AzTehsil.com


Xəbərlər
22 noyabr 2017
5 297


“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF



Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib.

 

Aztəhsil.com xəbər verir ki, deputat gənclərin mənzil problemindən danışıb.

 

"Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var:

 

"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq.

 


Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən keçən il büdcə müzakirələri zamanı da bunu qaldırmışdım və maliyyə naziri Samir Şərifov buna baxıla biləcəyini söyləmişdi. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.


Millət vəkili Q.Paşayeva eyni zamanda Milli Məclisdə İcbari tibbi sığortanın ölkədə geniş tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir deyib və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

 

Millət vəkili Q.Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında bildirib ki, tibbi sığortanın bütün ölkədə tətbiqi bu gün ən vacib məsələlərdən biridir:

 

"İki rayonda pilot layihə həyata keçirildi. 2018-ci ildə nə qədər rayonda icbari tibbi sığorta tətbiq olunacaq və necənci ilə qədər bütün ölkədə tətbiq olunmağa başlayacaq? Çünki buna çox ehtiyac var. Xəsətliklərin sayı artır, eyni zamanda xəstəliklər getdikcə daha da cavanlaşır. İnsaların icbari tibbi sığortaya ehtiyacı var. Bu prosesi surətləndirmək lazımdır.

 

Millət vəkili müvafiq qurumları icbari tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməsinə çağırıb və ölkədə icbari tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb:

 

” Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Bu istiqamətdə işlər təcili sürətlənməlidir, çünki bu məsələ səhiyyə sahəsində həllini gözləyən ən vacib problemdir. Aidiyyatı nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq.


Millət vəkili Q.Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı autizmli xəstələrin problemlərini qaldırıb və bu sahədə təcili dövlət proqramının qəbul olunmasına çağırıb.




Загрузка...
Həmçinin oxuyun:
Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

"iPhone"nin bu özəlliyi insanı ölümdən qurtaracaq- YENİLİK

"iPhone"nin bu özəlliyi insanı ölümdən qurtaracaq- YENİLİK

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

130 məktəbdə təmir işləri aparılmalıdır

130 məktəbdə təmir işləri aparılmalıdır

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

İraq məktəblərində rus dili icbari tədris olunacaq

İraq məktəblərində rus dili icbari tədris olunacaq

Azərbaycanda 574 məktəblidə skolioz aşkarlanıb

Azərbaycanda 574 məktəblidə skolioz aşkarlanıb

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

BDU-da bu fakültə bağlanır

BDU-da bu fakültə bağlanır