Tbilisidə məktəb direktoru azərbaycanlı şagirdin təhqir olunmasına CAVAB
Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu bildirilən 67 saylı ictimai məktəbin direktoru Mariam Tavartkiladze bugünkü etiraz aksiyasına münasibət bildirib.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, direktor məktəbin intizam komitəsinə etnik mənsubiyyətlə əlaqədar diskriminasiya faktı ilə bağlı şikayətin daxil olduğunu deyib. "Fakt sübut olunsa, əlbəttə ki, məktəb buna göz yummayacaq və reaksiya verəcək”, - deyə M. Tavartkiladze vurğulayıb.
Gürcüstanın Sosial Xidmət Agentliyi öz növbəsində məktəbdəki vəziyyəti araşdırmağa başlayıb.
Xatırladaq ki, bu gün səhər 67 saylı məktəbin bir qrup şagirdi məktəbin kimya müəllimi Dodo Kezuaya qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları müəllimin şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verdiyini iddia ediblər. D. Kezuanın azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilib.