Bu sözləri uşaqlarınıza hər gün deyin – Valideynlərin nəzərinə
Uşaqlarınızın bağçaya, məktəbə getməzdən qabaq bilməsi vacib olan bəzi məqamlar var. Bu, onun zəka inkişafı və başqaları ilə əlaqə qurmasına yetəcək qədər özgüvəninin inkişafı üçün lazımdır. Bir uşağın sosial və duyğusal inkişafı onun fiziki inkişafı qədər əhəmiyyətlidir. Valideynlər uşaqlarının sosial və duyğusal inkişafına təsir edən onlara lazımi bacarıqları öyrədən faktorları bilmək məcburiyyətindədir. Valideynlərin uşaqlarına hər gün söyləməli olduğu vacib sözləri diqqətinizə çatdırırıq.
Səni sevirəm
Günə uşağınızı sevdiyinizi söyləyərək başlayar, ya da kiçik yanaqlarını öpərək bunu göstərə bilərsiniz. Bu, sizə çox sadə görünə bilər, amma uşağınız üçün çox şey ifadə edir. Sizin sevginiz onu rahatladacaq.
Günün necə keçdi?
Bir valideyn olaraq, gündəlik hərəkətlərinə maraq göstərməyiniz olduqca əhəmiyyətlidir. Üstəlik kiçik yumorlarını duymaq hər zaman çox zövqlü olacaq.
Zəhmət olmasa
Uşağınızın yaxşı bir tərbiyəyə sahib olmasını istəyirsinizsə, bir şey istəməzdən əvvəl ona "xahiş edirəm”, "zəhmət olmasa” kəlməsini öyrədin.
Təşəkkür edirəm
Uşağınızın mədəni olmasını istəyirsinizsə, ona təşəkkür və xahiş etmənin əhəmiyyətini öyrətməlisiniz. Doğum günündə aldığı bir hədiyyəyə təşəkkür etmədən həyəcanla açdığını fərz edin və onu hər kəsin içində "təşəkkür etməli deyilsənmi?”, – deyə xəbərdarlıq etməkdən çəkinməyin. Bu, onu bir az utandıra bilər, amma fərqində olmağı öyrədəcək.
Əsla vaz keçmə
Böyüdüyü zaman hamımızın içində olduğu həyat yarışına o da qatılacaq. Buna görə ona çətinliklərin öhdəsindən gəlməyi öyrədin. Onlara hədəflərinə çatmaq söz mövzusu olduğunda əzm və səbr göstərmələri lazım olduğunu öyrədin. Həmçinin, birlikdə tapmaca və digər zəka oyunları oynaya bilərsiniz. Bu, uşağınızın zehnini dinc saxlamağa, eyni zamanda çətinliklərə sinə gərməyi öyrənməsinə kömək edəcək.
Sən qalib gəldin
Təşviq edici bir kəlmə hər zaman güvəni artırır. Əgər uşağınız bir yarışmanı qazanır, hətta başladığı puzzlı bitirirsə, ona hər zaman ”sən qalib gəldin!” deməlisiniz. Bu, uşağınızın uğurun dadını almasına kömək edəcək və qarşıda bir qalib olması üçün təşviq edəcək.
Çatanda mesaj göndər
Valideynlər uşaqlarının təhlükəsizliyi ilə bağlı hər zaman narahat olurlar. Bu, tamamilə təbiidir. Narahatlığınızın bir ürək tutmasına səbəb olmaması üçün uşağınıza bir cib telefonu almağınız daha məntiqli olar. Və əlbəttə gedəcəyi yerə çatdıqda "gəldim” deyə mesaj göndərməsini ona öyrədin.
Bu, sənin seçimindir
Uşaqlarınız böyüdükcə ona öz qərarları və doğuracağı nəticələrin
öhdəliklərini almal olduğunu öyrədin. Bir şey üzərində qərar vermələrini istədiyinizdə "bu, sənin seçimindir” deyin və özgüvən qazanmalarını təmin edin.
Dostları necədir?
Uşaqlarınızın ətrafında necə insanlar olduğunu, dostlarının kimlər olduğunu hər zaman bilin. Təsir altında qalması asandır bu yaşlarda, yaxşı, ya da pis xasiyyətlər götürməsində dostlarının payı böyükdür. Evinizdə məclislər qurub, uşağınızdan dostlarını dəvət etməsini istəyə bilərsiniz.
İsraf etmə
Uşaqlar sevdikləri şeyi yemək istəyirlər və bunlar adətən elə də sağlıqlı qidalar olmur. Bir valideyn olaraq yemək israfını qəbul etmədiyiniz mövzusunda sərt mövqedə olmalısınız. Bunun səbəblərini və ehtiyacı olan insanları anlatdığınızda uşağınız bunu başa düşəcək.
Həqiqəti söylə
Uşağınıza dürüstlüyün qiymətini öyrədin. Uşaqlar valideynlərindən sirlər gizlətməyə meylli olurlar. Ona hər zaman doğru söyləməyin önəmini anladın. Bunu öncəliklə özünüz yerinə yetirsəniz, sizinlə kiçik sirlərini bölüşmək üçün də daha həvəsli olarlar.