AzTehsil.com


Xəbərlər
31 mart 2018
2 223


"Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…" - Millət vəkili



 

Azərbaycanda mətnin məntiqi təhlili ilə bağlı ciddi problemlər var.


Bu sözləri iki ay öncə Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində baş verən olayla bağlı mövqeyinin yanlış anlaşılması və ona ünvanlanan tənqidlər haqda danışarkən millət vəkli Fazil Mustafa deyib. Millət vəkili adını çəkmədiyi sayt rəhbərinin onun mövqeyinə qarşı geniş tənqidi məqalə ilə çıxış etməsinə baxmayaraq, əvvəlcə məsələnin üzərində çox dayanmadığını qeyd edib:

"Ötənlərdə mesaj qutuma daxil olmuş, özlərini ateist kimi tanıdan bir qrup vətəndaşın kitab təqdimatı ilə bağlı dəyirmi masasının videosunda izlədiyim çıxışlardan biri diqqətimi cəlb etdi. Bir xanım iştirakçı pafosla islam dininin təhlükəsi barədə çıxış edirdi və vurğulayırdı ki, bəs bizdə bir millət vəkili qızlarla oğlanların ayrı oxumasına çağırış edir. Bu çıxışdan sonra bir daha əmin oldum ki, Azərbaycanda mətnin məntiqi təhlili ilə bağlı ciddi problemlər var. Quranın, elmi ədəbiyyatın, bədii əsərin də mətnini öz anladığı formada yekun tezis kimi təqdim etmənin fəsadları isə insanlar arasında münasibətlərdə böyük əsəb gərginliyinə səbəb olur, mənasız mübahisələri genişləndirir”.

Sözügedən fikrinə qayıdan millət vəkili qeyd edib ki, o, cinsi tərbiyənin tamamilə unudulmasının qızlarla oğlanların bir yerdə təhsil almasını təhlükəli hesab edənlərin arqumentlərini gücləndirdiyini bildirib:

"Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. İzahı kimə aydın olmadı? Mən iddia etmirəm ki, qızlarla oğlanların bir yerdə təhsil alması təhlükəlidir, sadəcə qeyd edirəm ki, baş verən neqativ hallar dini inanclarına görə qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəliliyini iddia edənlərin arqumentini gücləndirir”.

Millət vəkili bildirib ki, məhz sözügedən arqument güclənməsin deyə, nəzarəti artırmağın, doğru metodologiyanın tətbiqini vacib sayıb:

"Bütün çıxışlarımda qeyd edirəm ki, orta məktəblərə qızların cəlb olunması, son zəngə qədər oxuması vacidir, bu və ya digər səbəbdən məktəbə getmək imkanı olmayan qızların da özəl qız məktəblərində bilik və peşə təhsili alması üçün bu cür məktəblər açmaq istəyən sahibkarların uzun müddətə vergidən azad edilməsi zəruridur. Ananın savadsız olduğu məmləkətdə ciddi intellektual elita formalaşa, sağlam millət yetişə bilməz. Bununla belə, məktəbin əxlaqsızlıq, narkomaniya yuvasına çevrilməsinə imkan tanımamalıyıq. Bu yalnız şagirdlərə aid məsələ deyil, əxlaq naqisliyi olan müəllim və direktorların məktəblərdə kök atmasının yolverilməzliyi prinsipinə ciddi əməl etməliyik. Valideynlər üçün məktəb təhlükəli məkan kimi hansısa neqativ hədəfə çevrilməməlidir, övladını güvəndiyi şəfqət mühiti kimi görməlidir. Bu qeydi ona görə yazmağı borc bildim ki, bəzi insanlar cavab verilməyəndə özlərini konkret problem üzrə sağlam düşüncədə olduqlarına inandırmasınlar, sadəcə bundan sonra mətni doğru təhlil edib nəticə çıxarmağa vərdiş etsinlər”.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da əxlaqsızlıq etdiyinə və bunu telefona çəkərək sosial şəbəkələrdə yaydığına görə həbs edilib. (axar.az)



Загрузка...
Həmçinin oxuyun:
"Bəzi həkim bandaları məktəbli qızların əxlaqsızlığa cəlb edilməsini təmin edirlər"

"Bəzi həkim bandaları məktəbli qızların əxlaqsızlığa cəlb edilməsini təmin edirlər"

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

"Çox təəssüf ki, bu barədə ancaq bu hadisədən sonra danışdıq" - Deputat Təhsil Kompleksində baş vermiş hadisədən danışdı

"Çox təəssüf ki, bu barədə ancaq bu hadisədən sonra danışdıq" - Deputat Təhsil Kompleksində baş vermiş hadisədən danışdı

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

"Gələcəyin prezidentinə dərs deyirəm" - Millət vəkili

"Gələcəyin prezidentinə dərs deyirəm" - Millət vəkili

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Deputatdan müəllim və həkimlərin maaşı ilə bağlı

Deputatdan müəllim və həkimlərin maaşı ilə bağlı

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

BDU-da bu fakültə bağlanır

BDU-da bu fakültə bağlanır

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Təməl verilişində “Sağlam təhsil - sağlam millət” layihəsi müzakirə olunub - VİDEO

Təməl verilişində “Sağlam təhsil - sağlam millət” layihəsi müzakirə olunub - VİDEO

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"