Xəbərlər / Video / Şagird
12 avqust 2020
3 237


Bu günün təhsilli gənci sabahın qəhrəmanıdır - VİDEO

 

Yazı "Nar” və TƏBİB-in birlikdə keçirdikləri "Günün Qəhrəmanları" müsabiqəsi çərçivəsində hazırlanıb.

#GününQəhrəmanları #Nar #TƏBİB

"Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Bu sözləri böyük maarifçi Həsən bəy Zərdabi təkcə valideynləri deyil, eyni zamanda müəllimləri də hədəf alaraq söyləmişdir. Çünki, müəllimlər vətən üçün övlad, cəmiyyət üçün isə bir şəxsiyyət yetişdirir.

Müsahibimiz gənc müəllim-Nəcəfova Lamiyə günün qəhrəmanlarındandır. Qəhrəmanlıq insan təbiətinin ən yaxşı xüsusiyyətidir və bu bəzən bir məqamda belə özünü büruzə verir. O bu çətin günlərdə ölkənin müxtəlif bölgələrində yaşayan, ali məktəbə hazırlaşan, 50-dən çox 9,10,11-ci sinif şagirdinə riyaziyyat fənnindən təmənnasız şəkildə online intensiv dərslər keçir. Lamiyə müəllimə pandemiya dövründə yorulmadan, gecə-gündüz çalışan şagirdlərini, tələbələrini vətənpərlik ruhunda tərbiyyə edən müəllimlərdəndir.

Gənc müəllimənin pandemiya dövründə şagirdlərlə olan təmasını gəlin onun öz sözləri ilə hiss etməyə çalışaq.

Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.

Mən Nəcəfova Lamiyə Həmzə qızı 14 iyun 1995-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olmuşam. 2012-ci ildə Xətai rayonu 165 saylı orta məktəbi bitirib, 601 balla Bakı Dövlət Universiteti Riyaziyyat ixtisasına qəbul olmuşam. Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunda İdarəetmənin informasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib, dissertanturaya qəbul olmuşam. Bakı Dövlət Universitetinin müəllimi və AMEA İSİ-in elmi işçisi və dissertantıyam. Həmçinin həmin institutun Gənc alim və mütəxəssislər şurasının sədr müaviniyəm. Müxtəlif respublika və beynəlxalq konfrans materialları, məqalələr daxil olmaqla 10 elmi əsərin müəllifiyəm.

Pandemiya dövrü təhsil sahəsində yeni mərhələnin-distant təhsilin başlamasına səbəb oldu. Bu müddətdə bildiyimiz qədəri ilə siz də bir müəllim kimi öz layihənizlə şagirdlərə dəstək olursunuz. Bu barədə fikirləriniz nələrdir?

Pandemiya dövrü bir çox sahəyə təsirsiz ötüşmədi. Müxtəlif peşə sahibləri xüsusilə həkimlər, müəllimlər, polislər bu fövqəladə vəziyyət zamanı insanlara dəstək oldu və hələ də olmağa davam edir...
Karantin başlayandan bir çox müəllim kimi mən də Bakı Dövlət Univeristetində dərs dediyim qruplarla distant dərslərə başlamışdıq. Artıq distant şəkildə tədris bacarıqlarına daha dərindən yiyələnmişdim. Bundan əlavə təhsildə informasiya kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olduğum üçün dərsləri daha keyfiyyətli təşkil etməyə çalışırdım. Distant təhsildə topladığım təcrübəni daha çox şagirdlə paylaşmaq, belə bir dönəmdə dərslərindən geri qalan, maddi cəhətdən çətinliyi olan, müxtəlif səbəblərdən ali məktəblərə hazırlaşa bilməyən yuxarı sinif şagirdlərinə riyaziyyat fənnindən intensiv online dərslər keçmək qərarına gəldim.

Bu təşəbbüsünüz barədə ətraflı məlumat verə bilərsinizmi?

Düşündüm ki, yalnızca ali məktəbdə təhsil alan tələbələrə dərs keçməklə kifayətlənməməliyəm Həmçinin arzuladıqları ixtisasa qəbul olmaq üçün çalışan yuxarı sinif şagirdlərinə də dəstək olmalıyam.

Kim bilir, bəlkə də bu şagirdlər gələcəkdə seçəcəkləri peşənin əsgəri olub, vətəninə, xalqına layiqincə xidmət edəcək. Bəlkə də gələcəyin qərəmanları məhz onlardır. Elə bu günün qəhrəmanları-həkimləri, polisləri, müəllimləri, əsgərləri kimi...

Müraciətimin daha çox ailəyə, şagirdə çatması üçün sosial medianın ən yaxşı platforma olduğunu düşündüm. Bunun üçün vaxt itirmədən sosial mediada müxtəlif qruplarda "Riyaziyyatdan Ödənişsiz İntensiv Distant dərslər” başlığı ilə paylaşımlar etdim. Müraciətim xüsusilə karantin vaxtı dərslərindən geri qalan, hazırlaşa bilməyən, maddi cəhətdən çətinliyi olan, bütün hallarda riyaziyyatı öyrənmək istəyən şagirdlərə idi. Bu müraciətlərim nəticəsində müxtəlif bölgələrdən olan şagirdlər dərslərə qoşulmaq üçün mənlə əlaqə saxladı. Hər bir şagird ilə yaxından tanış oldum, onların hekayələrini dinlədim. Nəticədə sual-cavab əsasında səviyyələr üzrə bölünmüş bir neçə qrupla riyaziyyat dərslərimə başladıq.

Sosial media istifadəçiləri tərəfindən layihənizə maraq və fikirlər necə oldu?

Müxtəlif peşə sahiblərindən, valideynlərdən, xüsusilə də müəllimlərdən, ziyalılardan, elm adamlarından layihəmlə bağlı çox xoş fikirlər, müsbət rəylər aldım.

Bu kiçik layihəmə maraq və dəstəyin çox olması məni daha ruhlandırırdı. Bu kiçik layihəm sayəsində respublikamızın 11 müxtəlif bölgəsində yaşayan, cəbhə bölgələrindən, ucqar dağ kəndlərindən qoşulan 50-dən çox şagirdin müəllimi oldum. Onlarla eyni amalı bölüşürük: İrəliləmək və yüksəlmək! Gələcəyin qəhrəmanı olacaq bu şagirdlərə məqsədlərinə gedən yolda mənim də kiçik bir payım olduğu üçün çox sevinirəm. Mən onlara hər zaman bacardığım qədər dəstək olmağa çalışacam! Yətər ki şagirdlər öyrənmək istəsin.

Müraciətinizlə bağlı hansı maraqlı məqamlar oldu?

Müəyyən edilmiş vaxt müddətində şagird və valideynlərdən gələn müraciətləri açıq saxladım. Dərslərə qoşulmaq istəyənlərin sayı isə həddən artıq çox idi. Tək olduğum üçün təbii ki, məhdud sayda şagird seçməli idim. Müraciətlər üçün ayrılmış vaxt bitdikdən sonra bir şagird mənə yazaraq bu təşəbüsdən indi xəbər tutduğunu və ödənişsiz dərslərdən yararlanmaq istədiyini bildirdi. Mən təəssüf hissi ilə yalnız müəyyən edilmiş sayda şagirdlə yola çıxacağımı bildirdim və həmin şagirdi məyus etdim. Əgər fürsət yaranarsa onu da dərslərə qoşacağımı bildirdim. Bir müddət sonra sosial mediada izləyici sayı geniş olan bir səhifədə bir müraciət gözümə sataşdı. Müraciətdə deyilirdi: "Mənim 16 yaşım var və bu il 11-ci sinfə başlayacam. Universitetə yüksək balla qəbul olmaq istəyirəm. Lakin ailəmin gücü çatmır məni hazırlıqlara qoymağa və mənə dəstək durmağa. Sizə ümidim gəldi ki, bəlkə mənə qismən də olsa yardım edə biləsiniz”

Abituriyentin bu çağırışı məni çox təsirləndirdi və özümün univeristetə qəbul olmaq üçün min bir əzab-əziyyətlə hazırlaşdığım dönəmlər, kiçik qardaşımın təhsil alması üçün hələ 1-ci kursdan çalışaraq ailəmə dəstək olduğum günlərim gözümün önündən keçdi. Bu şagird kimdirsə bir çox həmyaşıdları kimi velosiped, bahalı markalı mobil telefon, avtomobil həvəsində deyil, məhz oxumaq, təhsil almaq həvəsindədir deyə düşündüm və bu hərəkəti alqışladım. Səhifəni idarə edən şəxslə əlaqə saxladım və həmin şagirdin mənimlə əlaqə yarada biləcəyini bildirdim. Şagird mənimlə əlaqə saxladıqda əvvəl müraciətinə imtina verdiyim abutiriyent olduğunu biləndə bir qədər peşmanlıq hissi duydum. Həmin şagird dərslərimizə qoşuldu.

... və belə hekayələrin sayı çox idi. Bir daha əmin oldum ki, belə təşəbbüslərə xüsusən karantin müddətində şagirdlərin nə dərəcədə ehtiyacı var.

Müəllimlik sənətinə olan vurğunluğunuz haradan qaynaqlanır və Sizi motivasiya edən nədir?

"Davamçılar” adlı çalışqan şagirlər haqqında kitabda bir məqalənin başlığı belə idi: "Müəllim olmaq qəti fikridir”. Bu məqalə mənim haqqımda yazılmışdı. Öz müəllimlərimin davamçısı olmaq hələ uşaqlıq arzum idi. Zənnimcə, müəllimlik ən gözəl peşədir. Hər dövrün qəhrəmanı və hər qəhrəmanı yetişdirən məhz müəllimlərdir.

Cəbhə bölgəsində gedən döyüşlər sizdə və şagirdlərdə hansı abu-havanı yaratdı?

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Qarabağdan olan bir gənc kimi vətənpərvərlik ruhunu hər zaman şagirlərimə aşılamağa çalışıram. Şagirdləri belə bir dönəmdə dərslərində daha əzmlə, iradə ilə çalışıb, gələcəkdə seçəcəkləri peşənin layiqli əsgəri olmağa səslədim. Çünki hər kəs öz peşəsi ilə vətəninə, xalqına xidmət etməyə çalışmalıdır.

Sonda oxucularımıza nə demək istərdiniz?

Mənim bu layihəm həm bir də çağırışdır. Mən inanıram ki, gənc müəllimlərimiz tərəfindən bu cür təşəbbüslərin sayı çox olacaq. Bir vaxtlar biz qəhrəmanımız olan müəllimlərimizdən öyrənmişik və hələ də öyrənirik. İndi isə öz biliklərimizi paylaşmaq zamanıdır. Pandemiyanın, həmçinin müxtəlif çətinliklərin şagirdlərin həyatına, onların məqsədlərinə mənfi təsir göstərməməsi üçün onlara bacardığımız qədər dəstək olmalıyıq.

Siz özünüzü bu günün qərəmanlarından hesab edirsinizmi?

Qəhrəman deməzdim...Hər bir vətəndaş ölkəsinin müstəqilliyi, inkişafı yolunda çalışmağa, peşəsi ilə xalqına, vətəninə xidmət etməyə borcludur. Mən öz vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram!

Bu layihə vətənin müstəqilliyi və  suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsinə ithaf olunur...   
qlobal.net 
 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”

“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

“Virtual əlaçı”lar

“Virtual əlaçı”lar

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

“Xəyallarımın ardınca gedirəm” - Jurnalistika fakültəsinin tələbəsi

“Xəyallarımın ardınca gedirəm” - Jurnalistika fakültəsinin tələbəsi

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

“Direktor dedi ki, yalnız yaxın qohumunu işə düzəldəcək” – Müəllimdən MİQ-lə bağlı etiraz

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var