AzTehsil.com


Xəbərlər / Müəllim
15 mart 2021
4 027


Müəllimlər oxuyun !



 

Tədqiqatlar  göstərirki, əsl  istedadlı  müəllimlər  12 faizdən  çox deyil.....
 
Müəllim  xüsusi  hazırlıq  keçmiş və  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır. Yalnız o pedaqoji  fəaliyyətlərə  müvafiq olaraq hərəkət etməyi bacarır,öz  peşə  borcunu  keyfiyyətlə icra etmək üçün müəyyən  məsuliyyət daşıyır.  Müəllimlik  işi insan  fəaliiyətinin çox mürəkkəb növünə aiddir. Pedaqoji  funksiya müəllimə peşə bilikləri  və bacarıqları  tətbiq etmək istiqamətini göstərməkdir. Əlbəttə, pedaqoji  fəaliyyətin  başlıca  istiqamətlərini  şagirdlərin təlim, təhsil, tərbiyəsi, inkişafı v ə  formalaşması təşkil edir. Bu  istiqamətlərib  hər birində  müəllim çoxlu konkret işlər görür. Amma  bütün  bu işlərin kökünə baxanda məlum olur ki,müəllimin başlıca funksiyası  təlim,tərbiyə,təhsil,inkişaf,formalaşma  proseslərini idarə etməkdir. O, özünün  bu  başlıca  funksiyasını  nə qədər  dərindən başa  düşsə,öz şagirdlərinə bir o qədər  müstəqillik,  təşəbbüskarlıq,  sərbəstlik verər 
Hələ  vaxtı ilə Sokrat  peşəkar pedaqoqları "fikrin mamaçaları”  adlandırmışdır.Savadlı  müəllim şagirdə hazır  bilikləri
verməməli,onun başında fikrin  meydana gəlməsinə, yaranmasına  kömək göstərməlidir.

Müəllim əməyinin səciyyvi xüsusiyyətləri və  özünəməxsusluğu nədədir ? Tədqiqatçılar  bununla  bağlı  onlarla model fikirləşmiş və həyata keçirmişlər. Bu modelərdən biri  pedaqoji  idarətməni  müəllimin  başlıca  funksiyası  hesab  edir. İdarəetmə  funksiyasını konkretləşdirmək  üçün  "pedaqoji layihə” anlayışından istifadə olunur. Bu  anlayış aıtında  düşünülmüş  və  axıra  qədər  yerinə yetirilmiş hər  hansı  bir iş başa  düşülür. Məsələn, viktorina, olimpiada, məktəb  bayramı  və ekoloji ekspedisiyanın  təşkili belə  bir iş ola  bilər. Bütün  bu işləri  pedaqoq idarə  etməlidir. Səhv nə qədər az olsa,işin  sıəmərəsi bir  o qədər  yüksək olar.

Pedaqoqun  birinci funksiyası layihənin ilkin mərhələsi  ilə bağlıdır. Bu mərhələdə  qarşıya  məqsəd  qoyulur. Məlumdur ki, məqsəd pedaqoji  fəaliyyətin əsas  amilidir. Məqsəd müəllimin və onun  şagirdlərinin əməyini  ümumi  nəticicəyə  nail olmağa  doğru istiqamətləndirir.Təlim  prosesinin idarə  olunması, hər şeydən  əvvəl şagirdlərin  əməyini ümumi nəticəyə  nail olmağa  doğru  istiqamətləndirir. Təlim  prosesinin idarə olunması  hər  şeydən əvvəl, şagirdlərin  hazırlıq  səviyyəsinə, imkanlarına,tərbiyəliyinə, inkişafına  əsaslanır.Buna diaqnostlaşdırma (yunan sözüdür,aydınlaşdırmaq deməkdir ) yolu ilə  nail  olunur. Məktəblilərin  fiziki və psixi  xüsusiyyətlərinin  inkişafını, onların  əqli  hazırlıq  və   əxlaqı  tərbiyəlilik  səviyyəsini, sinifdə  və ailədə  tərbiyə  şəraitini  bilmədən  məqsədi düzgün  müəyyənləşdirmək,ona  nail olmaq üçün  vəsitələri  seçmək olmaz.

Diaqnostlaşdırma proqnozlaşdırma (yunan sözüdür,qabaqcadan  görmək mənasını verir ) ilə qırılmaz  surətdə həyata keçirilir. Bu  konkret  şəraitdə  müəllimin öz  işinin  nəticələrini  qabaqcadan  görmək  bacarığında  özünü  göstərir. Buna  əsaslanaraq  o, öz fəaliyyətinin  strategiyasını  müəyyənləşdirir, müəyyən  olunmuş  kəmiyyətdə  və  keyfiyyətdə  pedaqoji məhsulun alınması  imkanlarını qiymətləndiri.
 
Müəllimin  lahiyələşdirici  funksiyası  gələcək fəaliyyətin  modelini  qurmaqdan,müəyyən  olunmuş  şəraitdə  seçməkdən  ibarətdir.
Diaqnoz, proqnoz, layihə  təlim-tərbiyə  fəaliyyətinin  planını işləyib  hazırlamaq  üçen  əsas olur. Bununlada pedaqoji  prosesin hazırlıq mərhələsi başa  çatır. Peşəkar  müəllimin  bütün  detalları  düşünülmüş, dəqiqləşdirilmiş  planı  olmasa,sinfə  girməyi  özünə rəva bilməz. Planın həcmi vacib deyil, ən başlıcası  onun olmasıdır.

Müəllimin  təşkilatçılıq  funksiyası  əsas  etibarilə  şagirdləri  nəzərdə  tutulan  işə  cəlb etməklə, məqsədə  nail  olmaq  üçün  onlarla əməkdaşlıq  etməklə  bağlıdır.
İnformasiya  vermə  funksiyasının  mahiyyəti  elə  adından  bəllidir. Müəllim  şagirdlər  üçün  başlıca  informasıya  mənbəyidir. O, çəx şeyi – öz  fənnini, onun  tədrisi  metodikasını, pedaqogikanı , psixologiyanı bilir.

Nəzarətetmə, qiymətləndirmə, və korreksiya  funksiyaları  bəzən  birləşir. Bu pedaqiji  prosesi  müəllimə  lazımdır. Nəzarəti  həyata  keçirən, bilikləri  qiymətləndirən  zaman  şagirdlərin  təkcə  nailiyyətinin yox, həm də uğursuzluğunun  səbəbləri  aydın olur. Toplanılan  informasıya  prosesə  düzəliş  etməyə, ona təsirli  stimullar  daxil  etməyə, səmərəli  vasitələrdən istifadə  etməyə  imkan  verir.

Müəllim analitik  funksiyanıhər  hansı  bir  pedaqoji  layihənin  son  mərhələsində  yerinə  yetirir. Müəllim  başa  çatan  işi  təhlil  edir,onun  səmərəliliyini  müəyyənləşdirir.  Əgər  göstərici  nəzərdən  tutulduğundan  azdırsa, gələcəkdə bu geriliyi  doğuran  səbəbləri  aradan  qaldırmaq  üçün  yollar  axtarılır.
Müəllimin  yerinə  yetirdiyi  funksiyaların  çoxluğu  onun  əməyinə bir  çox  ixtisasların  komponentlərini  daxil edir. Bunlara  aktyorluq, rejissorluq və mencerlik, tədqiqatçılıq  və  seleksioner  ixtisasları  daxildir.

Müəllim peşəsi  yer  üzərindı  ən qibtə  olunmalı  peşədir. Nə  qədər ki,  cəmiyyət  var  müəllim olacaqdır. Dünyada  yaşayan  hər bir  insanın  taleyi  az da olsa  müəllimin  əlində  olmuşdur. Həyatımızda  işıqlı nə varsa, hamısı – həqiqət, müdriklik , xeyirxahlıq, qardaşlıq,  bəşəriyyətin  təmənnasız  xidmətçisi  olan  müəllimdən  gəlir.

Müəllim  xüsusi  peşə  və  ictima  funksiyaları  onun  şəxsiyyətinə  əxlaqi  simasına  yüksək  tələblər  veriri. Müəllimə  verilən  tələblər  pedaqoji  fəaliyyətin  mevəffəqiyətini  müəyyən  edən  peşə keyfiyyətlərinin  imperativ (qeyri-şərtsiz) sistemidir.

Hər şeydən əvvəl nəzərə  almaq  lazımdır ki, praktik  pedaqoji  fəaliyyətin  ancaq  yarısı  rasional  texnologiya  üzərində  qurulmuşdur. Ona  görə də  meəllimə  verilən  başlıca  tələb  onun  pedaqoji  qabiliyyətlərə  malik  olmasıdır. Pedaqoji  qabiliyyətlər  müəllimin  şəxsi  keyfittətləridir. Onlar  uşaqlarla  işləməyə meyldə, uşaqlaram məhəbbətdə, onlarla  ensiyyətdən  həzz  almaqda  özünü  göstərir. Pedaqoji  qabiliyyətlər  yeddi  qrupa  ayrılır :

1.Təşkilatçılıq  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin  uşaqları  birləşdirmək, onları  məşğul  etmək, vəzifələri  bölüşdürmək, işi  planlaşdırmaq, görülən  işə  yekun vurmaqvə s. Bacarığında  özünü  göstərir.

2. Didaktik  qabiliyyətlər. Buraya  tədris materialını, əyani  vasitələri, avadanlıqlığı  seçmək  və  hazırlamaq, tədris  materialını  başa  düşülən  şəkildə, aydın, ifadəli, inandırıcı  və  ardıcıl  nəql  etmək, idrakı  maraqların və  mənəvi  tələbatların  inkişafını  stimullaşdırmaq, tədris-idrak  fəallığını  yüksəltmək  və s. Konkret  bacarıqlar  daxildir.

3. Perspektiv  qabiliyyətlər. Bu, şagirdlərin daxili  aləmini  görmək  bacarığında, onların  emosional  vəziyyətini  obyektiv  qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini  üzə  çıxarmaqda  özünü  göstərir.

4. Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin  şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin  rəhbərliyi  ilə  pedaqoji  cəhətdən  məqsədyönlü  münasibət  yarada  bilməsində  özünü  göstərir.

5. Suqqestiv (təlqinedici )  qabiliyyətlər. Bu, şagirdlərə  emosional-iradi  təsir  göstərməkdən  ibarətdir.

6. Tədqiqatçılıq  qabiliyyətlər. Bu,  pedaqoji  situasiyaları  və  prosesləri  dərk etmək  və  obyektiv  qiymətləndirmək  bacarığında  özünü  göstərir.

7. Elmi – idrakı  qabiliyyətlər. Bu, seçdiyi  sahə  üzrə  elmi  bilikləri  mənimsəmə  qabiliyyətidir.

Müəllim  praktiki  fəaliyyət  üçün  bu  qabiliyyətlərin  hamısı  eyni  dərəcədə  vacib deyil. Son illərin  elmi  tədqiqatları  göstərir ki, bu  qabiliyyətlər  içərisində  "aparıcı” və "köməkçi” qabiliyyətlər  vardır. Aparılan  çoxsaylı  sorğuların  nəticələrinə  görə  didaktik, təşkilatçılıq  qabiliyyətləri  aparıcı  qabiliyyətlərə  aid  edilir, qalanlar  isə  köməkçi  qabiliyyətlər  hesab  olunur.

Əlbəttə, ideal pedaqoji  fəaliyyətlə  istedadlı  və  qabiliyyətli  adamlar  məşğul  olmalıdır. Pedaqoji  peşə  kütləvi  olduğundan  istənilən  qədər  istedadlı  və  qabiliyyətli  müəllim tapmaq  çətindir. Ona  görədə  məsələyə  bir  qədər  başqa  prizmadan  yanaşmaq  lazımdır. Bir  çox   mütəxəsislər  belə  hesab  edirlər ki, insan  parlaq, nəzərə  çarpan  qabiliyyətlərə  malik  olmasa  da,  bir  çox  vacib peşə  keyfiyyətlərini  əməksevərlilik, doğruçuluq,  vəzifələrinə ciddi  münasibət, öz  üzərində  daim  işləmək  hesabına  kompensasiya  edə  bilər.

Müəllim  mühüm  peşə  keyfiyyətlərinə  aşağıdakılar  daxildir: əməksevərlik, intizamlılıq, məsuliyyətlilik, qarşıya  məqsəd  qoymaq və ona  nail  olmaq  yolunu  seçməyi  bacarmaq,  mütəşəkkillik, qətiyyətlilik, əzmkarlıq, öz  peşə  səviyyəsini, əməyinin  keyfiyyətini  sistematik və  planauyğun  yüksəltmək və s.
Müəllim  üçün  ən vacib  keyfiyyətlər  humanizimdir. Bu yer  üzərində  ən yüksək dəyər  olan insana  münasibətdir. Bu  yer  üzərində  ən  yüksək  dəyər  olan  insana  münasibətdir. Bu  münasibət  konkret  işlərdə  və  hərəkətlərdə  öz  ifadəsini  tapır. Humanist  münasibətlər  şagirdin  şəxsiyyətinə  maraqdan, onun  vəziyyətinə  şərik  olmaqdan,  tələbkarıqdan, şəxsiyyətinin  inkişafına  qayğı  göstərməkdən  və s  ibarətdir.

Müəllim  həmişə  fəal, yaradıcı  şəxsiyyətdir.Sinif  və  uşaq  kollektivi  kimi  mürəkkəb  orqanizmə  pedaqoji  rəhbərliyi  həyata  keçirmək  üçün  müəllim  inadlı,qətiyyətli  olmaklı, hər hansı  bir  situasiyanı  müstəqil  həll  etməyə  hazır  olmalıdır. Dözümlülük, özünü ələ  ala   bilmək  müəllim  peşəsi  üçün zəruri  olan  keyfiyyətlərdəndir. Peşəsində öz  aparıcı  mövqeyini  saxlamağı  bacarmalıdır.

Ədalətlilik  müəllimin  peşə  keyfiyyətlərinin  ayrılmaz  hissəsidir. Müəllim  sistematik  olaraq  şagirdlərin  bilik,bacarıq  və  hərəkətlərini qiymətləndirməlidir. Ona  görə də  onun  qiymətləndirmə  ilə  bağlı  mühakimələri, fikirləri  məktəblilərin  inkişaf  səviyyəsinə  uyğun  gəlməlidir. Şagirdlər  müəllimin  obyektivliyi  haqqında bunlara  görə  fikir  yürüdürlər. Heç  bir  şey  obyektiv  olmaq  bacarığı qədər  müəllimin  əxlaqı  nüfuzunu  möhkəmləndirə  bilmir. Müəllimin  qərəzçiliyi, subyektivliyi  təhsil-tərbiyə  işinə  çox  zərər  vurur.

Müəllim  tələbkar  olmalıdır. Bu, onun  müvəffəqiyyətli  işinin  mühüm  şərtidir. Müəllim  ilk  növbədə  özünə  yüksək  tələblər  verməlidir, çünki  özündə  olmayan  şeyi başqasından  tələb  etmək  olmaz. Pedaqoji  tələbkarlıq  ağlabatan  olmalı, inkişaf edən  şəxsiyyətin  imkanlarını  nəzərə  almalıdır.
Müəllimin  yumor  hissi  pedaqoji  prosesdə  mövcud  ola  bilən  güclü  gərginliyi  neytrallaşdırır. Deyirlər ki, şən  müəllim  qaraqabaq  müəlliməyə  nisbətən  daha  yaxşı  öyrədir. Bu, sinifdə  nisbətən emosional  fon  yaratmağa  kömək  edir.

Pedaqoji  takt  haqqında  xüsusi danışmaq  lazımdır. Pedaqoji  takt  xüsusi  bacarıq  növü olub,  şagirdlərlə  ünsiyyətdə  müəyyən  hədlərə  riayət  etmək  deməkdir. Takt  tərbiyəçinin, müəllimin  ağlını, hisslərinin  və  ümumi  mədəniyyətinin  ümumiləşmiş  ifadəsidir. Şagird  şəxsiyyətinə  hörmət  etmək  pedaqoji  taktdın  özəlliyidir. Şagirdləri  başa  düşmək  müəllimə  qeyri – taktiki  hərəkətlərə  yol  verməyə  imkan  vermir, konkret  situasiyada  optimal  təsir  vasitələri  seşməyə  kömək  edir. Müəllim təkcə  biliklərdə  öz  əksini  tapan  ideyalarla  tərbiyə  tmir, o, həm də   ideyaları  sinfə  ncə  çatdırması   ilə  tərbiyə  edir.Təlimdə  təkcə  ağıllılar  bir- birinə  təsir  etmir, həm də, müəllimin  qəlbi  şagirdin  qəlbi  ilə  təmasda  olur.

Şagirdin  tədris  fənni  ilə  görüşünün  taleyi xeyli  dərəcədə  müəllim-şagird  sistemində  münasibətlərin  quruımasından  asılıdır. Bu bir  faktırki, riyaziyyat  müəlliminə  böyük  rəğbət, məhəbbət  olmasa , riyaziyyatı  sevmək olmaz. Ədəbiyyat  müəllimini  başa  düşmədən  incəsənəti  sevmək  mümkün deyil.
Müəllimlikdə  şəxsi  keyfiyyətlərlə  peşə  keyfiyyətləri  vəhdət  təşkil  edir. Peşə  keyfiyyətlərinə  tədris  etdityi  fənni, onun tədrisi  metodikasını  bilmək, psixoloji hazırlıq. Ümumi  erudisiya, geniş  mədəni  səviyyə, pedaqoji  ustalıq,  pedaqoji  əmək və  ünsiyyət  texnologiyasına  yiyələnmək, təşkilatçılıq  bacarıq  və  vərdişləri, pedaqoji  takt, pedaqoji  texnika, natiqlik  məharəti  və  başqa  keyfiyyətlər  daxildir.

Elmə  aludə  olmaq  müəllimin  mühüm  keyfiyyətidir. Elmə  marq  müəllimə  öz  fənninə  hörmət  hissini  formalaşdırmağa, elmi  mədəniyyətini  qoruyub  saxlamağa, öz elinin  bəşər  inkişafının  ümumi  prosesləri  ilə  əlaqəsini  şagirdlərə  göstərməyə  və  görməyi  öyrətməyə  kömək edir.
Öz  peşakar  əməyinə  məhəbbət  elə  keyfiyyətdir ki, onsuz  olmaq  mümkün  deyil. Müasir  müəllimin  şəxsiyyəti  bir  çox halda onu  erudisiyasını, yüksək  mədəni  səviyyəsi  ilə  müəyyən olunur. Müasir  dünyadan  sərbəst  baş  çıxarmaq  istəyən  şəxs  çox  şeyi  bilməlidir. Erusisiyalı  pedaqoq  yüksək  şəxsi mədəniyyətin  daşıyıcısı  olmalıdır.

Müəllimin  ilk  professioqramı  XX əsrin  20-30-cu, yenisi  isə 80-cl illərində  qəbul  olunmuşdur.Həmin   professioqramları  müqaisə   edəndə   məlim  olurki.  Meəllimə  verilən  bəzi tələblər  yox  olmuş, yeniləri  meydana  gəlmişdir. Yox  olan keyfiyyətlər  içərisində "möhkəm sağlamlıq”da  vardır. Soruşula  bilər: məgər  müasir  müəllimə  sağlamlıq  lazım  deyil ?

Hər  il min  nəfər birinci  kurs  tələbəsi  ilə  aparılan  sorğu  göstərirki, onları 85 faizə  qədəri  birinci  yeri  müəllimin  ədalətlilik  keyfiyyətinə, ikinci  yeri  tələbkarlıq  keyfiyyətinə, üçüncu  yeri  isə  öz  fənnini  bilməyə  verirlər. 20 keyfiyyət  içəisində  birinci  10 yeri  aşağıdakı  keyfiyyətlər  tutmuşdur : ədalətlilik, tələbkarlıq, öz  fənnini  bilmək, xeyirxahlıq, şagirdlərə  etibar  etmək, nəzarətlilik, təvəzökarlıq, diqqətlilik, mütəşəkkillik, əxlaqı  saflıq.
Səciyyəvi  haldırki, şagirdlərin  qəlbində  yaranan  müəllim obrazı  daimi  qalmır, şagirdlər  sinfə  keçdikcə  o dəyişir. İbtidai  məktəbdə  müəllim idealdır, onun tələbləri  qanundur. Əfsus, müəllimin  ideallaşdırılması  çox  sürmür  və  azalma  meyli  müşahidə  olunur.
Tədqiqatlar  göstərirki, əsl  istedadlı  müəllimlər  12 faizdən  çox deyil. Müəllimlərin  əsas  kütləsi təlim-tərbiyə  metod  və  priyomlarına  yaxşı  yiyələnmiş ustalardır. Vaxtı  ilə  pedaqoji  ədəbiyyatda  pedaqoqun  keyfiyyətləri  haqqında söhbət  gedərkən  onun  qayğıkeş,  xeyir xah,  uşaqları  sevən, qəlbi  məhəbbətlə  dolu  olan insan  olması  arzu  olunurdu.

Müəllmin  əməyinin   belə  qeyri-işgüzar  və  sentimental  yanaşma  A.S.Makarenkonun  hiddətləndirirdi. O, belə  hesab  edirdi ki, "müəllim  qəlbi” şagirdlərə  münasibətin  daxili  tənzimləyicisi  kimi  istifadə  oluna  bilməz. A,S.Makerenkonun  fikrincə  "xeyirxah  qəlblər  sistemi”  uşaqların  rəğbətini  qazanmaq. "ən  çox  sevilən müəllim " titulunu  almaq  uğrunda  mübarizəyə  gətirib  çıxarır. O,müəllimə  istehsalat  mövqeyindən  yanaşmağı, ona  əmək , zəhmət  adamı, fəhlə  kimi  baxmağa  çağırır.
Bir tələbənin hazırladığı kurs işindən....



Загрузка...
Həmçinin oxuyun:
MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik  haqqında-

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik haqqında-

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllimlər oxuyun !Pedaqoji  qabiliyyətin  yeddi  qrupu

Müəllimlər oxuyun !Pedaqoji qabiliyyətin yeddi qrupu

Təhsil prosesinin əsas siması müəllimin pedaqoji qabiliyyəti

Təhsil prosesinin əsas siması müəllimin pedaqoji qabiliyyəti

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Müəllimin peşə qabiliyyətləri.

Müəllimin peşə qabiliyyətləri.

Müəllimlik peşəsində pedaqoji  bacarıq və vərdişlər

Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında