliyi tələbə münsiflər heyətinin Polşa, Braziliya və Azərbaycandan olan tələbələrdən təşkil edilməsini təklif edib. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti və onun tərkibində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin 9 nəfər tələbəsindən ibarət münsiflər heyəti yaradılıb. Festivalda nazirliyin əməkdaşı Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova iştirak edəcək.

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA

Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

II qrup üçün 150 ballıq ixtisaslar - SİYAHI

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Nazir: "İşləməyən, özünü doğrultmayan kitabxanaların bağlanmasının tərəfdarıyıq”

Nazir: "İşləməyən, özünü doğrultmayan kitabxanaların bağlanmasının tərəfdarıyıq”

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

Bakıda “Etno-art” əl işləri festivalı

Bakıda “Etno-art” əl işləri festivalı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib - FOTOLAR

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək