Dərnək rəhbərliyi nədir və necə təşkil olunur?
1. Tәhsil Nazirinin әmri ilә tәsdiq edilmiş "Ümumtәhsil mәktәblәrindә dәrnәklәrin tәşkili Qaydası"nın 2-ci bəndinə görə "Hәr hansı bir mәktәbdә dәrnәklәr ayrılmış ştat vahidinә (stavkasına) uyğun yaradılır".
2. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında" qərarın 14-cü bəndində görə "Ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların xərc smetasında dərnək rəhbərinin əmək haqqını ödəmək üçün aşağıdakı miqdarda vəsait nəzərdə tutulur: 5-dən 10-dək sinif olduqda - 0,5 müəllim stavkası; 10-dan 20-dək - 1 stavka, 20-dən 40-dək 1,5 stavka; 40 və daha çox olduqda 2 müəllim stavkası."
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçası"na görə dərnək rəhbərliyi ümumtəhsil məktəblərində mütəxəssis qrupuna aid bir vəzifədir.
Dərnək rəhbərliyi ştatdır və dərs məşğələsi deyil. O stavka ilə, yəni 1 stavka, 0,5 stavka, 0,25 stavka ilə hesablanmayıb müəllimlərə həvalə edilməlidir. Lakin məktəb rəhbərləri onu 1 və 2 saat olmaqla müəllimlər arasında bölüməklə səhvə yol verirlər. Yəni bu dərnəklər müəllimin stavkasına uyğun 12, 6 və 3 saat olmaqla bölünməlidir.
Dәrnәklәr, bir qayda olaraq, fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki yaradıcılıq, idman növlәri üzrә yaradılır. Dərnəyin adı olur. Məsələn, YARADICI ƏLLƏR, POLİQLOT, ŞAHMAT, GİMNASİTİKA və sair.
Dәrnәklәr şagirdlәrin könüllülüyü әsasında tәşkil olunur. Dәrnәklәr, bir qayda olaraq, 8 nәfәrdәn az olmamaqla komplektlәşdirilir. Hәr hansı bir dәrnәkdә şagirdlәrin maksimum sayı 15 nәfәr müәyyәn edilir.
Dәrnәk rәhbәri müәllimlərdən və yaxud kәnardan dәvәt olunan mütәxәssis ola bilər. Dərnək rəhbəri təyin edilən mütəxəssis ümumi orta təhsilli də ola bilər. Lakin dərnək rəhbəri dәrnәyin istiqamәtinә, mәzmun vә mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik olmasını tәsdiq edәn sәnәdlәr (diplom, sertifikat vә s.) nәzәrә alınır.
Dәrnәklәr dәrsdәnkәnar vaxtlarda vә direktor tәrәfindәn tәsdiq olunmuş cәdvәl üzrә aparılır. Dәrnәklәrin fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti müvafiq jurnalda qeyd edilir. İdman istiqamәtli dәrnәklәrә cәlb edilmiş şagirdlәr üçün onların sağlamlığı barәdә tibbi arayış tәqdim olunmalıdır.