AzTehsil.com


Xəbərlər / Ziyalılar
17 aprel 2020
3 075


“Xəyallarımın ardınca gedirəm” - Jurnalistika fakültəsinin tələbəsi



“Xəyallarımın ardınca gedirəm” - Jurnalistika fakültəsinin tələbəsi

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2019-2020-ci tədris ili üzrə ən yüksək bal toplayan tələbəsi Aysel İbrahimova ilə müsahibəni təqdim edirik:

O, 29 oktyabr 2001-ci ildə Bakı şəhərində anadan olub. İbtidai sinifdə 271 saylı tam orta məktəbdə,  5-ci sinifdən isə Fikrət Tağıyev adına 72 saylı məktəb liseyində təhsil alıb. 2019-cu ildə keçirilən qəbul imtahanlarında 612 bal toplayaraq məktəbi fərqlənmə attestatı ilə bitirib. Aysel İbrahimova BDU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsidir.
 

 Aysel, jurnalistika ixtisasına yüksək balla daxil olduğunuza görə, yəqin ki, orta məktəbdə də nailiyyətləriniz olub. Bunlar haqqında danışardınız, zəhmət olmasa.

-Uşaq vaxtından universitetə qəbul olmaq qarşıma qoyduğum məqsəd olduğu üçün məktəb vaxtında da həmişə yaxşı oxumuşam. Çalışdığım qədər fənn olimpiadalarında və intellektual oyunlarda iştirak etmişəm. Aktiv şagird olduğum üçün belə yarışlarda ilk axtarılan şəxslərdən olmuşam.
 

 Digər fakültələrə qəbul olmaq şansınız olmasına baxmayaraq niyə məhz jurnalistika?
 

-İxtisas seçimi insanın gələcək həyatına yön verən şeylərdən biridir. Uğurlu karyera qurmaq üçün ixtisas seçimi zamanı balımızın maksimum dərəcədə çatdığı ixtisası yox, maraq və bacarığımızın olduğu ixtisası seçməliyik.
Mən, marağım olmasa da, əvvəl 4-cü ixtisas qrupu üzrə hazırlaşırdım və həmin ixtisas qrupunun fənlərini digərlərindən daha yaxşı bilirdim. Əminəm ki, 4-cü ixtisas qrupu ilə yoluma davam etsəydim, qəbul imtahanında indikindən daha çox toplaya bilərdim. Amma, bəlkə də bu mənim sonuncu uğurum olacaqdı. Çünki o qrupda mənə maraqlı gələn, həvəsimin olduğu ixtisas yox idi. Ona görə də, özümü inkişaf etdirə bilməyəcəkdim, bəlkə də 1-2 kurs sonra oxumağı atacaqdım.
Qeyd edim ki, təkcə bir işlə məşğul olmağı sevən biri deyiləm. Həmişə yeniliklər axtarıram. Jurnalistika monoton bir ixtisas, peşə deyil. Ona görə də, məncə, məni tamamlayır. Hədəfim gələcəkdə jurnalist deyəndə Azərbaycanda ağla gələn ilk şəxs olmaqdır.

Sizi jurnalistikaya yönəlməyə vadar edən nə idi?

-Mənim jurnalistikaya həvəsim 8-ci sinifdən başlayıb. Müəllimlərimiz hər hansı bir mövzu ilə bağlı layihə, təqdimat tapşıranda bunu digər uşaqlar kimi vərəqlərdə hazırlayıb gətirmirdim. Küçəyə çıxıb insanlardan müsahibə götürüb, sorğu keçirib, video çarx halında müəllimə təqdim edirdim və həmişə də çox yüksək qiymət alırdım. İlk dəfə təqdimat üçün insanlardan müsahibə götürmək fikri "Ekoloji problemlər" mövzusu üçün quruyub bataqlığa çevrilmiş bir gölü çəkməklə başlamışdı. Düzdür, çox həvəsliydim, amma uşaqlıqdan valideynlərimin arzusudur deyə tibbə yönəlmişdim. Valideynlərim heç vaxt məni ixtisas seçimi üçün məcbur etməyiblər, sadəcə onların arzularından heç olmasa birini reallaşdıra bilmək üçün 4-cü ixtisas qrupu üzrə hazırlaşırdım. Anam arzumun jurnalist, aparıcı olmaq olduğunu bilirdi və 10-cu sinfin sonuna yaxın anamın tibbi yeni bitirmiş bir həkimlə söhbətindən sonra məni qrupumu dəyişməyim üçün razı salmaq istəməsi ilə hər şey dəyişdi. Əlbəttə, əvvəl razı olmadım, "Bu qədər vaxt hazırlaşıb əziyyət çəkmişəm" dedim. Amma təxminən iki həftə fikirləşdikdən sonra razılaşdım və burada olduğum üçün anama minnətdaram.

Tədris dili olaraq ingilis bölməsini seçməməyinizin səbəbi nədir?
-İngilis dili qəbul imtahanında ən yaxşı nəticə göstərdiyim iki fəndən biri idi, amma tədris dilində onu seçmədim. Məncə, insan öz ixtisasını nə qədər öz ana dilində oxusa, o qədər yaxşıdır. Çünki nə qədər yaxşı bilsəm də, o xarici dili yenə də mühazirələr zamanı, ya da dərslikdən materialı qavramağa çalışanda boşluqlar olacaqdı və mən xarici dili öyrənmək üçün əlavə vaxt ayırmalı olacaqdım. Jurnalistin mütləq xarici dili olmalıdır, razıyam, amma işə götürən zaman dili hansı səviyyədə bildiyimizə daha çox önəm verirlər, hansı dildə bitirdiyimizə yox. Deyirlər, ingilis dilində materiallar daha çoxdur. Ola bilər. Ancaq, fikrimcə, jurnalist üçün nəzəriyyə vacibdir, bəli, amma ondan daha əsas yaradıcılıq qabiliyyətidir. Jurnalistikanı bitirməyib jurnalistikanı bitirənlərdən çox daha yaxşı jurnalist kimi fəaliyyət göstərənlər buna nümunədir, məncə.

 612 bal topladığınızı öyrənəndə hansı hisslər keçirtmişdiniz? Nəticəniz ürəyinizcə olmuşdu?
 
-Əslində, 11-ci sinfin buraxılış imtahanına qədər hər şey normal idi. Nəticə də ürəyimcə olmuşdu. Amma bu, məndə çox arxayınlıq yaratdı, "Onsuz da seçəcəyim fakültənin keçid balı aşağıdır" deyib dərslərimə əvvəlki kimi diqqət yetirmədim. Ona görə də qəbul imtahanının nəticəsi ürəyimcə olmadı, nəticədə gözlədiyimdən az bal toplamış oldum. Ona görə erkən qələbəyə sevinməyin. Amma yenə də nəticələr açıqlananda çox sevinmişdim, çünki hədəfim 600 balı keçmək idi.
 
Tələbə adını qazandıqdan  sonra sosial şəbəkədə aktivliyinizdə nə cür dəyişikliklər oldu?
 
-11-ci sinfin əvvəlindən bütün sosial şəbəkələrdən imtina etmişdim. Yəni, aktiv deyildim. Amma nəticələr açıqlanandan sonra normal istifadə etməyə davam etdim. Universitetə daxil olduqdan sonra isə ixtisasımla əlaqədar olaraq maksimum dərəcədə bütün sosial şəbəkələrdə olub gündəmi izləməyə çalışıram.
 
Jurnalistika ixtisası aşağı ballı hesab edildiyi üçün sizi seçiminizə görə qınayanlar oldu? Əks tərəfə reaksiyanız necə idi?
 -Qınayanlar çox idi. Qohumlarım, müəllimlərim, dostlarım. Müəllimlərimin qınamasının tək səbəbi "O qədər balı heyif edəcəksən" düşüncəsi idi, yoxsa həmişə mənə "Səndən yaxşı jurnalist olacaq" deyib stimul verirdilər.
Ən fərqli reaksiyalarla isə universitetdə qarşılaşdım. Çox ünsiyyətcil, hərəkətli olduğum üçün çoxları "Heç 600 baldan yuxarı yığan uşaqlar kimi deyilsən" deyirdilər. Bundan başqa "ağılsız" kimi baxan da oldu, "Sənin bu fakültədə nə işin var?" deyən də. Hamısına verdiyim bir cavab var idi: "Xəyallarımın ardınca gedirəm".
 
Sizcə, müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?
 
-Əsr texnologiya əsri olduğu üçün kompüter elmləri sahəsinə yaxşı kadrlar, proqramçılar lazımdır. Məncə, gələcəkdə ən çox seçilən ixtisaslar bunlar olacaq. Bundan başqa artıq dünyada dövlətlərarası konfliktlər informasiya müharibəsi ilə həll olunduğu üçün bizə yaxşı, operativ jurnalistlər lazımdır.
 
Son illərdə jurnalist peşəsi inkişaf etməkdədir. Bu günün tələbəsi, gələcəyin jurnalisti olaraq Azərbaycan mətbuatının bugünkü vəziyyəti haqqında nə düşünürsünüz?
 
-Azərbaycan mətbuatı inkişaf etmiş ölkələrlərin mətbuatı ilə müqayisədə o qədər də yaxşı inkişaf etməyib. Amma inkişaf etməkdədir və ən azından xalqımız informasiya korluğu çəkmir, operativ məlumatlarla təmin olunur və mətbuat üzərində senzura yoxdur.
 
Bəyəndiyiniz, sevə-sevə izlədiyiniz, sənətini yüksək qiymətləndirdiyiniz jurnalist imzaları hansılardır? 
 
-Ayaz Mirzəyev, Mir Şahin Ağayev, Ləman Ələşrəfqızının sənətkarlığını çox bəyənirəm, onların özümə nümunə götürdüyüm tərəfləri də var. Məsələn, Ayaz Mirzəyevin sənəti ilə bağlı olan xatirələrinə qulaq asmaq imkanım yaranmışdı, bir müsahibəni almaq üçün nə qədər çətin olsa da çox çalışmasından, üzləşdiyi təhlükəli anlardan danışırdı. Onun bu inadkarlığını özümə nümunə götürmüşdüm.
 
Jurnalistika fakültəsinin tələbəsi olaraq, sizcə, bu peşə maraqlıdır, yoxsa təhlükəli və çətin?
 
-Həm maraqlıdır, həm təhlükəli. Maraqlıdır, ona görə ki, daim yenilik axtarışında oluruq, hər şeydən daha əvvəl xəbəri olanlardan biriyik. Təhlükəlidir, ona görə ki, bizim əsas vəzifəmiz xalqı məlumatlandırmaq, xalqın marağına xidmət etmək olduğu üçün müharibə, xəstəlik, zaman, məkan bilmədən çalışmalıyıq. Məsələn, COVID-19 pandemiyasına görə bir çox iş müəssisələri bağlansa da, jurnalistlər gecə-gündüz çalışır, xəstə olub-olmadığını bilmədiyi insanlarla əlaqədə olurlar.
 
Son olaraq, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün cızdığınız plan barəsində danışmağınızı xahiş edəcəm.
 -Əvvəlcə deyə bilərəm ki, özünüzə inanın, hər kiçik uğursuzluğa görə ruhdan düşməyin, özünüzə "Başqası edə bilibsə, mən niyə edə bilməyim?!",- deyin. Əsas stimul mənbəyiniz bu cümlə olsun. İxtisasınızı balınızın maksimum dərəcədə çatdığı ixtisasa görə müəyyənləşdirməyin, sevdiyiniz sahənin ardınca gedin. İradəli və səbrli olun. 4media.az 



Загрузка...
Həmçinin oxuyun:
“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Tanınmış jurnalistin tələbə oğlu: “Bacara bilməyəcəyim işin arxasınca getmirəm” - MÜSAHİBƏ

Tanınmış jurnalistin tələbə oğlu: “Bacara bilməyəcəyim işin arxasınca getmirəm” - MÜSAHİBƏ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO

Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Acı təəssüratlar

Acı təəssüratlar

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

“Yazı hansı hallarda sıfırla qiymətləndirilir?” – Fakültə dekanı Jurnalistikaya qabiliyyət imtahanından danışdı

“Yazı hansı hallarda sıfırla qiymətləndirilir?” – Fakültə dekanı Jurnalistikaya qabiliyyət imtahanından danışdı