AzTehsil.com


Müəllim
04 noyabr 2023
3 800


Sertifikatlaşdırmadan kəsilən 147 müəllim məktəbdə başqa işlə təmin edilib




Müəllimlərin təkrar sertifikatlaşdırmasından kəsilən 147 nəfər sonradan təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.


Bu barədə AzTehsil.com yerli təhsili idarəetmə orqanlarından məlumat əldə edib.


Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki müəssisələr üzrə 141 müəllim təkrar sertifikatlaşdırmadan uğursuz nəticə göstərib. Onlardan 49 nəfəri sosial pedaqoq vəzifəsinə təyin olunub.


Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında göstərdiyi uğursuz nəticəyə görə 74 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verilib, sonradan 18 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 194 nəfər imtahandan keçməyib. Lakin sosial baxımdan həssas əhali qrupuna aid edilən 44 nəfəri sonradan təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 321 nəfər təkrar sertifikatlaşdırmadan kəsilib, onlardan 36 nəfəri sonradan müvafiq işə qəbul olunub.


Qeyd edək ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb. Təkrar sertifikatlaşdırmaya cəlb edilmiş müəllimlərdən 743 nəfər isə imtahandan keçməmiş və onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixindən xitam verilmişdi. Onlardan 13 nəfəri birbaşa nazirliyə tabe müəssisələrdə çalışan şəxslər olub. Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılıb. Komissiyalar 5 sentyabr tarixindən fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən bütün şəxslərlə görüşülüb, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb.




Загрузка...
Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Tələbələrə növbəti dövlət dəstəyi

Tələbələrə növbəti dövlət dəstəyi

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI