Xəbərlər, Valideyn
19 avqust 2019
188

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə kömək oldu”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə  kömək oldu”

 

 
"Atam universitetə oxumağımı istəmədiyi üçün attestatımı mənə vermirdi”

Bu sözləri AzEdu.az-a açıqlamasında Orxan Bağızadə deyib.

O,universitetə qəbul olsa da qeydiyyatdan keçə bilməyib. Səbəb isə atasının attestatını gizlətməsi olub:

 "68 nömrəli tam orta məktəbi bitirmişəm. Qəbul imtahanında 336 bal toplayaraq, Azərbaycan Dillər Universitetinin Fransız dili üzrə tərcüməçi ixtisasına qəbul oldum.

Ali məktəbə qəbul  olsam da qeydiyyatdan keçə bilmirdim. Çünki, atam universitetə oxumağımı  istəmədiyi üçün attestatımı mənə vermirdi. Polisə müraciət etsəm də sübut olmadığı üçün atamdan attestatımı ala bilmədim. Daha sonra Təhsil Nazirliyi bu işdə kömək oldu.  Mənə zəng edib yeni attestatımın hazırlandığını dedilər. Qeydiyyatdan keçdim və artıq ADU tələbəsiyəm. Yeni attestatım hazır olduqdan sonra, universitetə təhvil verəcəm”.  

Bu hadisədən sonra atası ilə əlaqəsi kəsilən Orxan təhsil haqqını da özü çalışaraq ödəyəcəyini deyir:

"5 yaşında olanda anam rəhmətə gedib. O vaxtdan  ata himayəsində böyümüşəm. Bu hadisədən sonra isə atamla əlaqəm kəsildi. Təhsil haqqımı da özüm çalışıb ödəyəcəm”

Orxan Bağıyevin atası Natiq Aydın oğlu Bağıyevin Bizimyol.info saytına verdiyi açıqlamada bildirilir ki, o Orxanın oxumağına qarşı çıxmayıb:

"Orxan və qardaşlarını mənim ikinci xanımım böyüdüb. Anaları rus idi, Rusiya vətəndaşı idi. O rəhmətə gedəndən sonra onları mən böyüdüb, başa çatdırmışam. Ustalıqla, fəhləliklə. Orxanı oxutmaq fikrim yox idisə niyə onun şəxsiyyət vəsiqəsini gizlətmədim, niyə imtahana girməsinə mane olmadım? Deyir uşaqlıqdan işləyirəm, uşaqlıqdan işləyirdisə orta məktəbdən attestatı necə aldı? 18 yaşı olanda şəxsiyyət vəsiqəsini alıb işləməyə başladı. Hətta həmin gün həyətdə dostlarımız da gəlmişdi, onlarla oturmuşduq, dedi ki, ata işləyib sənin belini müalicə etdirəcəm. Mən də dedim özünə pal-platar alarsan.

Onlarn Rusiyadakı nənəsi ilə xalası evimizi əlimzdən almaq üçün uşaqları qızışıdırb üstümə salırlar. Mən atayam , oğlum tərbiyəli olsun deyə, gecə içib evə sərxoş halda gəlirsə hirslənməyə haqqım yoxdurmu? Mənə deyir sərbəst yaşamaq istəyirəm. Problem bundadır. Nənələri deyir uşaqlar Rusiya vətəndaşıdırlar, niyə Azrbaycanda əsgərlikdən keçməlidirlər. Uşaqlar Azərbaycan vətəndaşıdırlar. Vətən borclarını da verməlidirlər. Amma mən "oxumasın, əsgər getsin” demirəm. Orxanı qardaşı 12 il ona çörək vermiş analığını boğaraq divara dirəyib, Orxan da məni polislə, məhkəmə ilə hədələyir.

Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm. Nənəsi ilə xalasının mənə göndərdiyi səs yazılarını eşidədə adam utanır, qadın elə söyüşlər söyür .Bu həmin nənədir ki, anaları rəhmətə gedəndə uşaqları internata vermək istəyirdi, mən narazılqı edib qoymadım, dedim uşaqları özüm böyüdəcəm. Orxanın böyük qardaşı bir neçə il öncə narkotiklə tutulmuşdu, elə evdən o qaçan oldu. Orxan da 18 yaşı olub işləməyə başlayanda onun başını pozdu ki, mən qazanıb qəlyanxanalarda kef çəkirəm , sən amma zəhmət çəkirsən. O da beləcə qardaşına qoşulmaq istədi. Orxanı tək bir dəfə vurmuşam, içib saat birdə gəlmişdi, onda da çantasıını öncədən hazırlaybmış , dedi gedirəm.Axı mən pis ata olmamışam”. Bunlar Orxanın atasının dedikləridir.

Hər bir halda Orxan oxuyub , ali təhsil alacaq, cəmiyyət ona bu dəstəyi verdi. Amma ümid edirik ki, atası ilə aralarında yaranmış bu gərginliyi də gələcəyin ziyalısı olaraq özü həll etməyə çalışacaq.Öncə evinə oğul olmaq lazımdır, daha sonra elinə.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

Azərbaycan təhsilinə  lağ edən adam oturub ocaq başında.

Azərbaycan təhsilinə lağ edən adam oturub ocaq başında.

Tələbə Türkiyədə itkin düşüb

Tələbə Türkiyədə itkin düşüb

“O, universitetə hazırlaşırdı...”- “Mavi balina”nın qurbanı olan gəncin anası...

“O, universitetə hazırlaşırdı...”- “Mavi balina”nın qurbanı olan gəncin anası...

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Sabirabadda direktor şagirdə qarşı təcavüz etdi VİDEO

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi:

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Son 50 ilin ən yaxşı üç romanı-  SORĞU

Son 50 ilin ən yaxşı üç romanı- SORĞU

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ