AzTehsil.com


Xəbərlər / Müəllim
02 may 2020
1 119


Təhsil sistemimiz koronavirus imtahanından əla QİYMƏT ALIB



 

Dünyanı bürüyən COVID-19 pandemiyası tədris ilinin qızğın dövrünə təsadüf etsə də, Azərbaycanın təhsil sistemi bu ağır vəziyyət qarşısında duruş gətirməyi bacardı. Xüsusilə televiziya dərsləri vasitəsilə tədrisin fasiləsiz həyata keçirilməsinə dair Təhsil Nazirliyinin qərarı ictimaiyyət tərəfindən böyük rəqabətlə qarşılanıb. Bu format bütün ölkə boyu davamlı təlim-tədris prosesini təmin etmək iqtidarındadır.

Məsələyə toxunan Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin fikrincə, son illər ərzində vətəndaşlarla əlaqəli bir çox iş mexanizmlərinin elektron formata keçirilməsi rahatlıq, şəffaflıq, obyektivlik baxımdan xeyli irəliləyişə nail olmaq imkanı verdi: "Koronavirus pandemiyası dövründə ən çox sınaqdan keçmiş sahələrdən biri də təhsil sektoru oldu. Mart ayının 3-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması təhsil sistemimizin qarşısında mühüm çağırışlar qoyub. Bunlardan ən əsası şagird və tələbələrin tədris prosesinin davamiyyətini təmin etmək məqsədilə onlayn tədrisə keçidin reallaşdırılması idi. Bu yöndə karantinin ilk günlərindən etibarən Təhsil Nazirliyi tərəfindən operativ tədbirlər görülüb, nəticədə "Virtual məktəb” və teledərslər layihələri uğurla icra olunmaqdadır. Bu təşəbbüslərin uğurudur ki, 2 milyondan çox şagird təhsilini davam etdirməkdədir. Eyni zamanda aprelin 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, 95 min tələbə onlayn platformalar üzərindən təhsil alır. Bu keçid prosesində cəlb olunan yeni texnologiyalar və insan resursları milli təhsil sistemində son illər ardıcıl şəkildə aparılmış islahatların bəhrəsidir”.

Deputat onu da vurğulayıb ki, cəmiyyətimizə sağlamlığla yanaşı, təhsil də vacib şərtlərdəndir.  Hər ikisi bizim üçün ali dəyərdir. Biz həmişə dövrün tələblərinə uyğunlaşmağa çalışırıq: "Azərbaycan hökuməti hər iki dəyərin qorunub saxlanmasını təmin edib. Bu gün müəllimlərin işə qəbulu, uşaqların 1-ci siniflərə, məktəbəqədər hazırlıq qruplarına qəbulu, peşə məktəblərinə qəbul işləri, şagirdlərin və tələbələrin başqa məktəbə köçürülməsi elektron formatda həyata keçirilir”.

M.Əfəndiyev burada onlayn təhsilin digər bir üstün cəhəti olan, təhsil formasının inklüzivliyinə toxunub. Deputatın qənaətincə, daha aydın desək, tədris prosesinin onlayn əsaslar üzərində qurulması müxtəlif qruplar üçün təhsilin əlçatanlığını artıra bilər. Bu xüsusilə əlilliyi olan uşaq və gənclərə aiddir: "Tədris prosesinin onlayn təşkil olunması bu qeyd etdiyim qrupa aid olan insanların ev şəraitində təhsil almaqlarına imkan yaradacaqdır. Düşünürəm ki, hazırki vəziyyətdən öyrənəcəyimiz təcrübə gələcəkdə hər kəs üçün keyfiyyətli təhsilin və həyat boyu öyrənmək imkanlarının təminini hədəfləyən 4-cü Davamlı İnkişaf Məqsədinin milli səviyyədə reallaşmasına böyük təkan verəcəkdir. Bütün bunları nəzərə alaraq qürurla vurğulamaq olar ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasında vaxtında verilmiş operativ qərarlar gənclərimizin təhlükəsizliyini, sağlamlığını təmin etməklə yanaşı, onların təhsilə çıxış imkanlarını da qorudu”. modern.az 

Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli  Məclisinin deputatı



Загрузка...
Həmçinin oxuyun:
Nazir təhsildəki vəziyyətdən DANIŞDI

Nazir təhsildəki vəziyyətdən DANIŞDI

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"