AzTehsil.com


Xəbərlər / Valideyn
25 noyabr 2017
3 557


Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN



Uşaqlarınızın bağçaya, məktəbə getməzdən qabaq bilməsi vacib olan bəzi məqamlar var. Bu, onun zəka inkişafı və başqaları ilə əlaqə qurmasına yetəcək qədər özgüvəninin inkişafı üçün lazımdır. Bir uşağın sosial və duyğusal inkişafı onun fiziki inkişafı qədər əhəmiyyətlidir. Valideynlər uşaqlarının sosial və duyğusal inkişafına təsir edən onlara lazımi bacarıqları öyrədən faktorları bilmək məcburiyyətindədir.

 

Aztəhsil.com valideynlərin uşaqlarına hər gün söyləməli olduğu vacib sözləri diqqətinizə çatdırır.

 

Səni sevirəm

 

Günə uşağınızı sevdiyinizi söyləyərək başlayar, ya da kiçik yanaqlarını öpərək bunu göstərə bilərsiniz. Bu, sizə çox sadə görünə bilər, amma uşağınız üçün çox şey ifadə edir. Sizin sevginiz onu rahatladacaq.

 

Günün necə keçdi?

 

Bir valideyn olaraq, gündəlik hərəkətlərinə maraq göstərməyiniz olduqca əhəmiyyətlidir. Üstəlik kiçik yumorlarını duymaq hər zaman çox zövqlü olacaq.

 

Zəhmət olmasa

 

Uşağınızın yaxşı bir tərbiyəyə sahib olmasını istəyirsinizsə, bir şey istəməzdən əvvəl ona "xahiş edirəm”, "zəhmət olmasa” kəlməsini öyrədin.

 

Təşəkkür edirəm

 

Uşağınızın mədəni olmasını istəyirsinizsə, ona təşəkkür və xahiş etmənin əhəmiyyətini öyrətməlisiniz. Doğum günündə aldığı bir hədiyyəyə təşəkkür etmədən həyəcanla açdığını fərz edin və onu hər kəsin içində "təşəkkür etməli deyilsənmi?”, - deyə xəbərdarlıq etməkdən çəkinməyin. Bu, onu bir az utandıra bilər, amma fərqində olmağı öyrədəcək.

 

Əsla vaz keçmə

 

Böyüdüyü zaman hamımızın içində olduğu həyat yarışına o da qatılacaq. Buna görə ona çətinliklərin öhdəsindən gəlməyi öyrədin. Onlara hədəflərinə çatmaq söz mövzusu olduğunda əzm və səbr göstərmələri lazım olduğunu öyrədin. Həmçinin, birlikdə tapmaca və digər zəka oyunları oynaya bilərsiniz. Bu, uşağınızın zehnini dinc saxlamağa, eyni zamanda çətinliklərə sinə gərməyi öyrənməsinə kömək edəcək.

 

Sən qalib gəldin

 

Təşviq edici bir kəlmə hər zaman güvəni artırır. Əgər uşağınız bir yarışmanı qazanır, hətta başladığı puzzlı bitirirsə, ona hər zaman ”sən qalib gəldin!” deməlisiniz. Bu, uşağınızın uğurun dadını almasına kömək edəcək və qarşıda bir qalib olması üçün təşviq edəcək.

 

Çatanda mesaj göndər

 

Valideynlər uşaqlarının təhlükəsizliyi ilə bağlı hər zaman narahat olurlar. Bu, tamamilə təbiidir. Narahatlığınızın bir ürək tutmasına səbəb olmaması üçün uşağınıza bir cib telefonu almağınız daha məntiqli olar. Və əlbəttə gedəcəyi yerə çatdıqda "gəldim” deyə mesaj göndərməsini ona öyrədin.

 

Bu, sənin seçimindir

 

Uşaqlarınız böyüdükcə ona öz qərarları və doğuracağı nəticələrin

öhdəliklərini almal olduğunu öyrədin. Bir şey üzərində qərar vermələrini istədiyinizdə "bu, sənin seçimindir” deyin və özgüvən qazanmalarını təmin edin.

 

Dostları necədir?

 

Uşaqlarınızın ətrafında necə insanlar olduğunu, dostlarının kimlər olduğunu hər zaman bilin. Təsir altında qalması asandır bu yaşlarda, yaxşı, ya da pis xasiyyətlər götürməsində dostlarının payı böyükdür. Evinizdə məclislər qurub, uşağınızdan dostlarını dəvət etməsini istəyə bilərsiniz.

 

İsraf etmə

 

Uşaqlar sevdikləri şeyi yemək istəyirlər və bunlar adətən elə də sağlıqlı qidalar olmur. Bir valideyn olaraq yemək israfını qəbul etmədiyiniz mövzusunda sərt mövqedə olmalısınız. Bunun səbəblərini və ehtiyacı olan insanları anlatdığınızda uşağınız bunu başa düşəcək.

 

Həqiqəti söylə

 

Uşağınıza dürüstlüyün qiymətini öyrədin. Uşaqlar valideynlərindən sirlər gizlətməyə meylli olurlar. Ona hər zaman doğru söyləməyin önəmini anladın. Bunu öncəliklə özünüz yerinə yetirsəniz, sizinlə kiçik sirlərini bölüşmək üçün də daha həvəsli olarlar.




Загрузка...
Həmçinin oxuyun:
Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Övladınız dahidirmi? -Necə müəyyən edək?

Övladınız dahidirmi? -Necə müəyyən edək?

Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə

Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

"Uşaq kimisə dişləyirsə, əvəzində siz də onu dişləyin!" - Əks nəticə verən 5 tərbiyə üsulu

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu