AzTehsil.com


Xəbərlər / Psixoloq
02 may 2020
1 379


Təhsil psixoloqları yeni qəbul olunmuş “Qaydalar”dakı xeyli məqamlarla razı deyil



 

 Nazirlər Kabineti "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edib.


Bu qərar mətbuatda yayıldıqdan sonra, Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin sədri Famil Səfərov Mektebgushesi.az -a yeni qərarla bağlı fikirlərini bildirib:


Sənədi oxuduqca, o qənaətə gəldim ki, TN onu bu məzmunda təqdim etməklə uzun illərdi "Əsasnamə” tələb edən psixoloqlara bununla sanki, "alın doyunca yeyin” müsajını verdi. Əvvəli onu deyim ki, bu sənəd nə təhsil ictimaiyyətinin, nə də 2700-dən çox məktəb psixoloqunun müzakirəsinə çıxarılmadan, çox məxfi şəkildə hazırlanaraq, gizlincə NK-nin konselyariyasına ötürüldü. Əslində isə bu tipli sənədlər əvvəlcə Layihə şəklində ictimaiyyətin müzakirəsinə çıxarılmalı və bu sahənin mütəxəssislərinin rəy və təklifləri nəzərə alınmalı idi. Çox təəccüblü və müəmmalı hal da odur ki, nə üçün NK keçən ilin payızından bu hazır və təsdiqini gözləyən sənədi məhz indi, dünyadakı bu durğunluq vaxtında, özü də bir neçə digər sənədlərə qatıb təsdiq etdi?

İndi isə sənədin özü barədə:

Birincisi, bu sənəddə əvvəllər mövcud olan "Əsasnamə”dəki bölmələr və bəndlər sxematik olaraq saxlanılsa da, bütün bölmələr psixooqları saysız-hesabsız vəzifə borcları və öhdəliklərlə o qədər yükənmişdir ki, bu işləri nəyinki bir psixoloq, hətta bir neçə psixoloqdan ibarət heyət də sutkanın 24 saatını çalışsalar da, tələb olunan Qaydalara uyğun şəkildə yerinə yetirə bilməzlər.

Odur ki, bu baxımdan sənəd çox təhlükəli sənəddir. Çünki istənilən məmür onu əlinə götürüb gəlib hətta ən yaşı çalışan psixoloqu belə işinin öhdəsindən gəlməməyə görə cəzalandıra bilər.

İkincisi, sənəd 99% psixoloqların qarşısına qoyulan vəzifələrdən ibarətdir. Hətta, "Psixoloqların hüquqları” bölməsindəki bütün bəndlərdə belə Psixoloqların qarşısına bilavasitə öhdəliklər qoyulur. Məktəbdə çalışan direktordan tutmuş, ocaqçıya qədər heç kimin qarşısına belə öhdəliklər qoyulmayb.

Əvəzində bu sənəddə təsbit olunmalı psoxoloqlar üçün vacib hüquqlar sanki ya unudulub, ya da digər hüquqi aktlara istinad edilib. Məsələn:

— psixoloqların təhsil müəsisəsində statusu və vəzifə səlahiyyətləri. TN onları məktəb rəhbərlərinə, pedoqoji heyətə, ya indiyədək aid etdikləri tədrisin yardımçı heyətinə; UBR, kitabxanaçı və labarantlar aid edir? Qeyd edim ki, bu psixoloqlar üçün vacib və prinsipial məsələdir. Çünki indiyə kimi, psixoloqların ə/h-nın DQ-yə uyğunlaşdırılması məsələsi gündəmə gələndə Təhsil Nazirliyi hər dəfə psixoloqların pedoqoji işçi olmamasını bəhanə edib. Baxmayaraq ki, hələ keçən ilin ortalarından elə TN-nin özünün əmr və sərəncamlarında psixooqlar pedoqoji işçi elan olunub.

— diqqəti çəkən daha bir mühüm məqam ondan ibarətdir ki, bu sənəddə praktik psixologiyanın ən vacib tədqiqat sahəsi olan psixodiaqnostikanın adı çəkilmir. Cənablar, biz indi deyə bilmərik ki, bu qəsdən, bilərəkdən edilib, ya sənədi hazırlayanların bu sahəyə bələd olmamasından və naşılığından unudulub, ya da sizlər təhsil psixooqlarına ciddi mütəxəssis kimi baxmırsınız. İstənilən halda bu çox absurd və səhv bir yanaşmadır. Məlumunuz olsun ki, kompleks psixoloji tədqiqat zamanı, psixika üzərində müxtəlif metodlarla(test, sorğu və s.) psixodiaqnostik ölçmələr aparmadan, təcrübi nəticələr əldə etmədən orada sadaladığınız konsultasiya və korreksiya işlərini də aparmaq mümkün deyil. Ümid edirik ki, "Təhsildə psixoloji xidmətə dair Əsasnamə” hazırlanan zaman bütün bunlar nəzərə alınacaq, Elm və Təhsil Komissiyası, habelə təhsil psixologiyası ilə məşğul olan hörmətli alimlərimiz bu sahənin xüsusiyyətlərini hərtərəfli nəzərə alacaq ciddi bir sənəd ortaya qoyacaqlar.

— növbəti vacib məsələ isə, psixoloqların həftəlik normativ iş saatıdır. Bu əvvəlki əsasnamədə 36 saat göstərilsə də, son illərdə bu 40 saata çatdırılmışdır. İndi təhsil müəsisələrində çalışan ali təhsilli digər müvafiq mütəxəssislərin yeni tarif cədvəlinə uyğun iş saatlarına baxaq: Direktor və müavinləri DQ-yə uyğunlaşdırılmış yeni tarif dərəcələrinə müvafiq oklad + həmin tarifə uyğun ödənilən 6-12 saat dərs yükü, meəllimlər həftədə 18 saat dərs yükü üçün yeni tarif dərəcəsi ilə ödənilən staja müvafiq oklad, defektoloqlar və loqopedlər – 24 s. həftəlik iş saatı və müvafiq oklad. Psixoloqlar da sonuncu göstərilən mütəxəssislər kateqoriyasına aid olsalar da, niyə məhs onlar həftədə 40 saat işləməlidilər? Üstəlik, DQ -dən uğurla keçdiklərinə baxmayaraq, 20 il əvvəlki tarif dərəcələri ilə əmək haqqı almalıdılar?..

Əlbəttə, bu sıranı davam etdirmək olardı, lakin on ildın çoxdur ki, gözlədiyimiz sənəd indi təsdiqləndisə, ondakı bu çatışmazlıqların da operativ həllini gözləmək sadəlövhlük olardı.




Загрузка...
Həmçinin oxuyun:
"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq - ƏMR

Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq - ƏMR

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Psixoloqların maaşı artır

Psixoloqların maaşı artır

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Nadir İsrafilov:  “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız  zamanıdır.“

Nadir İsrafilov: “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız zamanıdır.“

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı

«Psixoloqların maaşlarının artırılması üçün plan hazırlayırıq»

«Psixoloqların maaşlarının artırılması üçün plan hazırlayırıq»

Maaşlarımız nə qədər - ARTDI?

Maaşlarımız nə qədər - ARTDI?

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb