AzTehsil.com


Xəbərlər
09 mart 2020
1 463


Qızını belində məktəbə aparıb-gətirən ata: “İstəmirəm uşağım savadsız olsun”



 

Astaranın Rüdəkənar, Suparibağ, Məscidməhəllə, Qapıçıməhəllə, Alaşa, Züngüləş kəndləri eyni istiqamətdə, İranla sərhəddə yerləşir. Sərhəd xəttləri kəndlərin içindən keçir.

Astara şəhərindən başlanan yol bu kəndlərdən keçərək dağa tərəf uzanır və Bəndəsər kəndinin sonunda qurtarır. Ondan sonra kələ- kötür dağ yolu başlayır. "Niva” markalı maşınla 3 kilometr yolu düz 2 saata gedirik. Burda problemlərini bizimlə bölüşmək istəyən, yolumuzu gözləyən sakinlər var.

Bəndəsər kəndinin yaxınlığından keçən Astaraçayın üstündə mini su elektirk stansiyası inşa edilib. Prezident İlham Əliyev stansiyanın təməlqoyma mərasimində iştirak edib. Prezidentin keçdiyi yollara asfalt çəkilib. Yolların qalan hissəsi isə bərbad vəziyyətdədir.

Kənd sakini Firudin Nəcəfov düşdükləri çətin vəziyyətdən danışır: "Züngüləş kəndin Çayağzı ərazisində yaşayırıq. Kəndin qədim tarixi var. Şərait olmadığına görə çoxu burdan köçüb, 20-yə yaxın ailə qalıb.Təbii qaz yoxdur. İşıq demək olar ki,verilmir. Ən başlıcası isə yol yoxdur. Kimsə rayon mərkəzinə getmək istəsə gərək bunun üçün çoxlu pul xərcləsin”
 

 

O, kənddə məktəb olmadığından uşaqların adlarını yaza, bəzilərinin Azərbaycan dilində yazıb-oxumaq bir yana danışa bilmədiklərini deyir: "Savadsızlıqdır. Cavanlarımız orduya gedir, adlarını yaza bilmirlər. Hər ailədə 8-10 uşaq var. Elə uşaq var ki, Azərbaycan dilində danışa bilmir. Azərbaycan dilini bilmək bizə vacibdir. Dövlətimizin dilidir”.

Kənd sakininin sözlərinə görə uşaqlar oxumaq üçün qonşu kəndə getməlidirlər. Məktəblə onlar yaşayan kəndin arasındakı məsafəsə 8 kilometrdir.

"Bu yolun 3 kilometri isə keçilməzdir.Uşağı dalımıza alıb asfalt yola çıxarmalıyıq. Mən özüm xəstə adamam.Yatağa düşən xəstənin yanına həkim gələ bilmir. Mən xəstələnəndə 3 kilometr yolu xərəkdə aparıblar…”

"CAVANLAR KƏNDDƏ QALMIR”

Firudin Nəcəfovun həmkəndlisi İsiməli Xankişiyev söhbətə qoşulur, bu kəndin unduluduğunu söyləyir: "Tibb məntəqəsi, seçki məntəqəsi, məktəb yoxdur. Bizi yaddan çıxarıblar. Biz burdan hara gedək? Evimiz burdadır. Başqa yerə getmək üçün də pul lazımdır. Özümüzü güclə dolandırırıq. Yaşlı adamlar pensiya alır, yaşayır, qalanlar da heyvandarlıqla, arıçılıqla məşquldur. Biz iş tələb etmirik. Özümüzü dolandırırıq. Hökumət kömək etsin, yolu qaydaya salaq”.
 İsiməli Xankişiyev cavanların kənddə qalmaq istəmədiklərini, bir ucdan Bakıya köçdüklərini deyir. Səbəbini də izah edir: "Orda iş var, uşaqlarını oxutdura bilirlər. Yol olsa uşağı, heç olmasa həftədə 1-2 dəfə məktəbə apararam. Uşaq da, heç olmasa adını yaza bilər…”

Bəndəsər kənd sakini Azad Tahirov danışır ki, qışda aylarla rayon mərkəzi ilə gediş-gəliş kəsilir: "İşıqlar müntəzəm verilmədiyinə görə qaranlıq düşən kimi evə çəkilirik. Dünyada, ölkədə baş verən hadisələrdən xəbər tuta bilmirik. Televiziya, qəzet, kitab yoxdur. Gələcəyimiz necə olacaq? Biz çay kənarı ilə hərəkət edirik. Su qalxanda vəziyyət daha da pisləşir. Dağlıq ərazidir. Qar yağdımı, əlaqələr kəsilir. Unu eşşəklə, atla gətiririk. Su qalxsa, o da mümkünsüz olur. Qış vaxtlarında aylarla mərkəzlə əlaqə kəsilir”.

"İSTƏMİRƏM UŞAĞIM SAVADSIZ OLSUN”

 


 

Bakıda uşaqlar məktəbə gedir, arxiv foto

Kənd camaatı ilə danışa-danışa sakinlərdən birinin uşağı dalına alaraq çayın bu taya çıxartdığını görürük. Məlum olur ki, Balazar Rəhmanov birinci sinifdə oxuyan qızını çarəsizlikdən məktəbə belində aparıb-gətirir:

"Mənim uşağım birinci sinifə gedir. Həftədə cəmi bir dəfə uşağı məktəbə aparıram. Mən istəmirəm uşağım savadsız olsun. Əvvəllər uzaq kənddə yaşayırdım, yaxına gəldim. Yaşadığım əvvəlki kənddə məktəbə getmirlər, yol ümumiyyətlə yoxdur. Ancaq yay aylarında dağdan aşağıya düşə bilirlər. Kəndə birinci yol, qaz, işıq lazımdır. Uşaq şam işığında dərs oxuya bilmir. Yaxınlıqda su elektirik stansiyası var, amma işıqsızıq. Mən uşaq olanda döyürdülər ki, məktəbə get. İndi uşağım ağlayır ki, məni məktəbə apar. Yolun bu hissəsində uşağı dalıma alıram. Demək olar ki, keçilməzdir. 20 nəfər birinci sinifə gedən uşaq var. Siz görürsüz, bura dağdır, meşənin içidir, yol da bərbad. Uşaq məktəbə necə getsin?..”

Dağa qalxdıqca Bəndəsər, Çayağzı, Siov, Peşənərüd, İstisu əraziləri başlayır.Yuxarıdan evlər aydın görünür. Əraziyə yerüstü elektirk kabelləri çəkilib. Ancaq evlərdə kerasinlə işləyən lampalar, şam yandırılır. Biz orda olduğumuz müddətdə evlərdə elektrikin yandığını görmədik.

RƏSMİLƏR NƏ DEYİR?

 

Prezident İlham Əliyev, ilk dərs günü Bakıdakı 20 saylı məktəbdə,15 sentyabr 2017

Sakinlər əmindirlər ki, prezident dərdlərindən xəbər tutsa onlara kömək edər. AzadlıqRadiosunun əməkdaşı Astara Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH-də aparatın şöbə müdiri Xanverdi Şirinov isə deyir ki, ilin bu fəslində dağ ərazisində iş görmək çətindir. Ancaq mayda işlər görüləcəyini bildirir. "Vətəndaşlar bizə müraciət etsinlər, biz kömək edək. İşıq məsələsini də həll edərik” deyə söhbətini bitirir.

Astaranın az qala qurtaracağındakı, özlərinin dediyi kimi "unudulmuş kəndlərdəsə” yol çəkilməsini, məktəbin tikilməsini, işığın, qazın verilməsini istəyənlər səbrsizliklə xəbər gözləyirlər…





Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bir ailənin beş uşağı pulsuzluqdan məktəbdən qaldı

Bir ailənin beş uşağı pulsuzluqdan məktəbdən qaldı

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Dövlət İmtahan Mərkəzinin təhlilindən üzə çıxan şok nəticələr – Ekspertlər bu vəziyyətə nə deyirlər?

Dövlət İmtahan Mərkəzinin təhlilindən üzə çıxan şok nəticələr – Ekspertlər bu vəziyyətə nə deyirlər?

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Bakıda  azyaşlını döyən müəllim işdən çıxarılıb

Bakıda azyaşlını döyən müəllim işdən çıxarılıb