Rektorların seçilməsinin tərəfdarıyam - Fazil Mustafa
Dövlət universitetlərində rektorlar niyə təyin olunur, seçilmir?
Gündəmə gələn bu məsələ ilə bağlı Millət Vəkili Fazil Mustafa BBC News Azərbaycanın suallarını cavablandırıb.
Azərbaycanda rektorların artıq 5 il müddətinə təyin olunacağı barədə dəyişiklik onların əslində seçimlə vəzifəyə gəlməsi barədə hər zaman səslənən arqumentlərə təkan verib.
"Milli Məclisin deputatı Fazil Mustafa da rektorların seçilməsinin tərəfdarıdır.
Lakin millət vəkili bu məsələ ilə bağlı "yerlibazlıq, savadsızların koalisiyası samballı, islahatçı şəxsin rektor seçilməsinə imkan verərmi?” deyə sual edir.
"Seçki yaxşı şeydir, olsa yaxşı olar. Avropada da bu qayda var. Mən də gələcəkdə seçimin olmasının tərəfdarıyam.
Azərbaycanda universitetlər gerçək muxtariyyət qazandıqdan sonra universitetlərdə seçki mümkün olacaq, çünki o zaman insanlar işləyən, universitetin keyfiyyətini qaldıran, tələbə cəlb edə bilən, nüfuz gətirə bilən, universitetə pul qazandıran rektorları seçəcəklər”.
Azərbaycanda təhsilli evdar qadınların hekayələri: Universitetdə niyə oxumuşdum?
"Hər gün bir şey çıxarırlar. İndi də yeni məktəbli forması…”
Deputat universitetlərdə seçki keçirilməsi üçün öncə lazımi mühit yaratmağın vacibliyini vurğulayır.
"Bunun üçün müəllimlər disertasiyanı özləri yazmalı, professor və akademiklər adlarını özləri almalıdırlar. Yalnız o zaman həm də şəffaf seçim mümkün olar. Bu təfəkkürlə bizim seçkili universitet yaratmağımız real görünmür”, millət vəkili .
Təyinatla bağlı 5 illik məhdudiyyətin qoyulmasından sonra təkrar təyinatın olub-olmayacağını bilmədiyini deyən Fazil Mustafa hesab edir ki, bir universitetdə təyinat müddətini bitirən rektor, digər bir universitetə təyin oluna bilər.
Məhdudiyyətin yalnız qərardan sonra təyin ediləcək rektorlara şamil olunacağı məsələsini gündəmə gətirməyin vacibliyini vurğulayan millət vəkili, bu sualın onun üçün də "açıq qaldığını” deyir.