Xəbərlər / Yazarlar / Ziyalılar
01 sentyabr 2020
1 489


Tərəddüd etdiyin anlarda cəsarətini toplayıb addım atanda, bax o zaman insan uğur qazanır.

 

5 il idi işləyirdim, 2009 da direktorumuz dəyişdi. Yeni gələn direktor (indiki) açıq dərslərin təşkilini tələb etməyə başladı. Şəxsən mən 5 ildir işləyirdim, məktəbdə açıq dərs görməmişdim.

Zavuç müəllimlər otağında bir neçə yaşlı təcrübəli müəllimdən açıq dərs verməyi istəyəndə, bu müəllimlər hərəsi bir bəhanə ilə boyun qaçırmağa çalışdı. Mənə dərs deyən müəllimlərin belə uşaqcasına bəhanə gətirməyi mənə pis təsir elədi. Sovet dövrünün uşağı kimi, mən də müəllimlərimi müqəddəs hesab edirdim.. Belə şeyi görəndə inahat yarandı məndə. Ayağa durub yaxınlaşdım zavuça. Dedim ki, mən də açıq dərs verə bilərəm? Zavuç elə bildi "qaçmaq" üçün deyirəm. Dedi yox narahat olma, sən təzəsən hələ, səni məcbur edə bilmərik. Dedim yoxee, mən açıq dərs vermək istəyirəm. Dayandı qəribə mülayim baxışla baxdı. Dedi vermək istəyirsənsə lap yaxşı.

Mən ilk dəfə olaraq açıq dərs verdim. Olduqca gözəl alındığını dedilər iştirak edənlər.

2009-un may ayında son zəngdən sonra direktor 7 nəfər fizika müəllimini çağırıb kabinet düzəltməyi tapşırdı. Mən də diliyanmış kimi dedim ki, çatışmayan plakatları mən sulu boya ilə vatman kağızlarda işləyərəm. Bu sözü digər 6 müəllim eşidib bütün yayı rahat yatdılar ki, Fidan düzəldir kabineti. Mən bütün yay tətilimi o məktəbdə keçirdim, otağın bütün dizaynını özüm verdim, 39-40 dənə A3 ölçülü plakatı rəng və fırçalarla özüm çəkdim. Bütün otpuskanoy pulumu xərclədim o kabinet üçün. Yay tətilində Şəkidə, Qubada, İstanbulda kef edən müəllimlər sentyabrda gəlib gözəl kabineti görəndən sonra mənlə dava tutdular ki, biz də burda dərs keçəcəyik. Hətta biri qayıdıb dedi ki, çəkdiyin plakatları niyə divara mıxlatdırmısan, bizdə aparıb istifadə edərdik. Dedim onlar mənim öz şəxsi malım hesab olunur, kağızları özüm almışam, özüm çəkmişəm. Onlar məktəbə məxsus deyil. Nə isə.. Məndən direktora şikayət elədilər. O da onların tərəfini tutdu. Cin vurdu başıma, dedim əgər hansı müəlliminsə bu otaqda 1 manat pulu yada 10 dəqiqə vaxtı sərf olunubsa, gəlsin, ancaq ona icazə verə bilərəm. Hamısı çəkildi dala. Dedim belə çıxır ki, 6 müəllimin qarşısında məni eşşək kimi işlətdiz?? Mən o otaqda işləyəndə niyə direktor digər müəllimlərə zəng edib çağırmadı ki gəlib mənə kömək etsinlər?
İndinin özünə qədər mütəmadi olaraq pul xərcləyirəm o otaq üçün. Fevralda pərdə alıb tikdirdim. Karantin imkan vermədi vurmağa. Hələ karniz də almalıyam.

2011 də direktor bir neçə gənc müəllimi çağırdı dedi ki, təhsillə bağlı bir qəzet var(qəzetin adını da demədi heç), onun redaktoru Siyəzən müəllimlərinin məqalələrinin çap edilməsini istəyir. Gedin məqalə yazın göndərək. Məktəbimizdən 2 müəllim yazdı məqaləni. Biri mən digəri humanitar fənn müəllimi. Mənim məqaləmi bəyənib çap etdilər. Qəzet məktəbə gələndən sonra gördüm ki, Təhsil və Zaman qəzetidir. "Fizikanı necə sevdirməli" adlı məqaləm. Bu dərc olunan məqaləm mənim uğurlarımın açarı oldu.

2012 də Təhsil Şöbəsindən "İlin ən yaxşı müəllimi" müsabiqəsi üçün müəllimlərin iştirak etməsini istədilər. Bizim məktəbdən 3 nəfər sənəd göndərdik. 2 coğrafiya müəllimi və mən. Rayon üzrə təxminən 10 müəllim iştirak etmişdi. Lakin 2-ci mərhələyə cəmi 2 müəllim keçdik. Biri mən, digəri müəllimlərə təlim keçən bir müəllimə. Sona qədər getdik, lakin heç birimiz qalib olmadıq. Mən çəkilib oturdum kənarda. Ama o qalib olana qədər iştirak etdi və qalib oldu.
Məndə bir xasiyyət var. İlk "hücumda" alınmadısa, geri çəkilib enerji toplayıram.
Tam 8 il sonra, bu il qrant müsabiqədə qalib oldum.

İkinci məqaləmi də drektora verdim o göndərdi. Sonra Böyükaga Mikayıllı müəllimi burda Facebookda tanıdım, məqalələrimi birbaşa olaraq özüm təqdim edirdim. Böyükaga müəllimin mənim fəaliyyətimdə rolu böyükdür. Təhsil və Zaman qəzetində dərc olunan məqalələrim gələcəyimə işıq salan mayak oldu.

2017-nin dekabr ayından seminarlarda iştirak etməyə başladım. Yadımdadır, ilk dəfə Aydın Əlizadə müəllimin fəlsəfə ilə bağlı seminarında iştirak etmişəm. Aydın müəllimin də mənim inkişafımda rolu böyükdür. Ondan çox şey öyrəndim.

2018 də Təhsil Şurasına üzv qəbul olundum. Təhsil Şurasının üzvü olmaq məsuliyyətimin üzərinə məsuliyyət gətirdi. Arif müəllimi Ülviyyə xanımı tanımaq, Şuranın üzvü olmaq müəllim fəaliyyətimdə bir dönüş yaratdı.

Bir müddət sonra qrup yoldaşım Aynura-nın paylaşımlarından birində STEM Azərbaycanda səhifəsini gördüm. Beləcə Aliyə Əhmədova müəlliməni tanıdım. Aliyə müəllimənin də mənim inkişafında böyük rolu oldu.

STEMlə məşqul olmağa başladıqdan sonra Böyükaga müəllim vasitəsilə UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının təşkil etdiyi yarışmada iştirak etdi şagirdlərim. Böyük nəticələr qazandıq.

Daha sonra UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasına üzv seçildim.

Ümumiyyətlə mən həmişə 5-6 il sonranı əvvəldən hiss edirəm.  
Təxminən 6 il əvvəl indiki divarsız məktəb layihəsi kimi tanıdığımız bir işi görmək istədim. Kristal və amorf cisimləri əritmək yolu ilə ayırd etmək üsulunu təcrübü olaraq göstərəcəkdim. Bunun üçün çıqqılı yanıq yandırmaq lazım idi, ona görə də bu təcrübəni həyətdə keçirmək istədim. Lakin qismət olmadı. Direktor uşaqları dəhlizdən geri qaytardı, üstlərinə qışqırdı. Hətta mənim də üstümə qışqırdı uşaqların yanında. Dedim təcrübə üçün düşəcəkdik həyətə. Heç cümləmi tamamlamağa imkan vermədi, kobudladı uşaqların yanında.. İndi deyəcəksiz direktordan icazə falan filan.. Mən məktəb ərazisindən çıxarMırdım uşaqları. Bunun üçün icazə lazım deyil. 45 dəqiqə mənimdir. İstədiyim üsulu tətbiq edə bilərəm.

KSQ da ilk dəfə açıq tipli sualları mən yazdırmışam kurikulumun ilk uşaqları 6-da oxuyanda. Həmin uşaqlar 9 buraxılış imtahanlarını açıq tipli suallarla verdilər.

KSQ və BSQ yoxlamalarını bu il ilk dəfə olaraq layihə şəklində həyata keçirdim. Uşaqlar müxtəlif cihazları düzəldib gətirirdilər. Cihaz təyinatına görə işləyirdisə və uşaq iş prinsipini, necə düzəltdiyini izah edib təqdim edə bilirdisə 5 qiymət alırdı..

Bu il ilk dəfə olaraq dərsimdə coğrafiya və kimya müəllimləri birlikdə dərs keçdik. Onları öz dərsimə dəvət etdim. Üçümüz birlikdə mövzunu geniş şəkildə müzakirə etdik. Dərsim zatən debat dərs idi.

Ömür vəfa edərsə... Ardı olacaq... 

 Fidan Əhmədova 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Rusiyada qız şagirdini yanından vuran müəllim 9,5 il cəza aldı

Rusiyada qız şagirdini yanından vuran müəllim 9,5 il cəza aldı

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

"Kursda iştirak etməsəm dərs saatı verilməyəcək, mənə kömək edin"Müəllimdən müraciət

Kənd müəllimi Həmkarlar  İttifaqından narazıdır

Kənd müəllimi Həmkarlar İttifaqından narazıdır

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə  kömək oldu”

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə kömək oldu”

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

Saatlıda prakuror məktəb direktorundan 5 min manat istəyir

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

Vurğun Əyyubun Qırxı çıxmamış “Testi mən gətirmişəm” deməyi Firudin Cəlilova yaraşdırdınızmı?..

Vurğun Əyyubun Qırxı çıxmamış “Testi mən gətirmişəm” deməyi Firudin Cəlilova yaraşdırdınızmı?..

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”