AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRi EMİN ƏMRULLAYEVƏAZƏRBAYCAN TƏHSIL PSIXOLOQLARI İCTIMAI BİRLİYİNİN (ATPİB) MÜRACİƏTİ
CƏNAB NAZİR!
Ölkənin təhsil müəsisələrundə çalışan psixoloqların Diaqnöstik Qiymətləndirmə imtahanından keçməsindən artıq bir il keçdi. Məlumuniz olduğu kimi, DQ Təhsil Nazirinin müvafiq əmri və nazirliyin bir neçə ay bu işə cəlb olunmuş strukturlarının ciddi təşkilatçılığı altında keçirildi və DQ nəticələri Təhsil Nazirinin 07 yanvar 2020-ci il tarixli 12 saylı əmri ilə təsdiqləndi. Psixoloqların DQ-də göstərdiyi yüksək nəticələr Təhsil Nazirliyinin rəsmiləri tərəfindən də yüksək və qənaətbəxş kimi dəyərləndirildi. Amma, təəssüf ki, məktəb psixoloqlarının əmək haqları DQ-dən keçmiş digər təhsil işçilərinin və müəllimlərin əmək haqları kimi stimullaşdırılmadı. Hətta, məktəb psixoloqları ilə bir vaxtda DQ-dən keçmiş saxta diplomlu müəllimlərin və müsiqi məktəbləri müəllimlərinin əmək haqları DQ nəticələrinə görə yeni tarif dərəcələrinə uyğunlaşdırıldı,amma sabiq təhsil naziri təəssüf ki, bu məsələdə qeyri-səmimi mövqe tutaraq məktəb psixoloqlarına gözləməyi məsləhət gördü.
Məktəb psixoloqları illərdir təşkilatlanaraq, ölkə miqyasında özləri iri şəhərlərdə və rayonlarda çalışan həmkarları üçün peşəkar təlimlər keçirir, üstəlik onların özləri də öz peşəkar səviyyələrini yüksəltmək üçün ölkədə təşkil olunan əksər ödənişli təlimlərdə daima iştirak etmişlər.
Həmçinin, təhsil psixoloqlarının böyük bir qriupu artıq bir neçə ildir TİPİİ-nin təşkil etdiyi TOT təlimlərə cəlb edilmiş və onlar artıq peşəkar təlimçilər kimi bir neçə ildir Təhsil Nazirliyinin həyata keçirdiyi əksər layihələri rellaşdıran əsas təlimçi kontingentidir.
Pandemiya və müharibə dövründə, eləcə də müharibə bitəndən sonra AZƏRBAYCAN TƏHSİL PSİXOLOQLARI İCTİMAİ BİRLİYİNİN (ATPİB) bütün regional təşkilatları, rayon kuratorluqları müharibənin və pandemyanın davamlı şəkildə insanların psixikasında yaratdığı ciddi psixoloji gərginliklərin törətdiyi posttravmatik stress pozuntusu - fiziki və psixoloji stress faktorların neqativ nəticələrini qarşılamaq üçün bu insanlara psixoloji dəstək aksiyasına qoşuldular.
Təhsil psixoloqları apardıqları bu təmənnasız və nəcib aksiyaya dəstək üçün ilin sonundan başlayaraq bütün KİV-lər, saytlar vasitəsilə TN-nə rəsmi razılıq üçün müraciətlər etdi. Lakin, təəssüf ki, psixoloqların bu müraciəti də cavabsız qaldı.
Azərbaycanın bütün təhsil psixoloqları adından ölkə təhsilinin rəhbərliyindən xahiş edirik, məktəb psixoloqlarına qarşı illərdir davam edən bu biganəliyə, ögey münasibətə, etinasızlığa və güvənsizliyə son qoyun. Sizlər yaxşı bilirsiniz bu peşə sahibləri indiyəcən hansı dözülməz şəraitdə çallışmaq məcburiyyətində olublar.
Çox təəccüblüdür, nə üçün illərdir təhsilin ayrılmaz bir hissəsi olan psixoloji xidmətin fəaliyyətini tənzimləyəcək normativ hüquqi aktlar və alt sənədəri hazırlanıb təsdiq olunmur?
Nə üçün bu peşə sahiblərinin fəaliyyəti üçün məktəblərdə elementar bir əmək şəraiti yaradılmır?
Nə üçün illərdir DQ-dən keçidi ubadılan psixoloqlar nəhayət 2019-cu ilin sonunda bu imtahandan yüksək nəticələrlərlə keçmələrinə baxmayaraq, Prezidentin müvafiq Sərancamına məhəl qoyulmadan, məhz onların əmək haqları Diaqnostik Qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılmadı?
Nəyə görə bu ali təhsilli mütəxəssislər texniki işçilərlə bir tutulmalı, rəhbərlik də onları dalandar, katibə, kargüzar, indi isə tibb bacısı əvəzinə işlətməlidir?
Cənab nazir, inanın hazırda Azərbaycan təhsilində yüzlərlə öz işini layiqincə və vicdanla yetirən peşəkar, səriştəli psixoloqlar çalışır. Son illərdə təhsilimizə ölkədə və xaricdə təhsil almış xeyli yüksək nəzəri hazırliqlı, istəkli və perspektivli gənc psixoloqlar gəlib. Amma çox təəssüf ki, onlar bərabər çalışdıqları gənc müəllimlərə verilən bütün imtiyazlardan məhrumdurlar. Cənab nazir, əgər siz doğrudan da təhsilin bu sahəsinin inkişafında qərarlısınızsa, yetər ki, bu insanlara dəstək olasınız və illərdir davam edən bu səbəbi anlaşılmayan ayrı-seçkiliyı aradan qaldırasınız.
ATPİB-in sədri :
Famil Səfərov
Region rəhbərləri:
Gülbəniz İsmayılova, Bakı
İlhamə Həsənova, Bakı
Xanım İsmayılzadə, Abşeron
Samirə Əhmədli, Sumqayıt
Zeynəb Məmmədova, Kürdəmir
Fərrux Əliyev, Astara
Təranə Mehdiyeva, Neftçala
Aynur Fərmanova, Şabran
Zamin Fərəcov, Şamaxı
Maşallah Mirzəyev, Zaqatala
Mənsurə Yusifova, Qarabağ
Rübabə Mərdanova, Qarabağ
Yeganə Rzayeva, Gəncə
Afət Əsgərova, Qazax
Pərvanə Dəmirova, İmişli
Elxan Səmədov, Yevlax
Qadir İbişov, Yardımlı
Aşağıda AZƏRBAYCAN TƏHSİL PSİXOLOQLARI İCTİMAİ BİRLİYİNİN təhsildə psixoloji xidmətin inkişafına dair təklifləri bu müraciyətə əlavə olunur.
~~~~~~~~~~~~~~~~~~
ATPİB-in təhsildə psixoloji xidməti optimallalaşdırmağın yolları barədə TƏKLİFLƏRİ
Ölkə təhsilində psixoloji xidməti günün tələbləri səviyyəsində qurmaq üçün ilk növbədə Təhsil Nazirliyində bu sahəyə dərindən bələd olan mütəxəssislərdən ibarət bir koordinasiya mərkəzi yaratmaq lazımdır. Bu ya "Psixoloji xidmət üzrə kuratorluq", ya "Təhsilə psixoloji xidmət sektoru" və sair adı altında yaradıla bilər. Yaradılacaq mərkəz ölkə ərazisini regionlara bölərək ( məs. Bakı və Abşeron, Şimal, Cənub, Qərb və Mərkəzi) qısa bir zamanda ölkənin təhsil müəssisələrində çalışan psixoloqların peşə fəaliyyətinin yoxlanılması və nizama salınması, ümumilikdə psixoloji xidmət işinin optimallaşdırılması üçün kompleks tədbirlər hazırlayıb həyata keçirməlidir:
1. Bu sahədəki hazırki durum dərindən öyrənilməli və geniş hesabat hazırlanmalıdır. Bu işin həyata keçirilməsi üçün biz hazırda ölkə psixoloqlarının yarıdan çoxunu özündə birləşdirən AZƏRBAYCAN TƏHSİL PSİXOLOQLARI İCTİMAİ BİRLİYİNİN (ATPİB) regional strukturları vasitəsi ilə öz köməyimizi təklif edirik.
2. Azərbaycan təhsilində təcrübəli və öz fəaliyyətini yüksək peşəkarlıqla quran psixoloqların, habelə digər ölkələrin qabaqcıl iş təcrübəsi öyrənilməli və təhsil sistemimiz üçün uyğun və faydalı tərəfləri tətbiq olunmalıdır.
3. Psixoloji xidmət işinin normal fəaliyyətini bərpa etmək və tənzimləmək üçün vacib normativ aktlar təcili təsdiq edilməli və bütün müvafiq alt sənədlər işlənib hazırlanaraq bütün təhsil subyektlərinə çatdırılmalıdır.
4. Psixoloqların peşə hazırlığının yüksəldilməsi, onların nəzəri və praktiki biliklərinin artırılması üçün vaxtaşırı təlimlər, seminarlar və yenidən hazırlanma kursları təşkil edilməlidir.
5. Bu peşə sahiblərinin əməyinin düzgün qiymətləndirilməsi və stimullaşdırılması üçün DQ-dən keçmiş bütün məktəb psixoloqlarının, imtahan nəticələrindən asılı olmayaraq, onların əmək haqları da DQ nəticələrinə müvafiq hazırkı tarif dərəcələrinə uyğunlaşdırılmalıdır.
6. Ölkə üzrə psixoloji kadrların düzgün seçilməsi, yerləşdirilməsi və hazırda fəaliyyət göstərən psixoloqların təhsil sənədlərinin uyğunluğunun yoxlanılması üçün geniş tədbirlər planı hazırlnmalı və həyata keçırilməlidir. (Psixoloqların işə qəbulunda [PİQ] Bakı şəhər Təhsil İdarəsinin təcrübəsindən yararlanmaq olar).
Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin Təsis Konfransının yekun qərarından çıxarış
1 fevral 2020-ci il