"Ümumtәhsil mәktәblәrindә dәrnәklәrin tәşkili” Qaydası "Tәhsil haqqında” Azәrbaycan Respublikası Qanununun maddәlәrinә və "Ümumtәhsil mәktәbinin Nümunәvi Nizamnamәsi”nə әsasәn hazırlanıb vә ümumtәhsil mәktәblәrindә büdcә vәsaiti hesabına maliyyәlәşdirilmәsi nәzәrdә tutulan dәrnәklәrin tәşkili qaydalarını tәnzimlәyir.
Qaydalara əsasən, hәr hansı bir mәktәbdә dәrnәklәr ayrılmış ştat vahidinә (stavkasına) uyğun olmaqla, tәhsilalanların meyil vә marağı, habelә mәktәbdә müvafiq tәdris maddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla tәşkil edilir. Dәrnәklәr, bir qayda olaraq, fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki yaradıcılıq, idman növlәri üzrә yaradılır.
Dərnək rəhbərləri necə seçilir?
Dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir. Hәr hansı bir dәrnәyә rәhbәr tәyin olunarkәn (müәllim, yaxud kәnardan dәvәt olunan mütәxәssis) onun dәrnәyin istiqamәtinә, mәzmun vә mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik olmasını tәsdiq edәn sәnәdlәr (diplom, sertifikat vә s.) mütləq nәzәrә alınır. Dərnək rəhbərinin məktəbdən seçilməsi şərt deyil.
Bərdə rayonu S.Behbudov adına 6 nömrəli məktəbin direktor müavini Elşən Ramizoğlu mövzu ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, dərnəklərdəki dərslərə nəzarət məktəb direktoru və direktor müavinlərindən birinə həvalə edilir:
"Dәrnәklәrin ayrılmış ştat vahidinә (stavkasına) uyğun yaradılması o deməkdir ki, bu, sinif sayından asılı olaraq dəyişir. 5-10 sinif olduqda 0.5 stavka, 10-20 olduqda 1 stavka, 20-40olduqda 1,5 stavka, 40-dan çox olduqda isə 2 stavka nəzərdə tutulur. Əvvələr ərizə dərnəyə üzv olan şagirdlərdən alınırdı, indi isə artıq yeni təlimata əsasən valideynlərdən alınır. 2019/2020-ci dərs ili üçün dərnək işinin təşkili ilə bağlı bütün sənədlər 1 stavka saat fərqi ilə (12 saat əvəzinə 18 saatla) uyğunlaşdırılıb tərtib edilməlidir”.
Dərnəklərin təşkili üçün cədvəl necə hazırlanır?
Dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrdәn tәşkil edilir. Dәrnәklәr dәrsdәnkәnar vaxtlarda vә direktor tәrәfindәn tәsdiq olunmuş cәdvәl üzrә aparılır. Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti müvafiq jurnalda qeyd edilir.
"Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Nəzərinizə çatdırım ki, 1 stavka dərnək 18 saatdır. 1 stavka dərnək maksimum 4 müəllim arasında bölünə bilər. Dərnəklərin cədvəli məktəbin maddi-texniki bazasına uyğun olaraq məktəb rəhbəri tərəfindən müəyyənləşdirilsə də, mütləq müəllimlə razılaşdırıldıqdan sonra təsdiqlənir. Cədvəl hazırlanan zaman saatlar arası tənəffüslər nəzərə alınmır. Bir dərnək saatının müddəti 45 dəqiqəyə bərabərdir”,- deyə E.Ramizoğlu əlavə edib.
Onun sözlərinə görə, dərnəyə ayrılan 1stavka (18 saat) dərs yükü müvafiq olaraq 2, 3 və yaxud 4 dərnək rəhbəri arasında bölüşdürülə bilər. Bu zaman 1stavka (18 saat) dərs yükü 2 dərnək rəhbəri arasında 9 saat, 3 dərnək rəhbəri arasında 6 saat, 4 dərnək rəhbəri arasında isə 4,5 saat olmaqla tənzimlənir.
Həftəlik 0,25 stavka dərs yükü olan dərnək rəhbərləri üçün cədvəl aşağıdakı nümunələrə uyğun qaydada qurulur.
Qeyd* Nümunələrdə qeyd olunan həftə günləri və saatlar şərtidir.
Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.25 stavka) – 1
I gün- 14:00-15:10 – 1,5 saat
III gün- 14:00-15:10 - 1,5 saat
V gün- 14:00-15:10 – 1,5 saat
*Belə olan halda cədvələ uyğun olaraq jurnalda həftədə 3 dəfə olmaqla, ümumilikdə 4,5 saat qeyd edilir.
Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.25 stavka) - 2
0,25 stavka dərnək saatı olan müəllim üçün cədvəl aşağıdakı qaydada qurulur:
I gün-14:00-15:10 – 1,5 saat
VI gün-10:00-12:25 – 3 saat
*Belə olan halda cədvələ uyğun olaraq jurnalda həftədə 2 dəfə olmaqla, ümumilikdə 4,5 saat qeyd edilir.
Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.25 stavka) - 3
I gün-13:00-14:55 – 2,5 saat
III gün 13:00-14:30 – 2 saat
*Belə olan halda cədvələ uyğun olaraq jurnalda həftədə 2 dəfə olmaqla, ümumilikdə 4,5 saat qeyd edilir.
Həftəlik 0.5 stavka dərs yükü olan dərnək rəhbərləri üçün cədvəl aşağıdakı nümunələrə uyğun qaydada qurulur.
Dərnəklərin təşkili üçün cədvəl nümunəsi (0.5 stavka) - 4
I gün – 13:30-15:25 – 3 saat
III gün – 13:30-15:25 – 3 saat
VI gün – 13:30-15:25 – 3 saat
Qeyd edək ki, mәktәblərdә büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn dәrnәklәrlә yanaşı, bu qaydalardan irәli gәlәn tәlәblәr nәzәrә alınmaqla ödәnişli vә ictimai әsaslarla da dәrnәklәr tәşkil oluna bilәr.