Nitq qüsurlu 18 yaşlı gəncin qeyri-adi istedadı - VİDEO
İsmayıllı rayonunda yaşayan 18 yaşlı Turan Hüseynov nitq qüsurlu olmasına baxmayaraq öz həmyaşıdlarından istedadı ilə seçilir.
Aztəhsil.com xəbər verir ki, o, rəngli kağızlardan, plastilindən, kibrit çöplərindən istifadə edərək öz ideyalarını həyata keçirməyə çalışır. Valideynlərinin sözlərinə görə, onda bu həvəsi uşaqlıqdan hiss ediblər. Bacarıqlı gənc müxtəlif evlərin, şəhərlərin, istirahət mərkəzi və yaşayış binalarının maketini düzəldərək onları işıq sistemləri ilə işıqlandırır. Turana bu işində ən böyük dəstəkçiləri ata-anasıdır.
Gündüz Hüseynov (atası): "3 yaşından həvəsi var idi. Televizordan baxıb maraqlandı. Ən çox Qarabağ hadisələrinə önəm verir. Tank və əsgər şəkilləri çəkir".
Turan Hüseynov tez –tez gənc istedadların əl işlərindən ibarət müxtəlif sərgilərdə iştirak edir. istedadlı gənc rayonda məktəblilərin dərsdən sonra asudə vaxtlarının səmərəli təşkili məqsədilə təşkil olunan dərnəyin ən fəal üzvlərindəndir.