Xəbərlər / Ekspert
12 mart 2021
941


Nadir İsrafilov- Belə halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam.

 

Bir neçə məktəbin koronavirusa görə bağlanması bütövlükdə məktəblərin bağlanması üçün əsas ola bilməz, özü də buraxılış və qəbul imtahaları ərəfəsində

"Hər şeydən əvvəl onu qeyd edim ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir. Yəni, bu qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər.”

Bu fikirləri  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov  deyib. 

Ekspert qeyd edib ki, bu gün hasısa bölgədə koronavirusa görə bir neçə məktəb bağlanıbsa, digər bölgədə bir neçə məktəbin fəaliyəti bir həftəlik fasilədən sonra yenidən bərpa olunub: "Yəni, bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, pandemiyanın yaratdığı ağır fəsadları aradan qaldırmaq üçün dövlətimiz və əlaqədar qurumlar tərəfindən mümkün olan imkanlardan maksimum dərəcədə istifadə olunur. Qərarların qəbul olunması zamanı aşkarlıq və şəffaflıq təmin olunur, əlaqədar qurumlarla müvafiq məsləhətləşmələr aparılır, ümumi ictimai rəy nəzərə alınır, müəyyən məsələlərə yanaşmada könüllülük prinsipinə yol verilir.”

N.İsrafilov vurğulayıb ki, atılan addımlarda maraqlı tərəflərin mənafeyi mümkün dərəcədə nəzərə alınır: "Digər bir məsələ də ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə arzu və istəyindən asılı olmayıb, hətta Təhsil Nazirliyinin öhdəliyində belə deyil. Səhiyyə orqanlarının təhlilləri və təklifləri əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir. Təhsil Nazirliyi də davamlı olaraq, digər dövlət və özəl qurumları əməkdaşlığa dəvət edərək, təhsilin "ayaq üstə saxlanılması" üçün bütün mövcud imkanlarda istifadə edir, bərabər texnoloji imkanların yaradılması üçün mümkün dəstəyi göstərir.”

Məktəblərin yenidən bağlanmasını  düşünmürəm "Belə halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam. Hər şey yoluxmanın artım və ya azalma dinamikasından asılıdır. Başqa sözlə, hər hansı bir qərar zamana bağlıdır. Hesab edirəm ki, vəziyyət kritik hədd kimi dəyərləndirilsə belə, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirmək yanlışdır. Bir neçə məktəbin koronavirusa görə bağlanması bütövlükdə məktəblərin bağlanması üçün əsas ola bilməz, özü də buraxılış və qəbul imtahaları ərəfəsində. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma – hələ ki, real variantı bunda görürəm.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə iradəsindən, arzu və istəyindən asılı olmayıb

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə iradəsindən, arzu və istəyindən asılı olmayıb

Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov : "Bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq "

Nadir İsrafilov : "Bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq "

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Baş nazirdən tədris prosesi ilə bağlı mühüm qərar: Detallar müəyyən olundu

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”