AzTehsil.com


Xəbərlər
02 avqust 2018
2 363


“Yazı hansı hallarda sıfırla qiymətləndirilir?” – Fakültə dekanı Jurnalistikaya qabiliyyət imtahanından danışdı



 

"Abituriyentlər daha çox qrammatik səhvlərə yol verirlər”.

Aztehsil.com xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu deyib. O, jurnalistikaya qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının qiymətləndirilmə mərhələsində bir neçə il ekspert kimi iştirak edib.
 
"Durğu işarələri, hərf səhvləri abituriyentlərin yazılarının yüksək qiymətləndirilməsinin qarşısını alır. İkinci yerdə isə problemin, mövzunun açılması məsələsi durur. Şagirdlər həcmə üstünlük verdiklərinə görə  mövzunun mahiyyətinə varmağı unudurlar. Yazdıqları esse mövzuya ya dolayısıyla aid olur, ya da ümumiyyətlə əlaqəsi olmur. Əksər abituriyent ona təqdim olunan vərəqi doldurmaqla məşğul olur. Dövlət İmtahan Mərkəzinin ekspert qrupları da yoxlama zamanı bunu hiss edir. Yazının zəif qiymətləndirilməsinə səbəb olan amillərdən biri də budur”
 

 

Vüqar Zifəroğlu qeyd edib ki, istər bakalavrda, istərsə də magistraturaya qəbul zamanı kifayət qədər maraqlı, qeyri-adi yazılara rast gəlib:

"Magistratura pilləsinə qəbul üçün keçirilən qabiliyyət imtahanında qrammatik cəhətdən yaxşı yazılsa belə, mövzuya uzaqdan-yaxından aidiyyatı olmayan  yazıyla rastlaşmışdım. Həmin yazını sıfırla qiymətləndirdim. Minumum da olsa, mövzuyla heç bir əlaqəsi yox idi.

Dövlət İmtahan Mərkəzi hər il abituriyentlərə 200-dən yuxarı inşa mövzuları təqdim edir. O mövzularla tanış olub, üzərində düşünsünlər. Ən vacib məqam yazının mahiyyətinə vara bilməkdir. Mövzuyla bağlı dünyagörüşlərini, bilgilərini artırsınlar. Bu zaman mövzunu daha dolğun və konkret qələmə ala biləcəklər. Uzun-uzadı yazıb mövzudan uzaqlaşmayacaqlar. Onlara təqdim olunan 3 mövzu arasında seçim edərkən də tələsməsinlər. Azı 5 dəqiqə mövzular ətrafında düşünsünlər. Daha çox hansı mövzudan məlumatlıdılarsa, hansını daha yaxşı qələmə alacaqlarını düşünürlərsə, həmin mövzunu da seçsinlər. Düzgün mövzu seçimi "məqbul” qiymət almaq üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika” ixtisasını da seçə bilərlər.



Загрузка...
Həmçinin oxuyun:
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

DİM xəbərdarlıq etdi: Bunu edən abituriyentlərə sıfır bal veriləcək

DİM xəbərdarlıq etdi: Bunu edən abituriyentlərə sıfır bal veriləcək

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Bu gün jurnalist olmaq istəyənlər sınağa çəkiləcək

Bu gün jurnalist olmaq istəyənlər sınağa çəkiləcək

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Bu ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcəklər

Bu ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcəklər

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ