AzTehsil.com


Xəbərlər
20 noyabr 2019
7 302


Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ



Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ

 

2019-2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 16-dan 20-dək davam edib. Sabahdan isə məktəblilər dərsə gedəcəklər.

5 günlük tətilin 2 gününün şənbə-bazara düşməsi bir çox valideynlərin narazılığına səbəb olub.

Valideynlər belə hesab edir ki, tətil cədvəli tutularkən Təhsil Nazirliyi illik bayram və şənbə-bazar günlərini də nəzərə almalıdır.

Modern.az məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən saytımıza verilən məlumata görə, tətil günləri bayram günü hesab olunmur:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Lakin tətil günləri bayram günü hesab olunmadığından şənbə və bazar günlərinə düşən tətil günlərinin digər günlərlə əvəz edilməsi nəzərdə tutulmur”.

Bildirək ki, hazırkı tədris ilinin 5 günlük qış tətili 2020-ci il yanvarın 27-də başlayacaq və 31-də bitəcək. 

Qeyd edək ki, Təhsil Nazirliyinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Dərs ili ərzində beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) olur.



Загрузка...