AzTehsil.com


Xəbərlər / Müəllim
14 sentyabr 2020
1 159


Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında yeni dərs ilinə hazırlıq və tətbiq olunacaq qaydalar müzakirə edilib



Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında yeni dərs ilinə hazırlıq və tətbiq olunacaq qaydalar müzakirə edilib

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) onlayn iclasını açan şuranın məsul katibi fəlsəfə doktoru İlqar Orucov müzakirəyə çıxarılan məsələlər barədə iclas iştirakçılarına məlumat verib.

Şuradan verilən məlumata görə, daha sonra şuranın sədri professor Şahlar Əsgərov yeni dərs ilinin başlanması münasibətilə şura üzvlərini və bütün təhsil ictimaiyyətini təbrik edib. Təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni tədris ilində tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Təhsil Nazirliyi artıq tədris planlarını təsdiqləmişdir. Eyni zamanda yeni uyğunlaşdırılmış tədris planları və nümunəvi dərs cədvəlləri barədə nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva çıxış etdi. Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva 2020/2021-ci tədris ilində məktəblərin açılmasına dair aparılmış sorğunun nəticələrinə dair məlumat verərək bildirdi ki, sorğunun məqsədi COVİD-19 pandemiyası dövründə Azərbaycanda məktəblərin açılmasına dair əhalinin rəyini öyrənməklə, müvafiq şərtlər altında dərslərin aparılma formasına olan münasibəti və bu mövzuda gözləntilərin araşdırılıb təqdim olunmasından ibarətdir. Natiq qeyd etdi ki, sorğular telefon vasitəsilə aparılmış və ümumilikdə 5000 iştirakçını əhatə etmişdir. Araşdırma Bakı və ölkənin digər rayonlarında məktəblilər, məktəblilərin valideynləri, müəllimlər və digər hədəf qrupları arasında keçirilmişdir.

Şuranın sədri professor Şahlar Əsgərov, şura üzvlərindən əməkdar müəllim Asif Cahangirov, fəlsəfə doktoruları Anar Vəliyev,  Ülviyyə Mikayılova, Elmina Kazımzadə professor Hikmət Əlizadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə yeni tədris ilində tətbiq olunacaq yeni qaydalarla bağlı fikirlərini bildirdilər. Şura üzvləri pandemiya dövründə təhsilalanlar üçün internet tariflərində ciddi güzəştlərin olunması, təhsilverənlərin ödənişsiz internetlə təmin olunması məsələsinin aidiyyatı qurumlar qarşısında qaldırılması məqsədilə təhsil nazirinin adına müraciətin edilməsini qərara aldılar. Daha sonra şuranın yeni tədris ilinin birinci yarısı üçün fəaliyyət planı müzakirə edildi.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Yeni məktəb ilində şagirdləri nə gözləyir - ŞƏRH

Yeni məktəb ilində şagirdləri nə gözləyir - ŞƏRH

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuradan məzunlara “Son zəng” təbriki

İctimai Şuradan məzunlara “Son zəng” təbriki

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib