Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər
İyulun 27-də ali təhsil müəssisələrinə birinci ixtisas qrupu üzrə qəbul imtahanına qatılan və xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 28-29-da (saat 14:00-dək) qabiliyyət imtahanı komissiyaları üzrə elektron qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, abituriyentlər elektron qeydiyyatdan keçdikdən sonra "qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib vərəqədə qeyd olunan tarixdə qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından "məqbul” qiymət alanlar ixtisas seçimi zamanı birinci qrupa aid olan digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.