Xəbərlər
23 may 2020
1 220


Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır

 

Bu gündən etibarən Azərbaycanda 8 gün qeyri-iş günü olacaq.

  Baş Nazir Əli Əsədovun müvafiq qərarı ilə ölkədə  2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Qərar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə verilib. 

Ötən gün keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, 8 günlük tətildə küçəyə çıxmaqla bağlı hər hansı qadağa nəzərdə tutulmur:  "Amma hər kəs bilməlidir ki, bayram günlərində qaydalara əməl etsək, bayramdan sonra daha nikbin qərarlar verilə bilər”.
 
Qeyd edək ki, 24 – 25 may – Ramazan bayramı, 28 May isə Respublika Günüdür. 24 may tarixi həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi də qeyri-iş günü hesab olunur.






Загрузка...