Xəbərlər, Abituriyent
22 avqust 2018
1549

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

 

 
Kərəm Süleymanov: "Universitetə daxil olmaq mənim üçün dünyada ən asan işdir”

 Builki qəbul imtahanlarında daha bir maraqlı hal yaşanıb. Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova I ixtisas qrupu üzrə imtahan verərək Bakı Dövlət Universitetinin İnformatika ixtisasına qəbul olublar. Ata ilə qızının eyni vaxtda imtahan verərək, eyni fakültəyə daxil olması, təbii ki, qeyri-adi hallardan sayılır.  

Ata – Kərəm Süleymanov AzEdu.az-a açıqlamasında ilk dəfə olaraq, həm bu, həm də başqa maraqlı faktlara toxunub.

O, əvvəlcə bildirib ki, həm sərbəst hazırlaşıb, həm  qızı Nərgizi də özü hazırlaşdırıb:

"Yay imtahanında iştirak edib, ikimiz də eyni universitetə, istədiyimiz ixtisasa qəbul olduq. Özüm neçə illərdir, abituriyent hazırlaşdırıram. İxtisasca müəllim deyiləm, amma qızımı fizika, kimya və riyaziyyatdan özüm hazırlaşdırmışam. Azərbaycan dilini özü oxuyub, bir ingilis dilindən hazırlığa gedib. Özüm isə xarici dil kimi rus dilini seçmişdim. Səhhətimdə problem olduğu üçün istədiyim balı toplaya bilmədim. Bir neçə dəfə universitetə qəbul olmuşam. Texnologiya Universitetini bitirmişəm. İxtisasca da  mühəndisəm. Universiteti bitirdikdən sonra o zaman Az Tv –də məşhur olan "Maraq və məntiq” verilişində dəfələrlə iştirak etmişəm, suallarım olub. Sonradan veriliş dayandırıldı. Daha sonrasa, BDU-nun Riyaziyyat fakültəsinə daxil oldum. Lakin cəmi 6 ay oxuya bildim. Atam xəstə olduğu üçün, evdə kömək lazım idi deyə, təhsilimi yarımçıq qoydum.

1 il sonra  isə Tibb Universitetinə daxil oldum. Təhsil Nazirliyinin qəbulunda olmuşam. Bir şüarım var: Hər kəsə qabiliyyətinə görə qiymət verin! Ola bilər, indi BDU-nu qırmızı diplomla bitirmiş şəxs müəllim işləsin, amma o, təkrar öz ixtisasına qəbul olmaya bilər. İnsanlara  əməyinə, bacarığına görə qiymət verin. Test banklarında, orta məktəb dərsliklərində dəfələrlə səhvlər tutmuşam. Bəzilərini deyəndən sonra düzəliş olub”.

Ata deyib ki, qəbul imtahanlarında məqsədi 600-dən yuxarı bal toplamaq olub:

"Həm səhhətimdə problemə, həm də yorğun  olduğuma görə, nəticəm aşağı oldu. Riyaziyyat, fizika, kimyadan 95% sualı yazmışdım. Hətta bir-iki sualda gözüm zəif gördüyündən səhv oxumuşdum. Keçən il də qızımla qəbul olmuşduq. Nərgiz riyaziyyata düşdüyü üçün daxil olsa da, oxumadı. Amma bu il  təhsilini davam etdirəcək. O, bacarıqlı uşaqdır, yüksək nəticə də əldə bilərdi. Kənddə böyüyüb, bir az sıxıntı keçirən, qapalı qızdır”.

K.Süleymanov özünün universitetdə tələbə kimi  oxumasının müəyyən  problemlər də  yaradacağını düşünür:

"Dəfələlərlə qəbul olmuşam, mənim üçün universitetə qəbul olmaq həyatda ən asan işdir. İndiyə kimi 300-dən artıq hazırlaşdırdığım abituriyent olub. Savadlı, dünyagörüşlü olmağımda anamın atası Xasay müəllimin böyük rolu var. O, Ağdamda riyaziyyat müəllimi olub. VII sinifdə oxuyanda mənə dərs deyib. Ana -ata tərəfdə də hamı oxuyan olub. Nizami Gəncəvinin bir sözü var:

"Qüvvət elmdədir, başqa cür heç kəs,

  Heç kəsə üstünlük eyləyə bilməz” .

Məhəmməd Peyğəmbərin də gözəl kəlamı var: Beşikdən qəbrədək elm öyrənin. Elmli insandan ziyan çəkmərik”.

Kərəm bəy həmçinin, qeyd edib ki, özündən kiçiklərlə və qızıyla eyni auditoriyada  oxuyacağını bir az qəbul edə bilmir....

 

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

 







DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.




Загрузка...
loading...

Həmçinin oxuyun:
Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu

Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu

500 və 600-dən çox bal toplayan 50 abituriyent universitetə girə bilmədi

500 və 600-dən çox bal toplayan 50 abituriyent universitetə girə bilmədi

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Jurnalist övladları da tələbə adı qazandılar

Jurnalist övladları da tələbə adı qazandılar

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."