Xəbərlər, Valideyn
08 yanvar 2018
621

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT

Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqan və beynin fəaliyyəti üçün vacibdir. Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün də lazımdır. Orqanizmdə karbohidrat çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin buna baxmayaraq hazırda şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq.


Aztəhsil.com xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova universitetin mətbuat xidmətinə bildirib.


Hazırda çox aktual problemlərdən olan uşaqların şirniyyata bağlılığı haqqında danışan pediatr bildirib ki, bu həvəs yalnız dad hissiyyatı ilə bağlı deyil:

 

"Piy kütləsinin artması, maddələr mübadiləsinin pozulması, qida allergiyasının formalaşması, qaraciyər və mədəaltı vəz fəaliyyətinin pozulması, ikinci tip şəkərli diabet, uşaq yaşlarından piylənmə hallarına səbəb olur. Belə olduqda bəzi şirin qidalardan imtina etmək lazımdır. Bunlara qazlı və şirin içkilər, uşaqlar üçün hazırlanmış sovurma konfetlər və saqqızı aid etmək olar ki, onlar məhdud miqdarda istifadə edilməlidir. Bunların arasında ən ziyanlısı şirin qazlı içkilərdir. Bu içkilərin tərkibinə böyük miqdarda şəkər və şəkərəvəzedicilər əlavə olunur. Belə ki, 50 ml şirin içkinin tərkibində təxminən beş çay qaşığı şəkər olur. Bu içkilərin tərkiblərində olan alma, limon və s. turşular isə şəkərin qana tez sovrulmasını təmin edir ki, bu da mədəaltı vəzini gücə salır, rəngləndirici, ətirləndirici və digər kimyəvi əlavələr isə böyüməkdə olan orqanizmə mənfi təsir göstərir.


İkinci yerdə sovurma konfetlər və saqqızlar durur. Onların da tərkibi qazlı şirin içkilərlə eynidir. Şokolad, zefir, marmelad kimi şirniyyatlar da az istifadə edilməlidir.

 

Onu da qeyd edək ki, bu qidaların tərkibində xeyirli maddələr-pektin və jelatin var. Pektin mədə bağırsaq sisteminin işinə, jelatin isə saç və dırnaqlara xeyirdir. Lakin satışda olan məhsulların tərkibində rəngləndirici və ətirləndirici maddələr də çoxdur. Bu səbəbdən almadan öncə tərkibində təbii inqrediyentlərin olmasına diqqət yetirmək lazımdır. Bu qidaları uşaq rasionuna iki yaşdan tez daxil etmək olmaz. Bundan başqa onların tərkibində bir çox mikroelementlər də var. Şokoladın tərkibində kalium, maqnezium, dəmir var. Uşağa şokolad alarkən çox seçici olmaq lazımdır, tərkibində konservantların olmaması və keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Ən əsası isə şokoladı üç yaşdan kiçik uşaqlara vermək olmaz”.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI

Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

Qışda bu meyvələri hər gün yeyin - XƏSTƏLİKLƏRDƏN QORUYUR

Qışda bu meyvələri hər gün yeyin - XƏSTƏLİKLƏRDƏN QORUYUR

Həftədə 3 dəfə içsəniz, xərçəngə tutulmazsınız – ŞƏFAVERİCİ BİTKİ

Həftədə 3 dəfə içsəniz, xərçəngə tutulmazsınız – ŞƏFAVERİCİ BİTKİ

Ölümcül xəstəliyin çarəsi — Fındığın bilmədiyimiz 10 FAYDASI

Ölümcül xəstəliyin çarəsi — Fındığın bilmədiyimiz 10 FAYDASI

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Səhər acqarına bir qaşıq yeyin – MİN BİR DƏRDİN DƏRMANI

Səhər acqarına bir qaşıq yeyin – MİN BİR DƏRDİN DƏRMANI

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

Bizi ölümə yaxınlaşdıran şirin “zəhər”: MENYUNUZDAN ÇIXARIN

Bizi ölümə yaxınlaşdıran şirin “zəhər”: MENYUNUZDAN ÇIXARIN

"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Hər gün 2-3 diş sarımsaq yeyin - TƏBİİ DƏRMAN

Hər gün 2-3 diş sarımsaq yeyin - TƏBİİ DƏRMAN

Balqabağın bilinməyən faydaları- Bunları bilmək vacibdir

Balqabağın bilinməyən faydaları- Bunları bilmək vacibdir

Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır

Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Bu qidalardan yeyin, dərmana ehtiyac olmayacaq - SİYAHI

Bu qidalardan yeyin, dərmana ehtiyac olmayacaq - SİYAHI

Baş ağrısına təbii əlac: dəfnə yarpağı

Baş ağrısına təbii əlac: dəfnə yarpağı

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...

Qara şokoladın faydaları - Qan təzyiqini aşağı salır...

”Uşaqlara çörək yedirtməyin!” - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

”Uşaqlara çörək yedirtməyin!” - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Qış mövsümünə bizi hazırlayan qidalar — SİYAHI və FOTOLAR

Qış mövsümünə bizi hazırlayan qidalar — SİYAHI və FOTOLAR

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!