Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbələri ingilis dilində tamaşa səhnələşdiriblər.
Məşhur fransız yazıçısı Aleksandr Dümanın "Üç muşketyor " adlı əsəri əsasında hazırlanan tamaşada tələbələr XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edən maraqlı və dinamik obrazlar canlandırıblar. Tələbələrin böyük ruh yüksəkliyi ilə oynadıqları tamaşanın fasilələrində "HarmonISE" klubunun üzvləri müxtəlif musiqilər ifa ediblər.
Tamaşadan sonra tələbələri təbrik edən UNEC-in rektoru, professor Ədalət Muradov onların səhnə bacarıqlarını yüksək qiymətləndirib. UNEC-də tələbələrin yaradıcılıq fəaliyyəti, onların mədəni həyat tərzini formalaşdırmaq istəkləri və incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq əzmi ilə qürur duyduğunu ifadə edib. O, tələbələrə gələcək fəaliyyətlərində və qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb.
Tamaşanın rejissoru "Xarici dillər" kafedrasının müəllimi Aysel Xəlilovadır. Qeyd edək ki, rolları ifa edən tələbələrin böyük əksəriyyəti prezident təqaüdçüləri olub.
UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə
UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil
UNEC tələbələrindən xeyriyyə aksiyası
UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib
UNEC tələbələrindən nümunəvi addım
Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub
700 bal toplayan abituriyentlər UNEC-də
Hacettepe Universiteti UNEC-i seçir
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində
UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib
İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı
UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb
Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”
Təhsil sərgisinin ən orijinal stendi
UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər
UNEC kollektivi Lələtəpədə - Fotolar
İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC
UNEC Gənc Müəllimlər Şurası yaradıldı
UNEC-in gənc müəllimlərinin uğuru
Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?
UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib
UNEC professoru BMT-nin mükafatına layiq görüldü
UNEC-də 31 mart soyqırımı qurbanları anıldı
Vergilər Nazirliyi məktəbliləri sevindirdi