H/N sənədlər, Direktor
20 fevral 2017
2422

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.

 
İşəgötürən bu Məcəllənin 141-ci maddəsində göstərilən qaydada müəyyən edilmiş Ödənciərin verilməsi üçün vəsaiti və onun mənbəyini müəyyən etməlidir.

1. Əmək, təhsil və yaradıcılıq məzuniyyətinə çıxan hər bir işçiyə məzuniyyət vaxtı üçün saxlanılan orta əmək haqqı müəssisədə, təşkilatda təsdiq edilmiş əməyin ödənilməsi vəsaiti hesabına verilməsi nəzərdə tutulur və məzuniyyətin başlanmasına əvvəlcədən bir neçə gün qalmış (azı 3 gün) ödənilir.

2. Kollektiv müqavilələrdə işçilər üçün müəyyən edilmiş Ödənişli məzuniyyət növlərinə görə orta əmək haqqı müəssisənin gəliri hesabına ödənilir.

3. Uşağa qulluq etmək üçün İşləyən vcılideyinlərdən birinə, yaxud ailənin başqa üzvünə uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü, qismən Ödənişli məzuniyyət dövründə onlara qanunvericiliklə müəyyən edilmiş aylıq müavinət AR DSMF hesabına Ödənilir (Ətraflı bax: "Məcburi dövlət sosial sığorta ödəmələrinin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına Ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında” AR NK-nın 1998-cİ İl 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2-ci bəndinə).

4. İşçi ödənişsiz məzuniyyət hüququndan istifadə etdikdə ona bu dövr üçün müəssisədə təsdiq edilmiş əməyin ödənilməsi vəsaiti hesabına orta əmək haqqı ödənilmir.

5. AR ƏM-in 142-ci maddəsinin İkinci hissəsinə görə, bu Məcəllənin 141-ci maddəsində nəzərdə tutulmuş müavinət, yardım və digər ödənciərin verilməsi üçün pul vəsaitini və onun mənbəyini işəgötürən müəyyən edir. AR ƏƏSMN Kollegiyasının 2002-ci İl 4 iyul tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədi ilə müavinət, yardım və digər Ödənclərin verilməsi Qaydalarının 14- eü bəndi ilə müəyyən edilmişdir ki, büdcədən maliyyələşən təşkilatlarda bu Qaydalara uyğun olaraq müavinət, yardım və digər ödənclərin verilməsi həmin təşkilatların xərc smetalarının müvafiq maddəsində nəzərdə tutulmuş vəsait dairəsində büdcə vəsaiti, digər müəssisələrdə isə sərəncamında qalan xalis mənfəət hesabına ödənilir.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...