AzTehsil.com


Xəbərlər / Ekspert
13 yanvar 2021
1 144


Nadir İsrafilov: "İlk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir"



Nadir İsrafilov: "İlk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir"

 

"İrəli sürülən təkliflər içərisində yaxın gələcək üçün o qədər də real görünməyənləri də var idi”.

Bu sözləri Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Ötən həftə Təhsil Nazirliyi yanında İctimai Şura işğaldan azad olunan rayonların təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirib. Müşavirədə təhsil infrastrukturunun yenidən qurulması və  inkişaf etdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb və ümumiləşdirilərək Təhsil Nazirliyinə göndərilib.

Nadir İsrafilov görüşün təfərrüatlarından söz açıb:

"Nazirlik rəsmisinin də qatıldığı onlayn müşavirədə İctimai Şura üzvləri ilə yanaşı, Rayon təhsil şöbələrinin müdirləri: Təvəkkül Əliyev (Şuşa), Mətanət Misirxanova (Ağdam), Ramella Məmmədova (Fizuli), Fazil Zeynalov (Kəlbəcər), Nicat Həsənov (Laçın), Fuad Bədəlov (Qubadlı), Ümidvar Mənsimov (Xocavənd), Zamiq Qurbanov (Cəbrayıl), Kənan İmaməliyevin (Zəngilan) iştirakı ilə 50-yə yaxın təklif irəli sürülüb.  Təkliflərin bir çoxu məzmun və mahiyyət etibarı ilə bir-birini təkrarladığı üçün onları qruplaşdırmaq lazım gəlib.

Ümumiyyətlə yekdil fikir ondan ibarətdir ki, dövlətin təhsil, mədəniyyət və iqtisadiyyatını yenidən canlandırmaq və bərpa etmək üçün müəyyən etdiyi strategiyaya müvafiq olaraq bu ərazilərə köçürülmə prosesi mərhələ-mərhələ, könüllülük prinsipi əsasında kompleks mexanizmlərin tətbiqi ilə yaradılacaq. 

Bunun üçün ilk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır”.
Sədr müavini qeyd edir ki,məskunlaşma könüllülük prinsipi əsasında həyata keçirilir:

"Təkliflər təhsilalan və təhsilverənlərin bölgələrə qayıdışı ilə bağlı virtual anket-sorğusunun aparılması, ucqar ərazilərdə fəaliyyət göstərən ibtidai və ümumi orta məktəblərin tam orta məktəblərə daşınması üçün nəqliyyat vasitələrinin ayrılması, pedaqoji kadrlarla bağlı yarana biləcək çətinlikləri nəzərə alınaraq, müvafiq təhsilli yerli sakinlərə işə qəbulla bağlı güzəştlərin tətbiq olunması, işğaldan azad olunan ərazilərə gənc müəllimləri cəlb etmək üçün əlavə stimullaşdırıcı tədbirlərinin nəzərdə tutulması, digər rayonlardan olan müəllimlərin əmək haqqına əlavə, kommunal ödənişlərdən azad edilmə, 5 il işlədikdən sonra torpaq sahəsinin verilməsi kimi xüsusi güzəştlərin edilməsi ilə bağlıdır.

Həmçinin, təkliflər içərisində işğaldan azad olunan ərazilərdə əvvəlki internat tipli məktəblərin, liseylərin, gimnaziyaların, orta ixtisas, ali təhsil müəssisələrinin, peşə məktəblərinin bərpası və yenilərinin tikilməsi, ümumi orta təhsil və tam orta təhsil bazasında regiona uyğun müxtəlif sənətlər, kütləvi peşələr və ixtisaslar üzrə ilk peşə və orta ixtisas təhsili verən təhsil müəssisələrinin açılması müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması, Şuşada "Qarabağ Universiteti”nin və bir sıra müvafiq universitetlərin filiallarının açılması kimi təkliflər də geniş yer alıb.

Habelə təklif olunur ki, işğaldan əvvəl fəaliyyət göstərən məktəblərin fəaliyyəti və adı bərpa olunsun, ucqar, kiçik, əlaqənin çətin olduğu kəndlərdə ibtidai məktəblərin bərpası və ya ehtiyacı nəzərə alınaraq modul tipli yeni ibtidai məktəblər açılsın, hərbi kabinetlərin tam komplektləşdirilməsi və yeni fənn kabinetlərinin qurulması və müvafiq avadanlıq və ləvazimatlarla təchiz edilsin, rayonların turizm imkanları nəzərə alınaraq təhlükəsiz zona elan olunduqdan sonra, uşaqların həmin ərazilərə uyğunlaşmaları məqsədilə düşərgə tipli yay məktəblərinin açılması nəzərdə tutulsun və s”.

Nadir İsrafilov söyləyib ki, irəli sürülən təkliflər içərisində yaxın gələcək üçün o qədər də real görünməyən məqamlar də az deyil. 

"Hesab edirəm ki, bütün təklifləri sadalamağa ehtiyac olmadığından, Vətən Müharibəsi zamanı igidlik göstərmiş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi üçün yeni açılmış məktəblərə onların adlarının verilməsi, asudə vaxtın təşkili üçün gənclər evi, idman və mədəniyyət mərkəzlərinin, yay və üstüörtülü idman meydançalarının qurulması, təhsilalanların valideynlərinin və onların qanuni nümayəndələrinin sosial şəraitinin yaxşılaşdırılması üçün müvafiq güzəştlərin olunması, hazırda respublikanın digər rayon və şəhərlərində çalışan ixtisas müəllimlərinin yerdəyişməsi üçün yeni qaydalar müəyyənləşdirilməsi kimi təkliflərlə kifayətlənmək olar.

İstənilən halda və nə qədər optimist olsaq belə, işğaldan azad edilmiş ərazilərdə təhsil mühitinin bərpası və dirçəldilməsi zamana bağlıdır və buna müəyyən vaxt lazımdır”.

 



Загрузка...
Həmçinin oxuyun:
Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK

İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq

Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Nadir İsrafilov: “Məsul vəzifələrə təyin olunan əməkdaşlarımıza  uğurlar arzulayırıq ”.

Nadir İsrafilov: “Məsul vəzifələrə təyin olunan əməkdaşlarımıza uğurlar arzulayırıq ”.

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin görüntüləri – VİDEO

İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin görüntüləri – VİDEO

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Qarabağda hansı ali məktəblər açılmalıdır?