Xəbərlər / Valideyn / Müəllim
29 dekabr 2018
2 470


İlk uşaqlıq və orta uşaqlıq illəri

 İlk uşaqlıq   və  orta uşaqlıq illəri

 

 
 
İlk uşaqlıq illəri 5 yaşında, orta uşaqlıq illəri isə 10 yaşında bitər.
 

Bunun üçün uşağınızın davranışları, daha üst səthdə olmaqla birlikdə, 5 yaşında göstərdiyi xüsusiyyətləri də təkrarlayar. İçində olduğu vaxtı və yeri yaşayan xüsusiyyətləri vardır. Fiziki inkişaf əvvəlki yaşlara görə daha yavaş gedir. Dəyişmələr yavaş olduğu üçün də uşaq hərəkət bacarıqlarını daha yaxşı şəkildə istifadə etməyi və nəzarət etməyi öyrənər.

Oğlan uşaqları idmandan xoşlanar, yaxşı bir şagird və yaxşı bir yoldaş olarlar. Xüsusilə, ana və atalarının sözlərinə qulaq asarlar. Ancaq qız uşaqları üçün bu ərəfə bir qədər çətindir. Oğlan uşaqlarına nisbətən daha əsəbi və nadinc olurlar. Uşaqlar ailələri ilə olduğu müddətdə xoşbəxt, ayrı olduqları zaman sanki, vasvası olurlar. 

İnkişaf prosesi. 10 yaşlı uşaqlarda dil qabiliyyətində diqqətə çarpan dəyişmə olmamaqla bərabər, inkişaf etmiş bir tələffüz və daha geniş bir söz dağarcığı vardır. Ana-atalarından daha çox müstəqillik istəməyi və yaşıdları ilə daha çox bir yerdə olmağı davam etdirərlər. Zamanlarının böyük bir hissəsi məktəbdə keçdiyi üçün  daha maraqlı, daha ictimai, daha işbirlikçi və daha etibarlı olarlar. Oxuma, yazma, riyaziyyat kimi qabiliyyətləri inkişaf edər. 

Həmyaşıdları ilə tez-tez aralarında problem vəziyyətləri ilə əlaqədar müzakirə edərlər. Yeni fikir və tutumların dəstəklənməsi və təsdiqlənməsi üçün qrupa böyük bir bağlılıq meydana gələr. Qrup təzyiqinə uyma 10-11 yaşlarında daha üst nöqtəyə çatır və bu hal qızlarda daha çoxdur.

Bu dövrdə uşaqlarda idrak prosesləri inkişaf etdiyi üçün qorxuları xəyali olanlardan həqiqidir. Oğrular, heyvanlar və ölüm ən məşhur qorxularıdır. Xüsusilə, ölüm və məktəb fobisi bu dövrdə xarakteristikdir.

Bu yaşda qızlar və oğlanlar arasında ictimai fərqlər yaranır. Qruplar qız - oğlan olaraq ayrılır və qarşı cinsə istiqamətli olaraq sataşmalar, lağ etmələr sıx hal alır.

Bütün fiziki və ruhi sistemlərin dinamikası və yetkinliyi baxımından bu yaş uşağı, 9 yaş uşağından daha inkişaf etmiş olur. Maraqları daha müxtəlif olur. 9 yaşında olan gərginlik gedərək, yerini itaətlilik və uyğunluğa verir. 10 yaşlı uşağın ictimai əlaqələrində, müəllimi, yoldaşları və anası ilə qurduğu yaxın əlaqələr ön plana keçir. Bu əlaqələr uşağın digər əlaqələrinə də təsir edir. Evdə ana atasının yaxınında olduğu zaman özünü daha güclü hiss edər.

Bu yaş dövründə uşaqlarda idrak prosesinin inkişafı ilə birlikdə, yumor hissləri də inkişaf edər. Əsassız hadisələr (gözlənilməz, əcaib) uşaqların ən çox güldüyü mövzulardır. Tapmaca öyrənmək, yanıltmacları təkrar etmə də bu dövrdə onların marağı çəkər. Şəkilli hekayələr, kino, televiziya ən böyük əyləncələridir.

Sosial - Duygusal İnkişaf 

• Bu yaşda olan uşaqlar böyüklər tərəfindən fərq edilməkdən xoşlanarlar. 

• Təriflənmək, güvənilmək və səylərinin təqdir edilməsi onlar üçün əhəmiyyətlidir. 

• Yaxşı bir dinləyicidirlər, Eyni zamanda, danışmağı və izah etməyi də sevərlər. Danışarkən

zaman- zaman bir-birlərinə və ya böyüklərə qarşı tənqidi ola bilirlər. 

• Tez motivasiya olurlar. Bundan başqa, xəyal qırıqlığına yaşamaqdan qorxarlar. 

• Uşaqların müvəffəqiyyətsizliklərini çox tez ifadə etmələri, onlarda mənlik qəbulunu və

özünə inamın inkişafına təsir edər. 

• Ətrafındakıların duyğularını anlama və paylaşma bacarığı artar. Şifahi ifadələri (bədən dili, baxış və s.) təqib etməyə başlarlar. 

• Bir qrupa aid olma şüuru meydana gələr və aid olduğu qrupda seçilən biri olmaq uşaqlar üçün əhəmiyyətli olar. 

• Ədalət duyğusu inkişaf edər. Haqsızlıqdan xoşlanmazlar, hər kəsə bərabər davranılmasını gözləyərlər, cəzanın ədalətli və cinayətə uyğun olmasını istəyərlər. 

Təməl qaydalar.
 
Övladınızın sizə kömək etmək və müstəqil olaraq iş görmək üçün göstərdiyi səyi gözdən qaçırmayın. Onu daha çox həvəsləndirin. Onun bu təcrübələrində meydana gələn səhvlərini isə görməyin, ya da tənqid etməyin. Onun daha yaxşı nətivələr göstərməainə yardımçı olun. Uşağınız daha böyük işlər görmək istədikdə, ona "sən hələ balacasan, edə bilməzsən" kimi sözlər işlətməyin. Ona qarşı heç vaxt cəza tətbiq etməyin. Gördüyü işlərər gprə, uşağınızı tərifləyin. Ancaq bu tərifin də səmimi olduğuna inandırın. 

Övladınıza dost olun.
 
Valideyn olaraq, uşaqlarınızla dost olmağınız, ana və atalığı bir kənara qoymaq demək deyil. Onlarla dostluq içinde olmağınız vacibdir. Gözü yaşardığı zaman gözünü silən bir əl, yıxıldığı zaman, onu tutub qaldıran bir qol, çətinliyə düşdüyü zaman, dayana biləcəyi bir çiyin və ən önəmlisi, sevgi ilə qucaqlayan bir ürəyə sahib olan ana, ata ola bilmək, bunu övladınıza dost kimi hiss etdirməyiniz onun üçün də önəmlidir. 

Həyatı onunla paylaşın.
 
Uşağınız böyüyür və sizin bunu qəbullanmağınız lazımdır. Ona görə də onu həyata daxil etməli həyatı onunla paylaşmalısınız. Ailəvi şəkildə ediləcək bir səyahət, onunla aranızda dostluq yaradar. Uşaqlarınıza daima yeni duyğu və anlayış aşılaya bilərsiniz. Ən azından həftədə bir dəfə də olsa, ailə saatınız olmalıdır. Heç bir bəhanə sizi ailənizlə keçirə biləcəyiniz ailə saatınızdan saxlamamalıdır. Bununla övladınızın inkişaf prosesini daha yaxından izləməyə imkanınız olar. Siz övladınızı nə qədər anlamağa çalışsanız, o da sizə o qədər haqq qazandıracaq. Uşağınıza verəcəyiniz ən dəyərli nəsihət davranışla izah edilən nəsihətdir.Modern.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşaqların təhsilə münasibətində valideynin rolu

Uşaqların təhsilə münasibətində valideynin rolu

Ana və ata əsəbini idarə edə bilməzsə uşaqlar nələr hiss edər?

Ana və ata əsəbini idarə edə bilməzsə uşaqlar nələr hiss edər?

Özünə qapalı uşaqlarla necə davranmalı?

Özünə qapalı uşaqlarla necə davranmalı?

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaqlarda davranış pozğunluğu - inadkarlıq

Uşaqlarda davranış pozğunluğu - inadkarlıq

Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ

Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Düzgün  tərbiyə  qaydaları

Düzgün tərbiyə qaydaları

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Bu sözləri uşaqlarınıza hər gün deyin – Valideynlərin nəzərinə

Bu sözləri uşaqlarınıza hər gün deyin – Valideynlərin nəzərinə

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN

Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!