AzTehsil.com


Xəbərlər / Kitabxanaçı / Yazarlar / Ziyalılar
27 aprel 2020
2 840


Məktəb kitabxanalarının əsas problemi - Pedaqoq kitabxanaçı.



Məktəb kitabxanalarının əsas problemi  - Pedaqoq kitabxanaçı.

 

Müasir həyatda "rəqəmsal” formatlı cəmiyyətdə oxuyan bir insanı formalaşdırmaq daha çətindir və təbii ki, düşünən bir insanı. Hamımız müasir bir uşağın əvvəlki uşaqlardan çox fərqli olduğunu başa düşürük Ancaq keçmişdə olduğu kimi mütaliə müasir uşaq üçün də mühüm əhəmiyyətə malikdir. Bir uşaqda kiçik yaşda oxuduqları dünyaya müəyyən bir münasibət formalaşdırır. Kitablar uşaqlıqdan dünya və ondakı davranış normaları haqqında uşaqlarda anlayış inkişaf etdirilir. Kitabları isə uşağa ən yaxşı sevdirən məktəb kitabxanlarıdır.

Bütün dünyada olduğu kimi bu gün Azərbaycanda da məktəb kitabxanalarının təhsildə rolu yenidən düşünülməlidir. Məktəb kitabxanası haqqında köhnəlmiş streotiplər artıq arxaikləşir və ümumtəhsil müəssiələrində köməkçi strukturdan yeni quruluşa keçir. Məktəb kitabxanaları getdikcə daha çox informasiya, mədəniyyət və şagirdlərin mənəvi inkişaf mərkəzinə çevrilir. Eyni zamanda tərbiyə və təhsilə təsir edən, informasiya cəmiyyətində yaşayan gənc vətəndaşların informasiya mədəniyyətini formalaşdıran pedaqoji sistemin vacib elementi  pozisiyası alır. Bütün bunlara əsasən bir növ yeni mütəxəssislərə - pedaqoq kitabxanaçılara ehtiyac olduğu qəbul edilir. 

Pedaqoq kitabxanaçılar təlim prosesini gücləndirməklə ilk növbədə məktəblilərə insan düşüncəsi ilə təsir edir.

Çoxlu sayda kompüterin İnternetə qoşulması dünya ətrafında intelektual səthin yaranması deməkdir. Bu proseslərdə ən vacib və çətin iş, daha əsas və mürəkkəb kompüterin - insan beyninin qoşulması hesab olunur. Pedaqoq kitabxanaçılar təlim prosesini gücləndirməklə ilk növbədə məktəblilərə insan düşüncəsi ilə təsir edir. Bu münasibətdə bizim kitabxançıların qarşısında yeni vəzifə durur. Bu gün o üç sahədə əvəzolunmaz peşəkar hesab olunur. Birinci – pedaqoq - kitabxanaçının rolu müəllimlərin inkişafına kömək etməkdir. İkinci – pedaqoq - kitabxanaçı informasiya savadlılığı sahəsində əsas amil rolu oynayır. O, müəllimlərlə birlikdə təcrübə və konstruktiv axtarış proseslərinin köməyi ilə şagirdlərin həqiqi tənqidi axtarışa çatdırılmasını planlaşdırır. Üçüncü - pedaqoq – kitabxanaçı şagirdləri və müəllimləri ən son və ən yaxşı yeni kitablarla, vebsaytlarla, video, audio və müxtəlif resurslarla əlaqələndirən mədəniyyət emissarı (agent) hesab olunur. Müasir məktəb kitabxanası və onun ixtisaslı peşəkarları –dövlət təhsil standartlarının həyata keçirilməsinin təminatı və onların tətbiqində əsas vasitədir. 

Rusiya Federasiyasının bu sahədə təcrübəsi.

Pedaqoq kitabxanaçı peşə standartı dünyanın bir çox ölkələrində mövcuddur. Rusiyada isə bu ilk dəfə 31 May 2011-ci ildə təsdiq edilmişdir. Elə bu tarixdə Ümumrusiya Pedaqoji Konqresində görüş zamanı nümayəndələrə müraciətində Vladimir Putin vurğulamışdır: "...Bu insanlar çox vacib, faydalı, lazımlı iş görürlər. Amma rəsmi sənədlərdə onlar təhsilə köməkçi işçilərə aiddir. Axı onlar yalnız kitab vermirlər. Onlar şagirdlərin mədəni səviyyəsini yüksəltməli, onlara nəhəng informasiya dünyasında axtarış aparmağa, təhsil üfüqlərini genişləndirməyə kömək edirlər. Buna baxmayaraq onlar müəllimlərdən çox aşağı əmək haqqı alırlar. Müəllimlərə verilən imtiyaz hüquqlarına sahib deyillər. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz yeni pedaqoq- kitabxanaçı vəzifəsini təqdim etmək qərarına gəldik. ... 
Elə həmin il "Menecerlərin, mütəxəssislərin vəzifələrinin ixtisas dərəcəsi kataloquna" Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial İnkişaf Nazirliyinin 31 may tarixli əmri ilə 2011 № 448n yeni vəzifə daxil edildi "pedaqoq- kitabxanaçı."
 
Pedaoqoq kitabxanaçı kimdir?

Bu standartın yaranmasına tələb ondan ibarətdir ki, o milli-mədəni ənənələrə uyğun, şagirdlərin humanist tərbiyəsi ilə  yaxından bağlı olur, mövcud təhsil proqramlarını təmin edir  və sabahın təhsilinə hazırlıqlı olur. Onun işinin əsas istiqamətlərindən biri təlim tərbiyə strategiyalarının reallaşdırılmasında fənn müəllimləri ilə sıx qarşılıqlı əlaqə sayılır. Bütün təhsil məsələlərinin uğurla yerinə yetirilməsinin əvvəllər olduğu kimi indi də təminatı şagirdlərin idrak fəaliyyətinin və asudə vaxtının səmərəli  təşkilinin əsas forması onların mütaliəyə cəlb edilməsidir.  Qeyd etmək lazımdır ki, məktəb kitabxanaçılarının aldığı bu status –simvolikdir. Bu sadəcə iki peşənin- kitabxanaçı və  pedaqoqun birləşməsi deyil, bu məktəbdə kitabxana resursları və metodları ilə pedaqoji fəaliyyəti həyata keçirən peşəkardır. Pedaqoq-kitabxanaçı və müəllim peşəsi fərqli peşələrdi. Müəllim üçün fənnə mərkəzləşmə və qiymətləndirmə əməlliyatı xarakterikdir. Pedaqoq-kitabxanaçı isə fənnüstü peşədir, o müəllimdən daha geniş anlayışdır. Bu sənətdə uşaqlar və böyüklərlə qarşılıqlı əlaqədə qeyri-formal azadlığı təmin edən, mütaliə üçün azad ədəbiyyat seçimini və oxunanların təfsiri azadlığı, standartlaşdırılmış dərs dialoqundan fərqli xüsusi demokratiya mövcuddur. Pedaqoq kitabxanaçı peşəsi məktəb təhsili tendensiyasını fənnlərarası əlaqədə elektron və çap informasiya vasitələrini özününkiləşdirir və buna görə də təhsilin inkişafına və gələcəyinə istiqamətlənmişdir. 

Ən vacib məsələ bu gün kitabxanaçılara yeniliklərlə işləməyi, eyni zamanda informasiya ilə işləməyi öyrətməkdir. Məktəb kitabxanaçıları sosial şəbəkələrdə, bloqlarda işləməyi və virtual mühitdə bir-biri ilə innovasiya təcrübələrini mübadilə etmək üçün peşəkar münasibətlər qurmağı öyrənməlidirlər. Bu işdə təhsil müəssisələri xüsusən maraqlı olmalıdırlar. Məktəb ictimaiyyətinin informasiya mədəniyyətinin formalaşması və məktəb kitabxanaçılarının yeni pedaqoji status alması ilə əlaqədar ixtisasının artırılması üçün effektiv vasitəyə çevriləcək layihə və proqramlar hazırlanmalıdır. Bu işə təhsil sahəsində idarəedici orqanların nümayəndələri, məktəb direktorları və müəllimləri, uşaq mütaliəsi üzrə peşəkarlar cəlb edilməlidir.
   
Səyyarə Məmmədova 
Azərbaycan Respublikasının Təhsil İnstitutu, Baş mütəxəssis




Загрузка...
Həmçinin oxuyun:
Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

Təhsil İdarəsi AÇIQLADI: Bu gündən bütün məktəb direktorları üçün yeni...

Təhsil İdarəsi AÇIQLADI: Bu gündən bütün məktəb direktorları üçün yeni...

Nümunəvi   Əsasnamə

Nümunəvi Əsasnamə

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

“Müəllimin şagirdə çox şey öyrətməsi böyük problemdir” – Pedaqoqdan gözlənilməz  açıqlama

“Müəllimin şagirdə çox şey öyrətməsi böyük problemdir” – Pedaqoqdan gözlənilməz açıqlama

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?