AzTehsil.com


Xəbərlər / Ekspert
28 iyun 2021
1 622


“Vəziyyətin normal axara düşəcəyindən asılı olmayaraq, təhsilimiz yeni çağırışlara hazır olmalıdır"- Sədr müavini



“Vəziyyətin normal axara düşəcəyindən asılı olmayaraq, təhsilimiz yeni çağırışlara hazır olmalıdır"- Sədr müavini

 

Aldığımız dərsləri diqqətlə öyrənməli, yeni çağırışlara köklənməliyik...

"Vəziyyətin normal axara düşəcəyindən asılı olmayaraq, təhsilimiz yeni çağırışlara hazır olmalıdır. Biz bunu pandemiya dövründə daha yaxşı anladıq”.

  Bu sözləri 2020-2021-ci tədris ilinin yekunları ilə bağlı məsələyə münasibət bildirərkən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, bu hal təkcə bizim üçün xarakterik olmadığından, ilk dövrdən pandemiyanın yaratdığı fəsadlarla bağlı beynəlxalq təşkilatlarda növbəti belə halların yaşanacağı təqdirdə onun qarşısını almaq üçün yeni metod və vastələr hazırlanır. Bununla bağlı Azərbaycanda da müvafiq işlər aparılır. Düzdür, ilk vaxtlar pandemiya dövründə məsafədən təhsilin tətbiq edilməsi cəmiyyətdə heç də hamı tərəfindən rəğbətlə qarşılanmadı. Bu da təbiidir. Bununla belə, onlayn təhsilin tədrisin keyfiyyətinə təsirsiz ötüşməməsi birmənalı olsa belə, bu məsələyə yanaşmada keyfiyyət amilini qabartmağı heç bir halda ədalətli mövqe hesab etmək doğru olmaz.

Dövlətimiz və müvafiq əlaqədar qurumlar pandemiya dövründə təhsilin davamlılığını və dayanaqlılığını təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etdi. Biz də qəbul edirik ki, distant adlandırdığımız məsafədən təhsilalma forması ənənəvi təhsilin yerini verə bilməz. Bu cür təhsil forması daha çox ali təhsil üçün xarakterikdir. Orta təhsildə bunun tətbiq edilməsi üçün uyğun metodologiyaların hazırlanması zəruridir.Təkcə, onu xatırlatmaq kifayətdir ki, bu müddət ərzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə telekanallarında yayımlanan "Dərs vaxtı” verilişinin 10 minə yaxın buraxılışı efirə gedib. Ən iri milli platforma  olan "Virtual məktəb”də tədris ilinin sonlarına qeydiyyatdan keçmiş şagirdlərin sayı 1,5 milyona müəllimlərin sayı 130 minə çatıb.
Hətta mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsinin distant formada təşkil edilməsini, pandemiya şəraitində məsafədən təhsilin şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış olduğunu nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla "Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutuldu ki, böyük marağa səbəb olan və geniş auditoriyanı əhatə edən bu proses bu gün də davam etməkdədir.

Onu da nəzərdən qaçırmamalıyıq ki, bizi qəfildən yaxalayan pandemiya təhsilimiz üçün də bir sınaq dərsi idi. Ekstremal situasiyada əsas vəzifə təhsildə fasiləsizliyi təmin etmək, təhsilimizin ayaq üstə saxlanılmasını qorumaq idi ki, bu vəzifənin öhdəsindən gəlmək üçün, situsiyanı nəzarətdə saxlamaq, gedişata lokal xarakterli diferensial yanaşma, hibrid forma tətbiq etmə kimi alternativ çıxış yollarına əl atmaq zərurəti yaratmışdı.

Nobel Sülh Mükafatı laureatı Teodor Ruzveltin belə bir kəlamı var: "Harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin."Biz də vəziyyətə və şəraitə uyğun olaraq məsafədən və üz-üzə təhsili növbələşdirərək əlimizdəkilərlə nə edə biləcəkdiksə etdik, bəlkə də bir az da artıq... Görülən davamlı işlər bir daha göstərdi ki, ən çətin şəraitdə belə, təhsil bizim üçün prioritet sahə olaraq qalır.  İstənilən halda, aldığımız dərslər diqqətlə öyrənilməli, ciddi şəkildə təhlil edilməli, özümüzü yeni çağırışlara kökləməliyik.



Загрузка...
Həmçinin oxuyun:
"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Yay məktəb"lərinə qəbul başlayıb

"Yay məktəb"lərinə qəbul başlayıb

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

Nadir İsrafilov : “2020-ci il elə təhsilimizin də bir məktəb keçməsi ilə yadda qalacaq...”

Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az deyil...

Erməni vandalizminin təhsilimizə vurduğu ziyan pandemiyanın törətdiyi fəsadlardan az deyil...

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir əsas görmürəm-Sədr müavini

Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir əsas görmürəm-Sədr müavini

Sədr müavini - "Dəfələrlə rəsmi qaydada da bəyan edilib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq."

Sədr müavini - "Dəfələrlə rəsmi qaydada da bəyan edilib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq."

Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

“Yay məktəbinin təşkili nəinki lazımdır, hətta vacibdir.” - Sədr müavini

“Yay məktəbinin təşkili nəinki lazımdır, hətta vacibdir.” - Sədr müavini

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Emin Əmrullayev: “Təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”

Emin Əmrullayev: “Təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”

Nadir İsrafilov- Belə halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam.

Nadir İsrafilov- Belə halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam.