Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü
Milli Məclisin deputatı Q. Paşayeva Çinin ictimai xadim qadınları, tanınmış təşkilat rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Q.Paşayeva Çin heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.
Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.
Millət vəkili bildirib ki, Çinin də üzvü olduğu BMT Təhlüksizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dair 4 qətnaməsinin 20 ildən artıqdır ki işğalçı Ermənistan tərəfindən yerinə yetirilməməsindən danışaraq bildirib ki təssüf ki Təhlükəsizlik Şurası işğalçıya heç bir təzyq göstərmir və azərbaycanlı köçkünlər evlərinə dönmək üçün qurumdan məhz bunu gözləyirlər.
Çinin də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.
Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.