AzTehsil.com


Xəbərlər / İqtisadiyyat
19 yanvar 2018
6 304


Maaşlarımız nə qədər - ARTDI?



Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"ndə dəyişikliklər edib.

 
Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116), 132 (əvvəl 121), 134 (əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. Bu dəyişikliyə əsas minimum əmək haqqının 116 manatdan 130 manata qaldırılması olub.
 
Aztəhsil.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu öz "Facebook" səhifəsində yazıb.
 
Onun sözlərinə görə, beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.

Ekspert burada diqqəti 2 məqama yönəlmək istəyib:
 
"Birincisi, vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Vahid tarif cədvəli üzrə ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn, ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar isə 16-18 dərəcə ilə əmək haqqı alırlar. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki, 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq".

"İkincisi, AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna edilməsi onlarda əməyinin ödənişinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Belə ki, həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi üzrə 145 manat ödənildiyinə və bu məbləğ də minimum əmək haqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə, son dəyişikliklər onlara şamil olunmur" — İbadoğlu yazıb.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb. Bu, baş nazir Artur Rasizadənin "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qərara əsasən, "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə — "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin "Aylıq tarif (vəzifə) maaşı (manatla)" sütununda "116", "121", "126" və "132" rəqəmləri müvafiq olaraq "130", "132", "134" və "136" rəqəmləri ilə əvəz edilməklə müvafiq olaraq 14, 9, 8 və 4 manat artırılıb.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.



Загрузка...
Həmçinin oxuyun:
Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

SUAL - Direktor məktəbi idarə edərkən nələri bilməlidir ?

Bu şəxslərin əməkhaqqı artırılıb - Staja görə...

Bu şəxslərin əməkhaqqı artırılıb - Staja görə...

Əmək Məcəlləsinə DƏYİŞİKLİK - Təhsildə yaş həddi götürülür

Əmək Məcəlləsinə DƏYİŞİKLİK - Təhsildə yaş həddi götürülür

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb SİYAHI

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb SİYAHI

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM