AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
20 may 2018
6 875


İstirahətin və asudə vaxtın təşkili.



 

 
Yay tətili günlərini səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir.
 
İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünə məxsus yeri var.  Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval - ruhiyyə yaradır. Uşaqlar bir - biri ilə  fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.

Təəssüf ki, bir çox ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir.

Bəs, istirahətin, asudə vaxtın səmərəli təşkil olunmasının uşaq şəxsiyyətinin formalaşması  üçün əhəmiyyəti nədən ibarətdir? Psixoloq Arzu Məmmədova hər bir valideynin bilməli olduqlarını qeyd edir və tövsiyyələrini nəzərə çatdırır:

1. İstirahət və asudə vaxtın səmərəli təşkili uşağın əxlaqi, estetik, əqli tərbiyəsində müstəsna rol oynayır.

2. Uşağın dünyagörüşü formalaşır, zənginləşir, təəssüratları inkişaf edir.

3. Sağlamlığı bərpa olunur. Yaxşı istirahət nəticəsində özünü gümrah və sağlam hiss edir.

4. Səmərəli istirahət və asudə vaxtın təşkili uşağı pis vərdişlərdən, adətlərdən qoruyur.

5. Birlikdə ailəvi istirahət uşağı ailəyə daha da yaxınlaşdırır. Ailədə mehribanlıq, qarşılıqlı anlaşma möhkəmlənir.

6. Tətildə çoxlu dostlar, yeni tanışlar qazanmaq imkanı yaranır. Uşağın ünsiyyətə olan tələbatının ödənilməsi, nitqinin inkişaf etməsi baxımından da tətil, istirahət çox əhəmiyyətlidir.

7. Müxtəlif yerlər, guşələr haqqında təəssüratlar uşaq təfəkkürü, eləcə də təxəyyülünün inkişafına zəmin yaradır.

8. Tətili təbiətin qoynunda keçirmək həm maraqlı, həm də uşaq üçün təbiət haqqında bildiklərinin yaddaşına daha möhkəm həkk olunması baxımından əhəmiyyətlidir.

9. Tətil günlərini və istirahəti səmərəli təşkil etmək istəyən valideyn övladının yaş xüsusiyyətlərini mütləq nəzərə almalıdır. Çünki uşağın yaşından asılı olaraq maraq sahəsi  və tələbatları dəyişir. Özünəməxsus rəngarəng çalarlar kəsb edir.

10. Tətil zamanı uşaq ətraf aləmlə ünsiyyət prosesində ilk baxışda onun üçün təəccüblü görünən bir sıra hadisələrlə rastlaşır. Daxilində baş qaldıran suallara cavab tapmağa çalışır. Onda müşahidəçilik, tədqiqatçılıq qabiliyyətləri formalaşır.

11. Səmərəli istirahət zamanı uşaqda hisslərin inkişafı, emosiyaların zənginləşməsi prosesi gedir. Çalışmaq lazımdı ki, uşağa müəyyən qədər sərbəstlik və istədiyi kimi istirahət etmək imkanı verilsin. Bu zaman tətil, istirahət anlayışı onda müsbət hisslər, xoş əhval ruhiyyə yaradacaq.
Ümumiyyətlə uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, sters və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması baxımından tətil, istirahət valideyn üçün böyük fürsət, yaxşı imkandır. Uşaqların hərtərəfli ahəngdar inkişafı onların daxili hisslərindən, əhval ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır.

Tətil günləri bu cür müsbət hisslərə, əhval - ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort  hissi əldə edirlər.
 

İstirahətin və asudə vaxtın təşkili.

 





Загрузка...
Həmçinin oxuyun:
"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

"İstər bunun adı “pioner” olmasın, istərsə də başqa bir “milli” ad olsun"....

Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

Çox vacib məsələ ilə bağlı təhsil ekspertinin Rəyi

Nitq qüsurlu 18 yaşlı gəncin qeyri-adi istedadı - VİDEO

Nitq qüsurlu 18 yaşlı gəncin qeyri-adi istedadı - VİDEO

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

ŞAD XƏBƏR! Martda 15 gün istirahət edəcəyik

ŞAD XƏBƏR! Martda 15 gün istirahət edəcəyik

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Uşağın vaxt keçirdiyi xarici aləm onun davranışına... -Valideynlərin nəzərinə -Diqqətli olun!

Uşağın vaxt keçirdiyi xarici aləm onun davranışına... -Valideynlərin nəzərinə -Diqqətli olun!

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Uşaq Birliyi Rəhbərinin əmək funksiyası

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Göygöl məktəbliləri  tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası

Məktəbdə Uşaq Birliyi Rəhbərinin Əmək funksiyası

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN