Məktəblərdə dərnəklərin təşkili qaydası təsdiq edilib
Təhsil naziri Mikayıl Cabbarov "Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın təsdiq edib. Təhsil Nazirliyindən verilən xəbərə görə, ümumtəhsil məktəblərində büdcə vəsaiti hesabına maliyyələşən dərnəklərin işini tənzimləmək məqsədi ilə "Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası” təsdiq edilib.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Qaydalara əsasən, hәr hansı bir mәktәbdә dәrnәklәr ayrılmış ştat vahidinә (stavkasına) uyğun yaradılır. Dәrnәklәr tәhsilalanların meyil vә marağı, habelә mәktәbdә müvafiq tәdrismaddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla tәşkil edilir. Onlar bir qayda olaraq, fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki yaradıcılıq, idman növlәri üzrә yaradılır.
Dәrnәklәrin tәşkilindә әsas mәqsәd tәhsilalanların mövcud potensiallarının inkişafı, mәlumatlılıq sәviyyәsinin artırılması üçün lazımi şәraitin yaradılması, tәdris proqramları әsasında qazandıqları bilik vә bacarıqların genişlәndirilmәsi, onlarda yaradıcılıq vә tәtbiqetmә bacarıqlarının formalaşdırılmasından ibarәtdir. Şagirdlәrin könüllülüyü әsasında tәşkil olunan bu vә digәr dәrnәk mәqsәd vә mәzmunundan asılı olaraq, bir, yaxud bir neçә dәrs ili әrzindә fәaliyyәt göstәrә bilәr. Dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrdәn tәşkil edilir. Hәmin dәrnәklәr komplektlәşdirilәrkәn sinif sәviyyәsindәn asılı olmayaraq şagirdlәrin marağı, istedad vә intellekti nәzәrә alınır. Dәrnәklәr, bir qayda olaraq, 8 nәfәrdәn az olmamaqla komplektlәşdirilir. Hәr hansı bir dәrnәkdә şagirdlәrin maksimum sayı 15 nәfәr müәyyәn edilir, dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir.
İdman istiqamәtli dәrnәklәrә cәlb edilmiş şagirdlәr üçün onların sağlamlığı barәdә tibbi arayış tәqdim olunmalıdır. Mәktәbin rәhbәrliyi tәşkil olunan dәrnәklәrin sәmәrәli fәaliyyәti üçün mәsuliyyәt daşıyır. Dәrnәklәrin işinә ümumi rәhbәrlik vә nәzarәt direktor müavinlәrindәn birinin vәzifә bölgüsünә daxil olunur. Dәrnәklәrin dәrs ili (illәri) әrzindәki fәaliyyәti şagirdlәrin cәlb olunduqları dәrnәklәrin tәyinatına uyğun tәdbirlәrdә (sәrgi, müsabiqә, yarış, konsert, olimpiada vә s.) iştirak sәviyyәsinә görә qiymәtlәndirilir. Mәktәbdә büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn dәrnәklәrlә yanaşı, bu "Qayda”dan irәli gәlәn tәlәblәr nәzәrә alınmaqla ödәnişli vә ictimai әsaslarla da dәrnәklәr tәşkil oluna bilәr.