AzTehsil.com


Xəbərlər
24 dekabr 2019
8 203


Təhsil naziri bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlayıb



Təhsil naziri bayramla əlaqədar məktəblərdə tətil günlərini açıqlayıb

 

"Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günləri təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək”.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən müvafiq istirahət günlərinin davamlılığını təmin etmək baxımından bu şənbə və bazar günləri iş günü elan edilib.

"Yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi barədə Qərarı izah edib.

İzahda qeyd edilib ki, Qərara əsasən, vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.

"Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır. İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır", - deyə izahda bildirilir.



Загрузка...