Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur
Oktyabrın 19-da Yakutiyada "Böyük qarın kəraməti” adlı beynəlxalq poeziya festivalına başlanılıb.
Aztəhsil.com xəbər verir ki, festivalda ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı təmsil edir.
Festivala Sloveniyadan şair Andrey Xoçevar, Udmurtiyadan xalq şairi Vyaçeslav Ad-Sergi, Tatarıstandan şair Rifat Salah, Moskvadan şair Aleksey Polubotu, tərcüməçi Janna Perkovskaya, Anastasiya Yermakova (”Literaturnaya qazeta”nın əməkdaşı), İngiltərədən naşir Marat Əhmədcanov (Moskva),həmçinin yerli şairlər Sergey Moskvitin, Liza Miqalkina, Rüstəm Kajenkin və Olqa Paşkeviç və müxtəlif ölkələrdən olan tanınmış ədəbiyyat və poeziya nümayəndələri qatılıb.
Yakutsk şəhərinin Şimal Şərqi Federal Universitetinin mədəniyyət mərkəzində keçirilən festival çərçivəsində iştirakçı ədiblərin "Canlı avtoqraf” mərasimi təşkil olunacaq.
Oktyabrın 20-də festival çərçivəsində poeziya axşamının keçirilməsi də nəzərdə tutulur.